1356-1358-ci illər Paris üsyanı
Puatye yaxınlığında məğlubiyyət ölkənin düşməndən müdafiəsini təşkil edə bilməyən zadəganlar və krala qarşı xalqın qəzəbinə səbəb oldu . Buna görə də əsirlikdə olan kralın oğlu dofin (Fransada taxt-tac sahibi belə adlanırdı ) Karl vəsait toplamaq məqsədilə 1356 ci ilin oktyabrında Baş ştatlar çağırdıqda , Puatye yaxınlığındakı məğlubiyyətdən sonra zadəganların zəifləməsi nəticəsində nüfuzu xeyli artmış şəhərlərin nümayəndələri mühüm islahatlar keçirilməsini tələb etdilər ; onlar tələb edirdilər ki , Kral şurası üzvləri və digər iri vəzifəli adamlar istefa versinlər : bütün işlərin aparılması ştatların 28 deputatından ibarət xüsusi komissiyaya verilsin ; bu komissiyanın razılığı olmadan dofinin orduya əmr vermək , məmurları vəzifəyə qoyub – çıxarmaq hüququ yox idi . Ştatlar yeni gəlir vergisi qoyulmasını tələb etdi . Yeni təsbit olunacaq vergi zadəganların da alınması idi . Özü də zadəganlardan şəhərlilərə nisbətən daha çox vergi alınmalı idi .
Dofen bu tələbləri yerinə yetirməkdən imtina etdi . Belə olduqda Parisdə çaxnaşma başlandı . Parislilərə şəhər bələdiyyə idarəsinin başçısı tacirbaşı Etyen Marsel rəhbər-lik edirdi . Dofin yenidən ştatlara müraciət etməyə məcbur oldu . Baş ştatlar 1357-ci ilin martında toplandı və geniş islhatlar planı tərtib etdi . Bu islahatlar “Böyük mart ordunansı” adını aldı . Ordunansa görə dofinin əlində yalnız məhdud icra hakimiyyəti qalırdı ; ştatlar müstəqil surətdə , onun icazəsi olmadan , ildə iki dəfə toplanmalı , barışıq və sülh bağlamağa qədər bütün ən mühüm məsələləri özü həll etməli idi . Baş ştatlar kral müşavirlərini təyin etməli, səs vermə əsasında vergiləri bölüşdürməli və toplamalı idi . Kral aparatı minimuma endirildi . Dofinin bütün hərəkətlərinə Baş ştatların təyin etdiyi komissiya nəzarət etməli idi . Bu komissiyaya Etyen Marselin tərəfdarları daxil edildilər .
Lakin bu uzun sürmədi . Etyen Marsel və onun ən yaxın tərəfdarları çox varlı tacirlərdən olub , həmin dövrün ən varlı adamlarından idilər. Onlar zadəganlara qarşı bütün ölkəni bürüyən narazılığa şərik idilər . Lakin onlar şəhər əhalisi və kəndlilərin vergi yükünü yüngülləşdirmək naminə öz gəlirlərindən əl çəkmək niyyətində deyildilər və buna görə də Parisin xalq kütlələri içərisində əsl mənada dayağa malik deyildilər . Baş ştatların səs vermə ilə qərara aldığı yardım məbləğinin ağırlığının çox faizi gəliri çox olanların deyil , az gəlirli əhalinin üzərinə düşürdü . Doğrudur , bundan boyun qaçırdılar və Baş ştatların işində , faktiki olaraq , iştirak etmədilər .
Etyen Marseli və Parisin yuxarı dairələrini başqa şəhərlərdə də müdafiə etmədilər. İri tacirlər hər yerdə ən nüfuzlu qüvvə idi . Lakin şəhərlərin özləri hələ bir-biri ilə kifayət qədər əlaqə saxlamır , hətta , bəzən öz aralarında rəqabət aparırdılar . Paytaxtın başcı rolunun hamı tərəfindən qəbul edilməsinə baxmayaraq , başqa şəhərlər hakimiyyətin Parisin əlinə keçməsində narazı idilər . Dofin bu vəziyyətdən istifadə etdi . O , şəhərləri gəzib öz ətrafına cəngavərlər toplamağa başladı ; onun məqsədi pul yardımı almaq üçün Parisdən kənarda Baş ştatlar çağırmaq idi .
1358-ci ilin fevralında Parisdə yenidən , əsasən Parisin yuxarı dairələrini təmsil edən, Baş ştatlar toplandıqda aydın oldu ki, o ölkədə öz nüfuzunu itirmişdir. Belə olduqda Etyen Marsel dofini özünə zorla tabe etmək qərarına gəldi. 1358-ci il fevra-lın 22-də meydana silahlı sənətkarlar topladı; özü isə bir neçə tərəfdarı ilə birlikdə saraya getdi. Sarayda dofinin öz yanında onun iki ən yaxın müşaviri-marşallar Şampanlı və Normandiyalı öldürüldülər. Etyen Marsel bərk qorxmuş dofinin başına öz göy- qırmızı ( Paris şəhərinin rəngi )papağını qoydu , ona salamat qalacağını vəd etdi və onu öz himayəsinə götürdü . Ertəsi gün dofin Parisin yuxarı dairələrinin öz Şurasına qəbul etməyə razılıq verdi və Baş ştatların təşəbbüsü ilə verilmiş ordonansı təsdiq etdi . Lakin bir aydan sonra paytaxtdan qaçdı və Parisin mühasirəsi üçün hazırlaşmağa başladı .
Dostları ilə paylaş: |