Siyasi dağınıqlıq
Saysız-hesabsız feodal knyazlıqları ilə yanaşı İtaliyanın tam feodal pərakəndəliyi mənzərəsinin X-XI əsrlərdə çoxlu şəhərlər tamamlayırdı.İtaliyada şəhəərlər erkən inkişaf etdiyi üçün onlar feodal senyorların hakimiyyətindən də erkən azad oldular.Şimali və Orta İtaliya şəhərlərində siyasi hakimiyyət X-XI əsrlərədək feodalların - hersoqlar,qraflar,yepiskopların əlində idi.Şəhərlərin senyorlara qarşı mübarizəsi (bu mübarizənin başlanğıcı IX əsrə aiddir) nəticəsində X əsrdən başlayaraq bəzi şəhərlərdə şəhər özünüidarə icmaları (komunalar) meydana gəlir.Bunların çoxu XI əsrin sonları üçün müstəqil şəhər respublikalarına
(Milan,Pyacensa,Verona,Parma,Venetsiya,Kenya,Piza,Florensiya,Lukka,Siyena və s.) çevrildi.
İtaliyanın siyasi dağınıqlığından və italiyan feodallarının ara müharibələrinin şiddətlənməsindən istifadə edən Almaniya kralı I Otton 962-ci ildə Romaya Yürüş etdi, onu ələ keçirdi, imperator tacı qoyub yeni Roma imperiyasının yaradıldığını elan etdi.Bu imperiyanın tərkibinə Almaniya və İtaliyanın xeyli hissəsi daxil idi.Nə ümumi iqtisadi əsası , nə də etik birliyi olmayan bu süni siyasi qurum italiya üçün onun tarixinin bir çox yüzillikləri ərzində saysız-hesabsız bəlalara səbəb oldu.Özlərinin italiyan torpaqlarının sahibləri hesab edən
almaniya kralları və imperatorları , aramsız olaraq, İtaliyanı qarət etmək və onu öz hakimiyyətlərinə tabe etmək üçün yürüşlər edirdilər.
IX əsrdə Papalıq son dərəcə ağır tənəzzül vəziyyətində idi. Roma da ayrı-ayrı feodal qurupları özləri üçün əlverişli adamları papa taxtına əyləşdirmək üçün daim bir - biri ilə mübarizə aparırdılar.I Ottonun yürüşündən sonra papalar Almaniya imperatorlarından asılı hala düşdülər.Papalığın alman krallarının başçılığı altında qüvvətli Roma imperiyası yaratmaq kimi əsassız ideyanı müdafiə etməsi italiyan xalqlarına nisbətən sənətkar mürtəce rol oynadı.Bundan başqa,İtaliyanın mərkəzində papaların müstəqil dünyəvi dövlətinin mövcud olması özü ölkənin birləşdirilməsi yolunda ən mühüm maneələrdən biri idi.
İtaliyan feodallarının, papalar və alman krallarının da müdaxilə etdikəri fasiləsiz ara müharibələri ölkəyə getdikcə yeni- yeni işğalçıların - bizanslılar,macarlar,alman feodalları,ərəblər,normanların müdaxiləsinı şərait yaradırdı.Yadellilər İtaliyanı qarət edib, zəiflədilər və onun siyasi həyatında qrama-qarışıqlığı gücləndirirdilər.
Lakin bu mürəkkəb şəraitə baxmayaraq, IX-XI əsrlərdə İtaliyada italyan xalqının formalaşması prosesi başlandı. Bu xalq yadelli qəsbkarlara qarşı ağır və uzun sürən mübarizədə doğuldu, lakin saysız-hesabsız istilalar nəticəsində yerli əhaliyə qarışdılar, italyan xalqının əsasında latın dili dayanan dilini və bu xalqın əsrlər boyunca yaranmış yüksək mədəniyyətini mənimsədilər.
Dostları ilə paylaş: |