Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Feodal ara müharibələri. Kaboşyenlər üsyanı



Yüklə 3,06 Mb.
səhifə117/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   113   114   115   116   117   118   119   120   ...   263
Orta srlr tarixi S D Skazkin

Feodal ara müharibələri. Kaboşyenlər üsyanı

Ruhi xəstə olan VI Karlın (1380 – 1422 ) hakimiyyəti illərində iki feodal dəstəsi arasında şiddətli ara müharibələri başladı . Bu feodal dəstələrinə kralın əmisi və qəyyumu – Burqu diya və Orlean hersoqları başçılıq edirdilər . Sonuncu öz qo-humları – cənubun iri feodalları olan Armanyak qrafları ilə birgə hərəkət edirdi . Buna görə də ara müharibələri “burqundlarla armanyakların müharibəsi” adlanırdı.


Kral nəslindən olan prinslər mərkəzi hakimiyətin müvəqqəti zəifləməsindən istifadə edərək öz ananajlarında ( kral torpaqlarından onlar üçün ayrılmış mülklərdə ) tam müstəqilliyə can atırdılar ; cənub feodalları isə öz müstəqilliklərini saxlamaq həsrətində idilər . Hər iki dəstə bir– birini qırıb qurtarır, xəzinə və xalqı amansızcasına qarət edir , ölkə iqtisadiyyatına və əhalisinə çox böyük ziyan vururdu .


XV əsrin əvvəlində təkcə Fransanın deyil , - həm də bütün Qərbi Avropanın ən böyük ticarət – sənətkarlıq mərkəzinə çevrilən Parisi ələ keçirmək burqundlar və armanyaklar üçün xüsusilə arzu olunan məqsəd idi . Lakin Paris əhalisi buna müqavimət göstərirdi . 1413-cü ildə çağırılmış Baş ştatlarda ara müharibələrinə qəti etiraz edildi və hersoqların təyin etdikləri məmurların öz vəzifələrindən dözülməz dərəcədə sui- istifadə etmələrindən narazılıq olundu. Lakin Baş ştatlar hər hansı bir uğur əldə etməkdə aciz idilər.


Belə olduqda, 1413-cü ilin aprelində Parisdə üsyan qalxdı. Bu üsyanda xırda sənətkarlar (xüsusilə qəssablar, dabbaqlar, xəzçilər), usta köməkçiləri və şəhər yoxsulları başlıca rol oyna-yırdılar. Başçılarından birinin – Simon Kaboşun adı ilə üsyançılar “ kaboşyenlər” adlandılar. Üsyançılar bütün ölkədə sakitlik yaradılması, vergilərin azaldılması və vergi toplanılması işinin qaydaya salınmasını tələb edirdilər. Kaboşyenlərin çıxışından şəhərin varlı təbəqələri istifadə etdilər : onlar hökümətin maliyyə və məhkəmə işləri sahələrində mötədil (mülayim) islahatlar keçirilməsinə nail oldular. Lakin üsyan genişləndikcə kaboşyenlərin şəhəri yuxarı təbəqələrinə qarşı düşmən mövqeyi getdikcə daha çox aşkar olundu. Şəhərlilərin bundan qorxan varlı


təbəqələri hərəkatdan üz döndərdilər . Nəticədə sentyabrın əvvəlləri üçün Parisi armanyaklar zəbt etdilər. Onlar şəhərin yuxarı təbəqələrinin köməyi ilə üsyançılara divan tutdular. Elan olunmuş islahatlar ləğv olundu.



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin