Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Sənət və ticarətin inkişafı.Şəhərlərin erkən yaranması



Yüklə 3,06 Mb.
səhifə70/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   66   67   68   69   70   71   72   73   ...   263
Orta srlr tarixi S D Skazkin

Sənət və ticarətin inkişafı.Şəhərlərin erkən yaranması

Feodal münasibətlərinin yaranması və libella formalı kəndli torpaqlarının yayılması nəticəsində kənd təsərrüfatında məhsuldar qüvvələrin inkişaf səviyyəsi xeyli yüksəldi, Şimali və Mərkəzi İtaliyada nisbətən erkən dövrdə əmtəə-pul münasibətləri ünsürləri meydana gəldi və sənət kənd təsərrüfatından ayrıldı.yeni iqtisadi mərkəzlərin - şəhərlərin meydana gəlməsi bunun nəticəsi idi.İtaliyada şəhərlər başqa Avropa ölkələrindən daha tez - IX- XI əsrlərdə meydana gəldi.Bir çox İtaliya şəhərlərinin , çox hallarda, hələ Roma dövründən qalma qədim divarları və binaları elə bir skelet idilər ki, bunlar sənət və ticarətin inkişafı nəticəsində böyüyüb ətə-qana doldular.


Lukkada, artıq IX-X əsrlərdə sənətkarlar zərif mahud toxuyur və sikkə zərb edirdilər.X əsrdə Paviada tacir və sənətkar (dabbaq, sikkə zərb edən və s.) birlikləri vardı.Sənətin inkişafı ticarət əməliyyatlarının genişlənməsinə gətirib çıxarırdı.Po çayı hövzəsində ticarət yolları üstündə əlverişli mövqedə yerləşmələri, Lombardiyanın silah istehsalı və toxuculuğu ilə əskidən məlum olan iri sənətkarlıq mərkəzi Milan toxuculuq istehsalının inkişaf etdiyi və artıq IX əsrdə ildə dörd dəfə yarmarkalar keçirilən Pyacensa, həmçinin Verona kimi şəhərlərinin yüksəlməsinə səbəb oldu.Ən mühüm ticarət mərkəzlərindən biri Pavia oldu.Alp aşırımları və Apenin dağlarından gələn yollar Paviadan keçir, burada çay yolları ilə kəsişirdi.Pyacensada olduğu kimi Paviada da yarmarka vardı. IX-XI əsrlərdə, İtaliyada, qərb və şərq ölkələri arasındakı ticarətdə vasitəçilik edən (daxili ticarət nisbətən az inkişaf etmişdi) şəhərlər, xüsusilə çox inkişaf etdi.Adriatik dənizi sahilindəki Venetsiya, artıq, VII-IX əsrlərdə yunan şəhərləri, Misir və Suriya ilə ticarət edirdi.X əsrdə Keniya və Pizanın əhəmiyyəti artır.Bu şəhərlər Qərbi Aralıq dənizi hövzəsi ilə ticarət edirdilər.Cənubi İtaliya şəhərləri Amalfi və Barinin nəticəsi ticarəti geniş inkişaf etmişdi: onların gəmiləri Bizansa taxıl, zeytun yağı, silah aparır, oradan isə şərq malları gətirirdilər.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin