Şəhərlərin və əmtəə - pul münasibətlərinin fransız kəndinə təsiri
Şəhərlərdə sənətkarlıq və ticarətin inkişafı nəticəsində kənddə rentasının tutduğu yer nəzərə çarpacaq dərəcədə artır. Pul rentasının yayılması göstərirdi ki, izafi məhsul nəinki kəndli təsərrüfatında meydana gəlir, həm də əmtəəyə çevrilirdi. Özü də bu məhsulu kəndlinin özü satırdı. Bunun nəticəsində kəndli təsərrüfatı şəhərlə fəal ticarətə cəlb olunur, şəhərlə kənd
arasında əmtəə-pul münasibətləri inkişaf edirdi. Bu əmtəə dövriyyəsində isə feodala, demək olar, yer qalmırdı. Kəndin şəhər bazarı ilə, başlıca olaraq, kəndli təsərrüfatı vasitəsilə əlaqə saxlaması , XIII-XV əsrlərdə Fransa iqtisadiyyatının ən mühüm xüsusiyyətlərindən biri idi.
XIII əsrdə təhkimli kəndlilərin ödənclə azadlığa çıxması (öz azadlıqlarını pulla satın almaları ) prosesinin başlanması, onların şəxsi asılılıqdan azad olması, şəxsən asılı serverlərin villanlara çevrilməsi əmtəə-pul münsibətləri inkişafının nəticəsi idi. Fransa da kəndlinin təhkimli vəziyyətdə olması hüquqi baxımdan bu əlamətlərlə müəyyən edilirdi: 1) serv mirasa yiyələndikdə, “ ölü əli” hüququna əsasən, mirasın bir hissəsini feodala verməli idi, 2) başqa senyoriyadan olan adamla evləndikdə xüsusi töycü-formaryaj verirdi, 3) ixtiyari vergi və 4) “şevaj” – miqdarca az , lakin alçaldıcı hesab olunan baş vergisi ödəyirdi. Məhz həmin dövr mükəlləfiyyətin satın alınması servin şəxsən azad olması, onun villana çevrilməsi demək idi. Kəndlinin-villanın torpağı feodalın mülkiyyəti olaraq qalırdı və bunun əvəzində feodal rentası ödənilirdi.
Kəndlilərin şəxsən azad olunması prosesi, başlıca olaraq, XIII-XIV əsrlərdə (qismən XV-XVI əsrlərdə də) baş verdi. Bu proses müxtəlif formalarda olurdu. Ayrı–ayrı adamlar, ailələr, bəzən də bütöv kəndlər ödənc verib azadlığa çıxırdılar. Ödənc məbləği müxtəlif idi və bir qayda olaraq senyorla kəndli arasında uzun mübahisədən sonra müəyyən olunurdu. Bütövlükdə, kəndlilər ödənc verib azadlığa çıxmağa çalışırdılar. Çünki təhkimliçik mükəlləfiyyətləri, xüsusi ilə ixtiyari vergi, onlar üçün son dərəcə dözülməz idi. Lakin ödənc, bəzən, o qədər çox olurdu ki, kəndli əvvəlki vəziyyətdə qalmağı üstün tuturdu. Buna görə də “azadlıq” çox vaxt hətta məcburi sürətdə verirlirdi. Ödənclə azad olunma xüsusi fərmanlarla rəsmiləşdirilirdi. Həmin fərmanda ödənclə azad olmanın şərtləri və gələcəkdə kəndlilərdən alınacaq vergilər sadalanırdı . Bu vergilər , getdikcə daha tez-tez senz adlanırdı. Buna görə də həmin vergilərin alındığı kəndli torpağı çox keçmədən “senzif”, onun sahibi olan şəxsən azad kəndli isə villan deyil, senzitari adlanmağa başladı. Kəndlilərin şəxsi azadlıq əldə etməsi , pul rentasına keçid , kəndli təsərrüfatının iqtisadi müstəqilliyi və onun şəhər bazarı ilə əlaqəsi-bütün bunlar Fransa kəndinin həyatında çox mühüm və mütərəqqi hadisələr idilər . Lakin bunlar nə torpaq üzərində feodal mülkiyyətinin ləğv olunması, nədə feodal istismarının azalması demək idi. Ödənc üçün pul çox vaxt şəhər sələmçilərindən götürülürdü və kəndlilər də onların borc əsarətinə düşürdülər. Kilsə senyorları, adətən, ən ağır şərtlərlə ödənc alıb azadlığa buraxırıldılar.
