Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə123/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   119   120   121   122   123   124   125   126   ...   263
Orta srlr tarixi S D Skazkin

İngiltərə XI – XV əsrlərdə



  1. İngiltərə XI – XII əsrlərdə Normandiya istilası.

İngiltərədə XI əsrin ortaları üçün , artıq , əsasən feodal qayda – qanunları hökmranlıq edirdi . Lakin feodallaşma prosesi hələlik başa çatmamışdı . Kəndlilərin xeyli hissəsi , xüsusən ölkənin şimal-şərqində - “ Danimarka hüququ” ( “ Denlo” ) vilatətində azad olaraq qalmaqda idilər . Asılı- feodal torpaq istifadəçiləri isə hələlik vahid təhkimli kəndli təbəqəsinə çevrilməmişdilər . Feodal mülkü və feodal inerxiyası hələlik bitkin formaya düşməmişdi və hər yerdə yayılmamışdı .


İngiltərədə feodallaşma prosesinin başa çatması XI əsrin ikinci yarısında Normandiya istilası ilə bağlı idi . İstilaçılara Normandiya hersoqu Vilhelm başçılıq edirdi . Qənimət ələ keçirmək , yeni mülklər və təhkimli kəndlilər əldə etmək meyli onun ətrafına təkcə Normandiya feodallarını deyil , Fransanın başqa vilayətlərindən , hətta İtaliyadan da çoxlu cəngavər toplamışdı . Hersoqun ingilis taxtına olan iddiası İngiltərəyə yürüş üçün bəhanə oldu . Bu iddianın əsasında Vilhelmin ( 1066 )-cı ildə ölmüş ingilis kralı Mö ‘ min Eduardla qohumluğu dururdu . Vilhelmin iddialarını papa müdafiə edirdi .


1066-cı ilin sentyabrında Vilhelm-La-Manşı üzüb keçərək öz qoşunu ilə birlikdə İngiltərənin cənubunda sahilə çıxdı . Eduardın ölümündən sonra uitenakemotun seçdiyi yeni anql-sakson kralı haroldun öz şəxsi drunijası və tələsik yığılmış kəndli qoşunlarından ibarət hərbi qüvvələrinə nisbətən Normandiya hersoqunun atlı cəngavərləri və piyada qoşunları daha çox idi və daha çox silahlanmışdılar . İri feodallar- Orta və Şimal – Şərqi İngiltərə erlləri Ha-rolda lazımi köməklik göstərmədilər. Anql-sakslar inadla və mərdliklə müqavimət göstərmə-lərinə baxmayaraq 1066- cı ilin oktyabrında Qastinqs yaxınlığındakı həlledici vuruşmada tam məğlubiyyətə uğradılar. Harolda döyüşdə həlak oldu. Vilhelm isə Londonu ələ keçirib İstilaçı I Vilhelm ( 1066 – 1087 ) adı ilə İngiltərə kralı oldu.


Lakin ona və Normandiya baronlarına bütün ölkəni özlərinə tabe etmək üçün bir neçə il lazım gəldi. Anqlsaksların torpaqlarının kütləvi surətdə müsadirə olunmasına , öz azadlıqlarını hələ saxlamış olan kəndlilərin təhkimli vəziyyətinə salınmasına cavab olaraq bir sıra üsyan-lar qalxdı. Ən iri kəndli üsyanları 1069-cu və 1071-ci illərdə ölkənin şimalı və şimal – şərqin-də -


“ Denlo” da oldu. İstilaçılar üsyançı kəndlilərə divan tutdular , bütöv kəndləri yandırdılar, sakinlərini qırdılar . Əsas üsyan rayonları – çiçəklənən Jork vadisi və Darem qraflığının çox hissəsi səhraya döndərildi və bu yerlərdə , demək olar , bir neçə on illər ərzində əhali yaşama-dı.


Ölkə qəti olaraq itaət altına salındıqdan sonra anql –saks ə`yanlarının , demək olar, bütün torpaq mülkləri onların əlindən alınıb istilaçılara paylandı . Anql – saks fodallarının yalnız aşağı təbəqəsinin – xırda mülklü torpaq sahiblərinin çoxunun torpaqları öz əllərində qaldı. Lakin onlar Normandiya baronlarına tabe olmalı idilər . İngiltərədə cəngavərlə


adlanırdılar. Mülki idarəçilikdə olduğu kimi , ali kilsə vəzifələrində də anql – sakslar Fransadan gəlmə normandiyalılarla əvəz olunmuşdular .
Beləliklə , istila nəticəsində hakim sinfin yuxarı təbəqələri , demək olar, bütünlüklə dəyişdi. Torpaq paylanması tədriclə , yerlilərin torpaqları müsadirə olunduqca , həyata keçirilirdi. Belə ki , Normandiya baronlarının əlinə İngiltərənin müxtəlif qraflıqlarından torpaqlar keçirdi. Nəticə də bir çox baronların mülkləri , çox geniş olmalarına baxmayaraq , ölkə ərazisinə səpə-lənmiş halda idi. Bu İngiltərədə kral hakimiyyətindən asılı olmayan iri ərazi knyazlıqlarının yaranmasına əngəl törədirdi. Bütün becərilən torpaqların yeddidə birini Vilhelm

“ taxt – tac mülkü” adı ilə özünə saxladı . Ovçu qoruqlarına çevrilmiş meşələrin də xeyli hissəsi “ taxt-tac mülkü” nə daxil edildi. Kral meşələrində ov etməyə cəsarət göstərən kəndliləri dəhşətli cəza gözləyirdi – onların gözləri çıxarılırdı.


