Üçüncü xaç yürüşü
XII əsrin ikinci yarısında Misir, Suriya və Mesopotamiyanın müəyyən hissələri birləşdi. Sultan Səlahəddin (Saladin) yeni dövlətin Misir mərkəz olmaqla) başçısı oldu. O, 1187-ci ildə Qüdsü aldı. Bu, üçüncü xaç yürüşü (1189-1192) üçün bəhanə oldu. Həmin yürüşdə Almaniya, Fransa və İngiltərə feodalları iştirak edirdilər. Xaçlılara Almaniya imperatoru I Fridrix Barbarossa və krallar II Filipp Avqust (Fransa) və Aslanürəkli I Riçard (İngiltərə) başçılıq edirdi. Bizansla əlaqədar təcavüzkarlıq niyyətləri olan I Fridrix onun Şərqdə ən yaxşı düşməni olan və Səlahəddinlə ədavət aparan İkonn sultanı ilə razılığa gəldi. Buna cavab olaraq Bizans sonuncu ilə - Səlahəddinlə ittifaqa girdi. Yürüş bir sıra uğursuzluqlarla başlandı. Alman xaçlıları, hətta Fələstinə belə çata bilmədilər; Kilikiyada (Kiçik Asiya) kiçik bir dağ çayını keçərkən I Fridrix boğulduqdan sonra onlar geri döndülər. Fransız və ingilis xaçlıları bütün yürüş ərzində bir – birilə ədavət aparırdılar. Aralıq dənizində İngiltərənin təsirini təmin etməyə çalışan I Riçard Fələstinə gedərkən yolüstü Siciliyanı ələ keçirməyə cəhd göstərdi. Bu II Filippin müqavimətinə və Siciliya taxtına iddiası olan yeni Alman imperatoru VI Henrixin narazılığına səbəb oldu. İngilis kralı Kipr adasını fəth etməklə kifayətlənməli oldu.
Fələstinə çatan kimi xaçlılar Akranı mühasirəyə aldılar. Bu şəhəri onlar ancaq 1191-ci ildə ala bildilər. hərbi əməliyyatların ən qızğın çağında II Filipp Avropaya qayıtdı. O, burada I Riçarda qarşı VI Henrixlə ittifaq başladı. Qüdsü geri almağa uğursuz cəhd göstərdikdən sonra ingilis kralı, nəhayət, Səlahəddindən ancaq bəzi güzəştlər ala bildi: Tirdən Yaffaya qədər sahil zolağı xaçlıların əlində qaldı. Ziyarərçilərə və tacirlərə, üç il ərzində Misirin hakimiyyəti altında qalan Qütsə gedib – gəlməyə icazə verilirdi. Qüds krallığının paytaxtı Akra oldu.
Dördüncü xaç yürüşü
Dördüncü xaç yürüşü (1202-1204) xaçlıların əsl məqsədlərini xüsusilə parlaq surətdə aşkara çıxartdı və Qərbi Avropa ölkələri və Bizans arasında zidiyyətlərin kəskin şəkildə şiddətləndiyini göstərdi. Bu yürüş papa III İioksitinin (1198-1216) çağırışı ilə başlandı. İlk əvvəl Misir getməy qərara alınmışdı. Lakin yürüş Konstantinonolun fəth olunması və Bizans imperiyasının dağıdılması ilə nəticələndi.Yürüşün istiqamətinin dəyişməsində həll edici rolu Venetsiya oynamışdı. Xaçlılar öz donanmaları olmadığından Venetsiyaya müraciət etmişdilər. Venetsiya respublikasının başında duran ticarət oliqarxiyası bundan, xaçlıların köməyi ilə öz ticarət rəqibinə - Bizansa zərbə vurmaq üçün istifadə etmək qərarına gəldi.
Venetsiya doju Enriko Dandolo (1192-1205) xaçlıları donanma ilə Misirə aparmaq müqavilində çox böüyük məbləğ – 85 min gümüş marka tələb etdi. Xaçlılar bu şərtlə razılaşdılar. Lakin tezliklə məlum oldu ki, onlar bütün bu məbləği vermək iqtidarında deyillər. Belə olduqda, Dandolo venetsiyalıların müntəzən ticarət əlaqələri saxladıqları Misirə qarşı yürüş edilməsinə mane olmaq arzusu ilə xaçlılara təklif etdi ki, onlar ödəyə bilmədikləri pulun əvəzində Dalmasiya şəhəri Zadarı işğal etməkdə Venetsiyaya kömək göstərsinlər. Zadar Adriatik dənizinin şərq sahilində Venetsiya tacirləri ilə rəqabət aparan böyük ticarət mərkəzi idi. 1202-ci ildə şəhər alındı. Bundan sonra Dandolo xaçlıların başçısı – italiyan knyazı Monferratlı Bonnfasi ilə sövdələşməyə əsasən, qoşunları və donanmanı Konistantinola yönəltdi. Hələ 1195-ci ildə hakimiyyətdən salınmış Bizans imperatoru II İsaaq Aikelin oğlu şahzadə Alekseyin kömək üçün papa və alman kralına müraciət etməsi bunun üçün bəhanə oldu.
Monferratlı Bonifasini məxfi olaraq II Filipp Avqust Fransa və Almaniya imperiyasının bəzi iri sahibkarları müdafiə edirdilər. Onlar Bizansda aparılan müharibədən mənfəət qoparmaq niyyətində idilər. Papa III İinokentn, yürüşün uğurlu olacağı halda yunan kilsəsinin “apostoltaxtı”na tabe ediləcəyi barədə şahzadə Alekseyıin vədini aldıqdan sonra, faktiki olaraq, xaçlıların başçılarına onların planlarını həyata keçirməkdə kömək etdi. Hərçənd, rəsmi şəkildə, onlara xristian torpaqlarına ziyan vurmağı qadağan etdi. Beləliklə o zamanki Avropanın ən nüfuzlu siyasi qüvvələrinin hamısı xaçları Bizansı tutmağa sövq edirdi. 1203-cü ilin yayında Konistantinolu mühasirə edən xaçlılar imperator II İsaakın yenidən taxta çıxmasına nail oldular. Lakin o, kömək müqavilində vəd etdiyi məbləği bütövlükdə ödəyə bilmədikdə, səlibçilər 1204-cü ilin aprelində şəhəri hücümla aldılar və dəhşətli surətdə dağıtdılar. Bütöv məhəllələr od içində qaldı. Müqəddəs Sofiya məbədi amansızcasına qarət olundu.
Konstaninonolun süqutundan sonra Bizans imperiyası ərazisinin yarısı, başlıca olaraq Balkon yarmadasındakı torpaqlarda ələ keçirildi. Burada səlibçilər öz dövlətlərini – Latın imperiyasını (1204-1261) yaratdılar. Müstəqil dövlətlər yalnız Balkan yarımadasının qərbində (Epir hakimliyi), Kiçik Asiyanın şimal – qərbində (Trabzaon imperiyası) qaldılar. İşğal və müxtəlif sövdələşmələr nəticəsində hamıdan çox venetsiyalılar qazandılar. Konistaninonolun bir hissəsi, Adrianonol, Mərmərə dənizi sahilində çoxlu liman, Egey dənizində bir sıra adalar, cənub – qərbi Pelopines, Krnt adası onların əlinə keçdi.
Latın imperiyası o qədər də çox yaşamadı. 1261-ci ildə Nigeya imperatoru Mixail Paleoloq Venetsiyanın əsas ticarət rəqibi olan keniyalıların pulu və donanmasının köməyi ilə Konstinonolun tutdu və Bizans imperiyasını bərpa etdi. Lakin Dördüncü xaç yürüşü nətiçəsində Bizansın keçmiş zənginliyi və qüdrəti həmşəlik sarsıldı.
Dostları ilə paylaş: |