Feodalların aldıqları vergilərlə yanaşı, dövlət vergiləri də meydana gəlirdi. Kilsə onda biri (kəndlilər taxıl məhsulunun onda birini təşkil edən “böyük onda bir” və mal-qara, yun, maldarlıq məhsulları isə ödənilən “kiçik onda bir” ödəyirdilər ) kəndlilər üzərində ağır yük idi.
Kəndlilər hər cür yeni mükəlləfiyyətə qarşı senyorlarla inadlı mübarizə etməli olurdular. 1251-ci ildə Flandriyada və Şimali Fransada böyük kəndli üsyanı–“çobanlar” üsyanı (üsyançılar özlərini elə adlandırırdılar) qalxdı. Kəndlilər yol boyu monastrları və kilsələri dağıda-dağıda kütlələrlə Parisə doğru, sonra isə Tura və Orliana doğru irəlilədilər. Lakin tezliklə məbluğ edirdilər. Bu Fransanın şimalında,kəndlilər içərisində narazılığın artmaqda olduğunu göstərən və hakim sinfin kral hakimiyyəti ətrafında daha sıx birləşməsini tələb edən ilk böyük kəndli hərəkəti idi.
XII əsrdə kral hakimiyyətinin güclənməsi.
XII əsrdə Fransada dövlətin mərkəzləşməsi prosesi başlanır. Əvvəlcə həmin proses Şimali Fransada genişləndi. Burda onun üçün iqtisadi və ictimai zəmin vardı. Kral hakimiyyətinin feodal senyorları özünə tabe etmək siyasəti, hər şeydən əvvəl, bütövlükdə hakim sinfin mənafeyindən irəli gəlirdi. Onun başlıca məqsədi kəndlilərin müqavimətini qırmaq üçün mərkəzi hakimiyyəti gücləndirmək idi. Buna xırda və orta feodalların daha çox ehtiyacı vardı. Çünki onlar kifayət qədər qeyri-iqtisadi məcburiyyət vasitələrinə malik deyildilər.
Onlar kral hakimiyyətinin güclənməsində bir də ona görə maraqlı idilər ki, belə hakimiyyətə daha qüvvətli iri feodalların zorakılığı və təzyiqindən qorunmaq üçün özlərinə bir arxa kimi baxırdılar.Kralların mərkəzləsdirmə siyasəti mütərəqqi hadisə idi. Kral hakimiyyəti ölkənin məhsuldar qüvvələrini sarsıdan feodal özbaşınalığına qarşı mübarizə aparır, şəhərlərin
sənətkarlıq və ticarətin inkişafına kömək göstərirdi. F. Engelsin fikrincə kral hakimiyyəti “hərc-mərclik içərisində qayda-qanun nümayəndəsi idi”. Buna görə də şəhərlər kral hakimiyyətini müdafiə edir, iri feodallara qarşı mübarizədə tez-tez onun müttəfiqi olurdular. Mərkəzləşmiş dövlətin yaradılmasında onların köməyi mühüm rol oyanayırdı. Bu siyasətin
əleyhdarı iri feodallar idilər. Onlar, hər şeydən çox, öz siaysi müstəqilliklərini, bununla birlikdə əhali üzərində hakimiyyətlərini və onlardan alınan gəliri itirəcəklərində qorxurdular; onları ali ruhanilərin bir hissəsi müdafiə edirdi. İri feodalların öz aralarındakı aramsız düşmənçilik etməsi kral hakimiyyətinin möhkəmlənməsinə əlverişli şərait yaradırdı. Onların hər biri digərinin hesabına qüvvətlənməyə cəhd göstərirdi. Krallar bu mübarizədən istifadə edir və onu qızışdırırdılar.
XII əsrin əvvəli kral hakimiyyətinin inkişafı proseesində dönüş dövrüdür.VI Lüdoviq (1108-1137) və onun kansleri Sugeri kral mülkündəki feodalların müqavimətinə son qoydular. Onların qəsrləri ya dağıdıldı, ya da kral qranizonları tərəfindən tutuldu. Şəhərlərin köməyindən istifadə edən kapetinklər ətraf vilayətləri öz mülklərinə birləşdirməyə başladılar. VII Lüdoviqin zamanında (1137-1180) Bruj və Sans şəhərlərinin birləşdirilməsi hesabına kral mülkləri genişləndi. Lakin XIIəsrin ortalarında Fransada Fransız kralların çox qüvvətli rəqibləri meydana gəldi. 1154-cü ildə fransız feodallarından biri- Anju qrafı Henrix Plantagent İngiltərə kralı oldu. Onun Fransadakı mülkləri – Anju, Men, Turen, Normandiya, Puatu, sonralar isə Akvitaniya (Henrix akvitanyalı Alionora ilə evləndikdən sonra) fransız kralının mülklərindən bir neçə dəfə böyük idi.
Kapetinklərlə Plantagentlər arasında rəqabət II Flipp Avqustun zamanında (1180-1223) xüsusilə qızışdı. Mahir siyasətçi və diplomat olan II Filipp bütün diqqəti Plant-agentlərlə mübarizəyə yönətdi. O, ən böyük müvəffəqiyyəti ingilis kralı Torpaqsız İonnla mübarizədə qazandı. II Filipp ingilis kralının Fransadakı bütün mülklərini müsadirə olunmuş elan etdi və Normandiyanı ələ keçirdi (1202-1204). İonnanın zorakılığından hiddətlənmiş Normandiya baronları və şəhərliləri Fransa kralına kəskin müqavimət göstərmədilər. Bundan sonra II Filipp ingilis krallarının Fransadakı başqa mülklərini də işğal etdi. Plantagentlərin əlində yalnız Puatunun bir hissəsi və Akvitaniya hersoqluğu qaldı.
İtirilmiş vilayətləri geri qaytarmağa cəhd göstərən İoann Almaniya imperatoru IV Ottonu, Flandriya qrafını və bəzi iri fransız feodallarını öz tərəfinə çəkdi. Lakin fransızlar 1214-cü ildə Laroş-o-Muan (Anjer yaxınlığında) və Buvin (Flandriyada) yaxınlığında baş vermiş vuruşmalarda ingilisləri və onların müttəfiqlərini darmadağın etdilər. Beləliklə II Flipp öz
işğallarını möhkəmləndirdi. O, şəhərlərin kral hakimiyyətinə nə qədər böyük fayda verə biləcəyini özünün bütün sələflərindən daha yaxşı başa düşdü və onlarla öz ittifaqını möhkəmləndirməyə çalışdı. Onun bir sıra şəhərlərə verdiyi çoxlu kommuna fərmanları bunu sübüt edir.
Flippin hərbi uğurları nəticəsində fransız kralının torpaqları təqribən dörd dəfə artdı. Fransanın hələlik kral torpaqlarının tərkibinə daxil olmamış hissələrində kral hakimiyyətinin rolu çox gücləndi. Kral iri feodalların işlərinə qarışmaq üçün heç bir təsadüfü əldən vermirdi. O, iri feodallardan vassallıq təəhhüdlərini yerinə yetirməyi, xüsusilə hərbi xidmət göstərməyi tələb edirdi.
Hər bir vassal hersoqluqlarda kralın öz müttəfiqləri vardı: şəhərlər, ruhanilərin və xırda cəngavərlərin mühüm hissəsi kralla ittifaqda idilər. Kral hakimiyyəti xırda cəngavərlərlə əyanlar arasındakı toqquşmalardan öz mənafeyinə istifadə edirdi.
Dostları ilə paylaş: |