XII əsrdə İngiltərə feodal dövlətinin inkişafı.
İngiltərə mərkəzi hakimiyyətin qüvvətlənməsi XII əsrdə də davam etdi. İndi , istila , artıq , müəyyənedici əhəmiyyətə malik olmadığı zamanda , bu prosesin davam etməsi ölkədə yaran-mış qüvvələr nisbətindən irəli gəlirdi.
Feodal dövlətinin möhkəmləndirilməsi , bütövlükdə , feodallar sinfinin əsas mənafeyinə cavab verirdi ; belə ki , kütlələrinin feodal zülmünə qarşı müqavimətinin yatırılmasını təmin edirdi. Normandiya baronları düşmən anql – saks əhalisi üzərində , təhkimliləşdirilməkdə olan kəndlilər üzərində ağalığı saxlamaq üçün , heç olmasa ilk zamanlar , qüvvətli kral hakimiyyə-tini müdafiə etməyə məcbur idilər. Doğrudur, bu müdafiə nisbi və dəyişkən xarakter daşıyırdı. Sonralar , ölkədə onların vəziyyəti möhkəmləndikcə , baronlar tez –tez kral hakimiyyəti ilə açıq münaqişəyə girirdilər. Lakin ingilis krallarının nisbətən sabit dayaqları da vardı.Onlar itaət etməyən baronlara qarşı mübarizədə daim həm Normandiya , həm də anql – sakson mən-şəli orta və xırda feodal torpaq sahiblərinə ( cəngavərlərə ) arxalanırdılar. Güclü kral hakimiy-yəti cəngavərləri kəndli üsyanlarından mühafizə edir , kəndliləri təhkimliləşdirmək və təhkim-li kəndliləri amansızcasına istismar etmək üçün imkan yaradır , eyni zamanda , iri feodalların onların torpaqlarının ələ keçirilməsinin və hüquqlarına başqa cür qəsd etməsinin qarşısını alırdı.
İngiltərədə ən iri torpaq sahibi olan kilsə də krala daim kömək göstərirdi. Vilhelm öz tərəf-darlarının – normandiyalıların başçılıq etdikləri kilsəyə əsirgəmədən zəngin bəxşişlər payla-yırdı. O , kilsəyə bir sıra mühüm imtiyazlar ( xüsusilə, ali məhkəmə təşkilatından asılı
olma-yan müstəqil kilsə məhkəmələrinə malik olmaq hüququ ) verdi. Kral hakimiyyəti kilsənin hüquq və əmlakını dünyəvi feodallarının qəsb etməsindən qoyurdu.
Vilhelmi şəhərlilər də müdafiə edirdi. Daxili iqtisadi əlaqələri möhkəmləndirdikdə marağı olan şəhərlərin ölkənin siyasi baxımdan mərkəzləşdirilməsinə ehtiyacı vardı. London, Duvr, Noric , Nottingem kimi böyük şəhərlərin köməyinin kral hakimiyyətinin möhkəmləndirmək üçün mühüm əhəmiyyəti vardı . Nəhayət , dövlətin mərkəzləşdirilməsində azad kəndlilərin də marağı vardı ; azad kəndlilər , onları təhkimli halına salmağa cəhd edən feodallara qarşı kralın himayəsinə girməyə çalışırdılar. Əhalinin bu təbəqələrinə arxalanan İstilaçı Vilhelmin varisləri dövlət idarəçiliyi sistemini daha da möhkəmləndiridilər ki, bunun da mərkəzi krak saryı idi. Vilhelmin kiçik oğlu I Henrixin (1100-1135) zamanında dövlətin idarə olunmasında daimim kral şurası – kral kuriyası (curia regis) mühüm rol oynamağa başlad; bu şura eyni zamanda həm məhkəmə , həm inzibati, həm də maliyyə otqanı idi. Həmin şuraya bəzi iri feodallar, karlın məhkəmə hakimləri və kralın dəftərxanası, xəzinəsi , vergi yöğılması işinə nəzarət rdən şəxslər( yustisiari, kansler, xəzinədar və b.) daxil idilər. Bundan başqa , səyyar kral məhkəmə hakimləri mühüm əhəmiyyət kəsb etilər. Onlar , vaxtaşırı olaraq, qraflıqlara məhkəmə təhqiqatları , vergi qoymaq və vergi toplamaq qraflıqlara gömdərdiyi vəzifəli şəxslərin faliyyətinə nəzarət etmək üçün göndərilirdilər. I Henrix zamanında kral xəzinəsi ilə yanaşı “Şahmat taxtası palatası” da meydana gəldi. Həmin palata kral gəlirlərinin toplanmasına və şeriflərin haqq-hesablarına nəzarət edirdi. Məhkəmə idarəsi kimi o da kral kuriyasının bir hissəsi idi.
Özündən sonra oğulları qalmayan I Henrixin ölümündən (1135) sonra onun qızı – fransız qrafı , Anju vilayətinin sahibi Joffrua Plantagentin arvadı Matilda ilə I Henrixin qardaşı oğlu Blualı Stefan arasında uzunsürən taxt-tac mübarizəsi başlandı. Ara müharibələri və mərkəzi hakimiyyətin zəifləməsindən istiofadə edən feodallar ölkəni. Xüsusilə kəndliləri və şəhərləri var –yoxdan çıxardılar, qarət etdilər. Feodal özbaşnalığı yalnız 1153-cü ildə , iki düşmən tərəf arasında saziş bağlandıqdan sonra , başa çatdı. Həmin azişə görə Stefanın ölümündən sonra Matildanın oğlu Henrix Plantagenet taxta çıxmalı idi.
Ikinci Henrix Plantagenetin hakimiyyəti illərində ( 1154-1189) İngiltərədən başqa Anju nəslinin Fransadaki çox geniş torpaqları – Anju , Men, Turin, Puatu, sonra isə Akvitaniyada ingilis kralının mülklərinə daxil oldu. Istilaçı Vilhelmin zamanından etibarən Normandiya da ingilis krallarına məxsus idi. Beləliklə, İngiltərə Plantagenetlərin böyük dövlətini bir hissəsinə çevrildi. II Henrix xırda cəngavərlərə və şəhərlilərə arxalanaraq hərc-mərcliyi davam etdirməyə cəhd göstərən feodalların mübarizəsini amansızlıqla yatırdı, onların dəstələrini dağıtdı. Qəsrlərini yerlə yeksan etdi. O, iri torpaq sahibləri olan şeriflərin çoxunu çıxartdı və bu vəzifələrə bütünlüklə kral kuriyasına tabe olan , həm də nisbətən az tanınmıç adamları təyin etdi.
Dövlətin mərkəzləşdirilməsini möhkəmləndirmədikdə II Henrixin islahatları mühüm rol oynadı. Senyor məhkəmələri hesabına kral məhkəməsinin səlahiyyətini genişləndirməyə çalışan II Henrix məhkəmə islahatı keçirdi. Həmin islahatın mahiyyəti bundan ibarət idi ki, hər bir azad adam müəyyən miqdarda haqq verib öz işini istənilən mülkədar məhkəməsində götürüb kral məhkəmsinə verməyə icazə ala bilərdi;mülkədar məhkəmələrində , əvvəlki kimi , məhkəmə prosesi” allah məhkəməsi” və ya “ Ilahi məhkəmə” vasitəsilə həyata keçirildiyi halda kral məhkəməsində iş iclasçılar vasitəsilə təhqiq olunurdular.
İşə iclasçılar vasitəsilə baxılması çox böyük miqdarda məhkəmə işlərininın senyor kuriyalarından alınıb kral məhkəməsinə verilməsinə səbəb oldu.
Henrixin bütün ağır cinayət işlərini senyor məhkəmələrinin səlahiyyətindən götürməsi və torpaq iddiaları ilə əlaqədar olaraq onların hüququnu xeyli məhdudlaşdırması da senyor məhkəmələrinin nüfuzdan düşməsinə səbəb oldu. Kral kuriyası bütün senyor məhkəmələri üçün ali apellyasiya məhkəməsi oldu. Bu islahatdan , hər şeydən əvvəl , cəngavərlər , habelə varlı azad kəndlilər və şəhərlilər qazandılar. Ölkə əhalisinin böyük çoxluğuna –təhkimli kəndlilərə bu islahat heç nə vermədi. Kral məhkəmələri villanların öz ağalarına qarşı qaldırdıqları məhkəmə iddialarını qəbul etmirdilər ; təhkimli kəndlilər öz ağalarının məhkəmə asılılığında qaldılar. II Henrixin məhkəmə islahatı feodalların sinfi mənafeyinə cavab verirdi. Kral hakimiyyətinin qüvvətlənməsindən , cəngavərlərə və azad kəndlilərin yuxarı təbəqəsinə kömək edən bu islahat azad kəndlilərlə təhkimli kəndlilər arasındakı uçurumu dərinləşdirdi, təhkimli kəndliləri kral məhkəmələrinin müdafiəsi xaricində qoydu və bununla da onların hüquqi vəziyyətinin pisləşdirdi, feodal zülmünü gücləndirdi.
