Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Sex quruluşunun dağılmağa başlaması



Yüklə 3,06 Mb.
səhifə92/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   88   89   90   91   92   93   94   95   ...   263
Orta srlr tarixi S D Skazkin

Sex quruluşunun dağılmağa başlaması

XIV – XV əsrlərdə sexlərin rolu çox dəyişdi. Onların mühafizəkarlığı və əyalətliliyi, xırda istehsalı saxlamaq və əbədiləşdirmək cəhdi, ənənəvi üsulları və əmək alətlərini, rəqabətdən qorxaraq texniki təkmilləşməyə mane olmaları sexləri texniki tərəqqi və istehsalın daha da inkişafı yolunda əngələ çevirdi.


Lakin məhsuldar qüvvələr inkişaf etikcə, daxili və xarici bazar genişləndikcə sex daxilindəki ayrı – ayrı sənətkarlar arasında rəqabət də getdikcə daha çox artırdı. Sex nizamnamələrinin əksinə olaraq ayrı – ayrı sənətkarlar öz istehsalların genişləndirir, sexlərdəəmlak bərabərsizliyi və ictimai bərabərsizlik atırdı. Daha iri ematxanaların sahibləri nisbətən yosul ustalara iş vererməyə başlamışdılar.


Onlar həmin ustaları xammal və ya yarımfabrikatlarla təmin edir və hazır məmulat alırdılar. Əvvəlki vahid xırda sənətkar və tacir kütləsinin içərisindən tədriclə yuxarı sex varlıları ayrılırdı. Həmin yuxarı sex varlıları xırda ustaları – bilavasitə istehsalçıları istismar edirdilər.


Sex sənəti daxilində təbəqələşmə daha varlı və zəngin sexlərlə yanaşı, (“xırda”sexlər)ayrılmasında təzahür etdi. Belə bölgü ilk növbədə ən iri şəhərlərdə - Florensiya, Perucca, Londan, Bristol, Paris, Bazel, və b. Şəhərlərdə baş verdi. İqtisadi cəhətdən daha qüvvətli olan “böyük” sexlər “kiçik” sexlər üzərində öz ağalıqlarını bərqərar edir. Onları istismara məruz qoyurdular. Bunun nəticəsində, bəzən, kiçik sexlərin üzüvləri özlərinin iqtisadi müstəqilliyini itirir və faktiki vəziyyətlərinə görə muzdlu fəhlələrə çevrilirdilər.




Şagirdlər və usta köməkçilərinin vəziyyəti: Onların ustalarla mübarizəsi.

Şagirdlər və usta köməkçiləri də, zaman keçdikcə, istismar olunanların vəziyyətinə düşürdülər. Bu onunla əlaqədar idi ki, əl əməyinə əsaslanan orta əsr sənətini öyrənmək çox uzun müddət təlab edirdi. Bu müddət müxtəlif sənət və sexlərdə 2 ildən 7 ilədək çəkir, ayrı – ayrı sexlərdə isə 10-12 ilə çatırdı. Belə şəraitdə usta, özünün, artıq, kifayət qədər ixtisaslı şagirdinin əməyindən çox uzun dövr ərzində böyük mənfəətlə istifadə edə bilirdi.


Sex ustaları usta köməkçilərinin də istismar edirdilər. Onların iş günü, adətən, çox uzun


– 14-16 saat, bəzəndə 18 saat olurdu. Usta köməkçilərinin işinə sex məhkəməsində baxılırdı. Bu məhkəməni üzvləri isə, yene de ustalar idilər. Sexlər usta köməkçiləri və şagirdlərinin məişətinə, onların vaxtlarını nece kecirmələrinə, xərclərinə, əlaqələrinə nəzarət edirdilər. XIV-XV əsrlərdə, sex sənəti tənəzzül etməyə və dağılmağa başladıqda, şagirdlər və usta köməkçilərinin istismarı nəzərə çarpacaq dərəcədə qüvvətləndi. Başlıcası isə bundan ibarət idi ki,həmin istismar, faktivi olaraq, daimi xarakter aldı. Sex sistemi varlığının başlanğıc dövründə şagird şagirdlik stajı keçdikdən sonra usta köməkçiliyinə keçir, sonra isə bir qədər usta yanında işlədikdən və az bir məbləğdə pul topladıqdan sonra ustalığa keçə bilərdi. İndi isə şagird də usta köməkçilərinin ustalığa keçmək yolu, kaktivi olaraq, kəsildi. Rəqabərtçi artmaqda olduğu şəaraitdə öz imtiyazlarını qoruyub saxlamağa çalışan ustalar bu yolda onların qarşısında hər cür maneələr yaradırdılar.


