Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə103/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   99   100   101   102   103   104   105   106   ...   263
Orta srlr tarixi S D Skazkin

1. Fransa XI-XV əsrlərdə


1. Fransa XI-XIII əsrlərdə


XI-XIII əsrlərdə kənd təsərrüfatı və kəndlilərin vəziyyəti.

XI-XIII əsrlərdə Fransa kənd təsərrüfatı xeyli inkişaf etmişdi. Üçtarlalı əkin sistemi, təkmilləşdirilmiş kotan geniş yayılmışdı. Taxıl bitkilərindən birinci yeri buğda tuturdu. Yeni qoşqu sistemi nəticəsində öküz əvəzində atdan istifadə etmək mümkün oldu ki, buda şumlama və başqa kənd təsərüfatı işlərinin müddətini azaltdı.İqlim və torpaq xüsusiyyətləri ilə əlaqədar olaraq cənub vilayətlərində ikitarlalı əkin sistemi və yüngül kotan uzun müddət qaldı . Burada taxil bitkiləri ilə yanaşı üzümlüklər, texniki bitkilər, meyvə ağacları da geniş sahələri əhatə edirdi.


XII əsrdə incə qoyulmuş yerlər və meşələr kütləvi surətdə əkin üçün təmizlənməyə başladı. Tarlaların gübrələnməsi təcrübəsindən daha geniş istifadə olundu. Dirriklərdə yeni tərəvəz növləri əkildi. XII əsrin sonlarında Normandiyada yel dəyirmanları meydana gəldi. Sonra bu dəyirmanlar Fransanın başqa vilayətlərində də yayıldı. XII-XIII əsrlərdə əkin sahələrinin artması bu vaxta qədər məhsulsuzluq, quraqlıq, sel və.s nəticəsində tez-tez baş verən, natural təsəsrrüfat şəraitində xüsusilə fəlakətli olan aclıqları bir qədər azaltdı.


Əmək məhsuldarlığı , başlıca olaraq , kəndli təsərrufatında artdı . Kəndli biyara nisbətən, istifadəsində olan torpaq parçasında daha səylə və daha yaxşı işləyirdi. Senyorlar üçün feodal rentasını məcburi biyar əməyi formsında deyil, kəndlilərin öz sahələrindən götürdükləri məhsuldan almaq daha sərfəli olmuşdu. Feodallar, tədriclə, öz əkin yerlərini ləğv etməyə və bu vaxta qədər bilavasitə öz şəxsi mülklərinin tərkibinə daxil olan torpaqları irsi istifadə üçün kəndlilərə paylamağa başladılar.Həmin əsas üzrərində XII-XIII əsrlərdə biyardan ərzaq rentasına keçid baş verdi ki, bu da Fransada öz əksini çöl biyar işlərinin tədricən azalması və natural vergilərin artmasında tapdı.


Aramsız xarici və daxili müharibələr fransız feodalında, hələ o zaman, sahibkarlardan daha çox döyüşçü xüsusiyyətləri yaratmışdı. Onun həyatında təsəsrrüfat işlərinə yer qalmamışdı. Cəngavər bu işləri öz təsərrüfat müdirinə, adətən, renta toplamaq hüququnu ondan satın almış şəxsə həvalə edirdi. Kilsə mülklərində işlər bir qədər başqa cür idi. Burada mülk (domen) torpaqları daha uzun müddət qaldı. Bu torpaqların idarə edilməsi yaxşı təşkil olunmuşdu. Belə ki, hər şeyə sahiblər və ya ruhanilər heyətinin özü nəzarət edirdilər ki, bunları da mənafe ümumiliyi və müəyyən intizam birləşdirirdi. Lakin, elə həmin dəyişikliklər, ləng də olsa , kilsə torpaq sahibliyində də gedirdi.Ərzaq rentasının biyar üzərində qələbəsinə başqa şərtlər, xüsusilə meşələrin açılması da kömək edirdi.Bu işlərdə başlıca rol kəndlilərə məxsus idi.Yeni torpaqların məskunları (hospitləri ) içərisində çoxlu qaçqın təhkimlilər vardı. Butorpaqların sakinləri biyara getmir, senyorlara natural töycü və kiçik məbləğdə pul verirdilər. Onlar şəxsən azad adamlar ( villanlar) idilər . Lakin torpaq və məhkəmə baxımından feodaldan asılı idilər. XI –XII əsrlərdə kəndlilərin bir hissəsi (servlər) təhkimli vəziyyətində qaldılar.


Biyardan natural töycüyə keçid kəndli təsərrüfatının daha da möhkəmlənməsinə kömək etdi. İndi, öz işlərinin ən qızğın çağında kəndlinin başı, artıq, ağa işlərinə qarışmırdı. Senyorlar kəndliləri töycü sisteminə keçirərkən onlardan alınan vergiləri artırmağa çalışırdılar .Bu da kəndlilərin müqavimətinə səbəb olurdu. Onlar yeni mükəlləfiyyətləri ödəməkdən imtina edir, şəhərlərə qaçır, köçüb yeni yerlərə gedir, xaç yürüşlərinə yollanırdılar. Lakin bu , bir qayda olaraq, yerli xarakterə malik idi; kəndlilər dağınıq halda, ayrı-ayrı senyorların hüdudları daxilində mübarizə aparırdılar.

XI –XII əsrlərdə kəndli üsyanları və başqa müqavimət formaları, adətən, məqsədlərinə yetməsə də yeni vergilər tamamilə ləğv olunmasa da mühüm əhəmiyyətə malik idi. Mükəlləfiyyətlərin artırılmasına qarşı mübarizə aparmaqla kəndlilər onların elə miqdarda təsbit edilməsinə nail olurdular ki, bu miqdar kəndli təsərrüfatının daha da inkişafına imkan verir, onun müflisləşməsinin qarşısını alırdı.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin