Fransanın siyasi baxımdan birləşməsi .
XV-ci əsrin 30-cu illərində fransız ordusunun qələbələri ilə əlaqədar olaraqmüharibənin və uzun sürən feodal çəkişmələrinin yarımçıq qoyduğu mərkəzi kral hakimiyyətinin möhkəmlənməsi prosesi bərqərar oldu . Kral hakimiyyəti o zamanlar milli birlik və dövlət müstəqilliyinin ifadəçisi idi . Kral sülaləsindən olan şəhzadələr , cənub vilayətlərinin iri senyorları və xüsusilə öz mülklərində tam hüquqlu hakimlər olan Breton və Burqundiya hersoqları VII Karlın onların hüquqlarının azaldılmasına yönəlmiş tədbirlərinə qəti etiraz etməyə cəhd göstərdi . Bu mübarizə XI Lüdoviqin zamanında krala qarşı silahlı mübarizəyə qədər gəlib çatdı . Şəhzadələr ictimai rifah cəmiyyəti deyilən ittifaq yaratdılar və vergi zülmünün artması ilə əlaqədar olaraq şəhərlərin və kəndlilərin narazılığından istifadə etmək məqsədilə vergilərin ləğv edilməsi haqqında demaqoq tələb irəli sürdülər . İttifaqın başcısı Burqundiya hersoqu İgid Karl (1467-1477 ) idi . Onun mülkləri şimali Niderland əyalətləri və Reynboyu vilayətlər hesabına böyümüşdü . Burqundiya tirpaqları Fransanın şimal-şərqindən, demək olar , Liona qədər uzanıb gedirdi və əsl fransız vilayətləri- Burqundiya, Niverne, Pikardiya da bura daxil idi .
Bu ittifaqı orta və xırda zadəganların bir hissəsi , habelə şahzadələrin ərazisində olan bəzi şəhərlərin yuxarı təbəqələri də müdafiə edirdilər . İttifaqın müharibəsi dövründə Paris böyük rol oynadı . Parislilərin əsas kütləsi kralın tərəfində idi və bu kütlə şahzadələri paytaxta girməyə qoymadı . Lakin ruhanilərin , mə’murların və tacirlərin çox hissəsi , hələ bundan çox əvvəl, kralın onların əlindən aldığı hüquqları İttifaqın geri qaytaracağı barədə və’dlərinə uydular . Paytaxtın yuxarı dairələrinin bu mövqeyi XI-ci Lüdoviqi 1465-ci ilin axırında ağır sülh şərtləri imzalamağa və İttifaq üzvlərinə öz mülklərində böyük azadlıqlar verməyə məcbur etdi. Kral vaxt qazandı və bundan şəhərlərlə ittifaqı möhkəmləndirmək , öz düşmənlərini bir-birindən ayırmaq üçün istifadə etdi . O , düşmənlərini bir-biri ilə salışdırdı , sonra isə onların hər birinə ayrı-ayrılıqda divan tutdu . Lakin əsas siyasi vəzifə igid Karlı tabe etməkdən ibarət idi . Bu çətin vəzifə idi , çoxlu xərc və incə diplomatiya tələb edirdi . Diplomatiya sahəsində isə XI-ci Lüdoviq mahir idi .
İgid Karla qarşı hərbi əməliyyatlarda uğursuzluğa düçar olan XI-ci Lüdoviq onun düşmənlərini- Burqundiya hersoqunun təcavüzündən əzziyyət çəkən lotaringiyalılar və isveçliləri müdafiə etmək siyasətinə keçdi . Karl , həmçinin İgid Karla qarşı üsyana qalxmış Flandriya şəhərlərini də müdafiə edirdi . Hersoqun 1477-ci ildə Nansi ( Lotaringiyada ) yaxınlığındakı vuruşmada həlak olması XI-ci Lüdoviqi Pikardiya . Niverne və Burqundiya hersoqluğunu ( yə’ni Burqundiyanın qərb yarısını ) yenidən Fransa ilə birləşdirmək imkanı verdi . Burqundiya qraflığı ( Franş-konte ) və Niderland igid Karlın qızının-Almaniya imperatorunun oğlu Maksimillian Habsburqa ərə getmiş Mariyanın əlində qaldı . Sonralar bu torpaqlar irsi olaraq Habsburqlular nəslinə mənsub olan mülklərin formalaşmasında əsas oldu. 1481-ci ildə , fransız tacirlərinin Levant , İtaliya , İspaniya və Afrikanın şimal sahilboyu ilə ticarətində böyük rol oynayan çox böyük Aralıq dənizi limanı olan Marsellə birlikdə Provans Fransaya birləşdirildi.
Nəticədə , XI Lüdoviqin hakimiyyətinin sonuna yaxın , ölkə-nin möhkəm mərkəzi hakimiyyəti olan vahid dövlət halında birləşdirilməsi , əsasən , başa çat-dı. Artıq , XI Lüdoviqin ölümündən sonra (1491-ci ildə ) , VIII Karlla Bretonlu Annanın niga-hı nəticəsində Bretan Fransaya birləşdirildi ( lakin bu ərazi Fransanın tərkibinə , qəti olaraq , sonrakı yüzillikdə daxil oldu ). XV əsrin sonlarında Lotaringiya , Franş-Konte , Russilyon və Savoyya Fransanın sərhədləri xaricində qaldı. Bu torpaqların Fransaya birləşdirilməsi XIX əs-rin ortalarına qədər uzandı.
İki xalqın qaynayıb- qarışması prosesi xeyli irəlilədi. Hərçənd bu prosesin sona yetməsinə hələ çox qalmışdı. XIV – XV əsrlərdə şimali Fransada Paris şivəsi əsasında vahid dil yarandı ki , bu dilin də inkişafı nəticəsində sonralar müasir ümumfransa dili əmələ gəldi ; lakin cənubda provans dilinin yerli şivələri qalmaqda davam edirdi. Hər halda , Fransa XVI əsrdə Qərbi Avropanın mərkəzləşmiş dövlətləri içərisində inkişaf etməkdə olan iqtisadi əlaqələrə , zəngin şəhərlərə və artmaqda olan mədəni ümumiliyə malik olan ən böyük dövlət kimi qədəm qoyurdu.
10-cu fəsil
Dostları ilə paylaş: |