Kral kuriyasının məhkəmə funksiyasının genişləndirilməsi kralın gəlirini artırdı. Lakin əhalinin geniş kütlələri kral məhkəmələrini kəsdiyi ağır cərimələrdən zərər çəkdi.
Kral məhkəmələrinin məhkəmə təcrübəsi prosesindən , tədriclə, ümumi hüquq (sommon baş) deyilən hüquq- bütün ölkə üçün vahid kral hüququ yaranmağa başladı. Kral hüququ , tədriclə , senyor, yüzlük və qraflıq məhkəmələrində tətbiq olunan yerli hüququ sıxışdırırdı.
Henrix hərbi islahatda keçirdi . Bu islahatla feodalların krala göstərdikləri hərbi xidmət müəyyən , nisbətən kiçik ,müddətlə məhdudlaşdırılırdı. Qalan müddət üçün bəzən də bütün xidmət müqabilində feodallar xüsusi pul məbləği- “ qalxanpulu” verməli idilər . Həmin pulun hesabına kral hərbi xidmətə muzdla cəngavərlər cəlb edirdi ki , bu da onun baron qoşunlarından asılılığını azaldırdı. Bundan başqa, kralın göstərişinə əsasən , hər bir azad adamın əmlakına uyğun olaraq müəyyən yaraq –yasağı olmamalı və o, kralın çağırışına əsasən yürüşdə iştirak etmək üçün gəlməli idi. Bununla da sanki, tənəzzül etmiş əski azad kəndli qoşunları ( anql-saks “fird”i ) bərpa olunurdu. Bütün bu islahatlar kral hakimiyyətini gücləndirir və feodal dövlətinin mərkəzləşdirilməsinə kömək göstərirdi .
Henrixin kilsə məhkəmələrini dövlətin nəzarəti altına almaq cəhdi uğursuz oldu. Bu səbəbə görə o ingilis kilsəsinin baçşısı , Kenterberi arxeyepiskopu Tomas Beketlə toqquşmalı oldu. Mübarizənin gedişində kralın gizli əmri ilə Beket öldürüldü ( 1170) . İşə papa qarışdı və
II Henrixi kilsədən çıxarmaqla hədələyərək açıq surətdə tövbə etməyə və kilsə məhkəmələri sahəsində islahat keçirməkdən imtina etməyə məcbur etdi.
XII əsrin ikinci yarısında İrlandiyanın istilası başladı. Bu zaman orada feodalizm yenicə yaranamaqda idi; klan quruluşu ibtidai icma münasibətlərinin qalıqları hələ güclü idi. İrlandiyanın klan başçıları arasındakı çəkişmələrdən istifadə edən ingilis baronları 1169 – 1170
–ci illərdə bu ölkəyə işğalçılıq yürüşləri etdilər. 1171-ci ildə bura öz qoşunu ilə II Henrix də gəldi. O, İrlandiya klan başçılarına qalib gəldi. II Henrix İrlandiya klan başçılarına ingilis kralını
“ ali hakim” kimi tanımağa məcbur etdi . İngilis baronları adanın cənub- şərq hissəsində sahil boyunca İrlandiya torpaqlarının bir hissəsinin işğal etdilər və burada , sonralar “ Peyl” ( hərfi mənada – çəpər, çəpərlənmiş ərazi ) adlanan , möhkəmləndirilmiş rayon yaratdılar. İngilis
feodalları buradan həmişə İrlandiyanın başqa vilayətlərinə basqın edirdilər. İrlandiya
klanlarının əlindən zorla alınan torpaqlar ingilis feodallarının mülkiyyəti olur, bu klanların bir çox azad üzvləri isə, tədriclə, asılı adamlara çevrilirlər.
Dostları ilə paylaş: |