Sexlər qapalı hala düşməyə başladı. Usta adı, felen, yalnız ustaları yaxın qohumları olan usta köməkçiləri və şagirdlərinə nəsib olurdu. Başqaları isə usta adı almaq üçün sex kassasına çox böyük məbləğdə qəbul haqqı verməli, bahalı materialdan nümunəvi bir iş – “şah iş” hazırlamalı, sex üzvlərinə çoxlu xərcə başa gələn qonaqlıq verməli idilər və s. Usta köməkçiləri, beləliklə, “ömürlük usta köməkçiləri”nə, yəni əslində muzdlu fəhlələrə çevrilirdilər.

Öz mənafelərini qorumaq üçün onlar xüsusi təşkilatlar – “qardaşlıqlar”, “yoldaşlıqlar” yaradıldılar ki, bunlar da qarşılıqlı yardım birlikləri, həm də sex ustalarına qarşı mübarizə təşkilatları idilər. Onlara qarşı mübarizədə usta köməkçiləri iqtisadi tələblər irəli sürür, əmək haqqının artırılması və iş gününün qısaldilmasına nail olurdular. Onlar öz məqsədlərinə yetmək üçün ən məauf ustalara qarşı sinfi mübarizənin tətil və boykat kimi kəsici formalarına əl atırdılar.Şagirdlər və usta köməkçiləri XIV-XV əsrlərdə şəhərlərdə kifayət qədər geniş olan muzdlu işçi təbəqəsinin ən mütəkkil və qabaqcıl hissəsi idilər.


Onların tərkibinə, həmçinin sex üzvü olmayan künəmuzdçular, torpaqlarını itirib şəhərə gələn kəndlilər, habelə yoxsullaşmış sex üzvləri – xırda sənətkarlar tərəfindən sıraları daim artan müxtəlif cür qeyri – mütəşəkkil fələlər də daxil idilər. Varlanmış iri ustalardan asılı hala düşən yoxsul sex üzvləri – xırda sənətkarlar usta köməkçilərindən ancaq bununla fərqlənirdilər ki, onlar öz evlərində işləyirdilər. Müasir mənada fəhlə sinfi olmayan həmin təbəqə, artıq, ilkin proleteriat ünsürü idi ki, bu da sonralar manufakturanın hər yerdə və geniş inkişafı dövründə tamamilə formalaşdı.


Orta əsr şəhəri daxilində ictimai zidiyyətlər inkişaf etdikcə və kəskinləşdikcə şəhər əhalisinin istismar olunan təbəqələri şəhər əıhalisinin hakimiyyət başında olan yuxarı təbəqələrinə qarşı da acıq çıxış etməyə başladılar. Bir çox şəhərlərdə bu təbəqələrin tərkibinə, artıq, patrisiatla yanaşı sex əsilzadələri də daxil idilər. Bu mübarizəyə şəhər əhalisinin ən aşağı və hüquqsuz təbəqəsi- müəyyən məşğuliyyəti və daimi yaşayış yeri olmayan adamlar, feodal – silki quruluşuna daxil olmayan, sinfi simasını itirmiş ünsürlər də qoşuldularki, bunlar da şəhər plebeyləri idilər.


XIV-XV əsrlərdə şəhər əhalisinin aşağı təbəqələri Qərbi Avropanın bir çox şəhərlərində





  • Florensiya, Perucca, Siyena, Köln və b-nida şəhər oliqarxiyası və yuxari sex təbəqələrinə qarşı üsyana qalxdılar. Orta əsr şəhəri daxilindəki ictimai ziddiyyətləri ən kəsgin təzahürləri olan bu üsyanlarda muzdlu fəhlələr xüsusilə mühüm və mütərəqqi rol oynadılar. Beləliklə, Qərbi

Avropanın orta əsr şəhərlərində genişlənmiş ictimai mübarizədə üç əsas mərhələni bir – birindən ayırmıraq olar. Əvvəlcə bütün şəhərin kütləsi feodal senyorlara qarşı şəhələri onların hakimiyyətindən azad etmək uğrunda mübarizə edirdi. Sonra sexlər şəhər patrisiatına qarşı mübarizə apardılar. Daha sonra isə şəhər plebeylərinin onları istismar edən və onlara zülüm edən varlı ustalar və tacirlərə, habelə şəhər oliqarxiyasına qarşı müarizəsi başlandı.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin