Len sistemininvə ölkənin siyasi inkişafının xüsusiyyətləri. Normandiya istilasının əhəmiyyəti.
Yeni iri feodal torpaq sahibləri – Normandiya baronları kralın bilavasitə vassalları idilər. On-lar krala hərbi xidmət göstərməyə və xeyli miqdarda pul vergisi ödəməyə borclu idilər. Lakin Vilhelm təkcə baronlardan deyil, həmçinin baronların vassalı olan daha xırda feodallardan – cəngavərlərdən də vassallıq xidməti tələb edirdi. Kimin vassalı olmalarından asılı olmuyaraq , bütün cəngavərlər krala sədaqət andı içməli və onun tələbi ilə kral qoşunlarına xidmət etməli idilər. Bütün feodal torpaq sahiblərinin birbaşa kraldan vassallıq asılılığına salınması ilə vassallıq münasibətlər sistemi , İngiltərədə, adətən , “ Vassalımın vassalı – mənim
vassalım deyildir” qaydasının qüvvədə olduğu kontinentə nisbətən, daha bitkin və daha mərkəzləşmiş xarakter aldı.
Zəngin şəhərlərə malik iri kral mülkünün mövcud olması, habelə iri ərazi knyazlıqlarının olmaması ilə yanaşı İngiltərədə len sisteminin bu özünəməxsus xüsusiyyəti, həmin ölkədə kontinent ölkələrinə nisbətən , artıq , XI əsrdə də XIII əsrin əvvəlində kral hakimiyyətinin daha güclü olmasında çox mühüm rol oynadı. Ölkədə kral hakimiyyətinin , xüsusilə , bilavasi-tə istiladan sonra , güclənməsində , həmçinin yerli əhalinin – kəndlilərin , qismən də xırda anql-saks cəngavərlərinin Normandiya istilaçılarına qarşı düşmən mövqeyi də mühüm rol oy-nadı. Bu Normandiya istilaçılarını kral ətrafında birləşdirməyə məcbur edirdi. Vilhelm, istiladan sonra, idarəçilik üzərində nəzarəti tə`min edən bir sıra tədbirlər həyata keçirdi. İngiltə-rənin bölündüyü ayrı-ayrı qraflıqlara şeriflər başçı təyin olundular. Şeriflər kralın təyin etdiyi vəzifəli adamlar idilər. Onlar yerlərdə mərkəzihakimiyyətin nümayəndələri idilər. Şeriflər inzibati rəhbərlik və məhkəmə işlərinə , vergi və kral gəlirlərinin toplanmasına nəzarət edirdi. Bununla belə , kral hakimiyyəti , yerli idarəçiliyin təşkilində keçmiş anql – saks tə`sisatlarına əsaslanmağa çalışırdı. Belə ki, yüzlüklərdən və qraflıqların azad sakinlərinin yığıncaqlarından vergiləri bölüşdürmək və toplamaq, məhkəmə və hökümət təhqiqatları üçün istifadə olunurdu. Anql – saks dövründə dövründə alınan bütün vergilər saxlanıldı və artırıldı. Bunun nəticəsin-də kralın əlinə qüdrətli inzibati aparat , iri hərbi və maliyyə ehtiyatları keçdi.
Beləliklə, Normandiya istilalarının İngiltərə tarixi üçün bir sıra mühüm nəticələri oldu. Bu, halə anql – saks dövründə başlanmış feodallaşma prosesinin qəti olaraq sona yetməsinə kö-mək etdi ; ingilis kəndlisinin ümumi vəziyyətinin pisləşməsi və onun istismarının güclənməsi ilə nəticələndi. İngiltərənin kontinentlə əlaqələrinin qüvvətlənməsi , xarici və daxili ticarətin genişlənməsi , şəhərlərin sur`ətli inkişafı Normandiya istilasının nəticəsi idi. İstila kral haki-miyyətini gücləndirdi , ölkənin siyasi birliyini feodal dövlətinin yaranmasına kömək etdi.
Dostları ilə paylaş: |