Şəhərlərin də çoxu kral mülkündə idi. Çox böyük maddi ehtiyatlara malik olması İngiltərə kral hakimiyyətini qüvvətli edən ən mühüm şərtlərindən biri idi.


Məhşər kitabı”.


İngiltərədə feodal qayda- qanunlarının möhkəmlənməsində Vilhelmin 1086-cı ildə keçirdiyi torpaq siyahıalınmasının mühüm rolu oldu. Bu siyahıalınmanın peqrament üzərində qeyd olunmuş nəticələri xalq içərisində “ Məhşər kitabı” ( Domesdau book ) adını aldı. Həmin kitab , görünür, ona görə belə adlandırıldı ki , bu kitabın tərtib olunması üçün mə`lumat ve-rən adamlar cəzalandırılmaq qorxusu ilə heç nəyi gizlətmədən , “ qiyamət günü” ndəki kimi, əslində olduğu şəkildə danışmalı idilər. Düzünü danışmayanlar üçün isə kilsə təliminə görə , dünyanın varlığı bitməli ( qiyamət qopmalı ) idi.


“Məhşər kitabı” nda hər bir qraflıqda hansı torpaq mülklərinin krala, hansıların ruhani və dün-yəvi senyorlara məxsus olduğu , hər bir baronun nə qədər vassala ( cəngavərlərə - len sahiblə-rinə ) malik olduğu , hər bir manorda (yəni mülkdə ) neçə qayda ( bu zaman, artıq , dövlət vahidi idi ) olduğu , neçə kotan torpaq ( torpaq payı ) olduğu , ağa torpağında və kəndlilərdə ayrılıqda neçə kotan qoşqu ləvazimatı (yə`ni iş heyvanı , öküz ) olduğu , müxtəlif kateqoriyalardan neçə kəndli olduğu təfərrüatı ilə qeyd olunmuşdu. Mülkün təxmini olaraq pul hesabı ilə nə qədər gəlirə malik olduğu da göstərilirdi. Siyahıyaalma, əsasən , iki məqsəd güdürdü: birincisi , kral torpaq mülklərinin və öz vassallarından hər birinin gəlirinin dəqiq midarını bilmək istəyirdi ki, bunun müqabilində onlardan müəyyən xidmət tələb etsin ; ikinci-si , kral əhali üzərində pul vergisi qoymaq üçün dəqiq məlumat əldə etməyə çalışırdı.


Siyahıyaalma kəndlilərin təhkimli vəziyyətə salınmasını surətləndirdi. Belə ki, azad kəndlilərin bir çoxu “ Məhşər kitabı” na villan kimi salındı. XI əsrdə İngiltərədə “ villan” ( hərfi mənası – kənd adamı , kənd sakini ) anlayışı hələ kifayət qədər geniş və qeyri – müəyyən mənaya malik idi. Bir qayda olaraq bu ad , artıq , torpağa görə asılı olan və feodal rentası verən, daha çox , biyara gedən kəndlilərə aid edilirdi. XII əsrin ikinci yarısından etibarən , şəxsən azad kəndlilərin villan adlandığı Fransadan fərqli olaraq, İngiltərədə villan , artıq , təhkimli kəndli idi.


Beləliklə, Normandiya istilası kəndlilərin vəziyyətinin pisləşməsi ilə nəticələndi və İngil-tərə feodal qayda – qanunlarının qəti olaraq , formalaşmasına kömək etdi.


Aqrar quruluşu və kəndlilərin vəziyyəti.

“ Məhşər kitabı” nın məlumatına görə XI əsrdə - XII əsrin əvvəllərində İngiltərə əhalisi 1,5 mln nəfərə yaxın idi; onların böyük əksəriyyəti ( 95 % - dən az olmayaraq ) , kənddə yaşayır-dı. Əhali başlıca olaraq , əkinçiliklə məşğul olurdu. Kənd icmasının uzun müddət davam etdi-yi İngiltərədə əkinçilik üçün açıq tarla sistemi , biçindən sonra kövşənin otarılması , əkin tor-paqlarının adda –budda şəkildə səpələnmiş olması və növbəli əkin sistemi səciyyəli idi.


Şimal –şərqdə , başlıca olaraq , Jorkşirdə və Linkolnişirdə , habelə qərbdə , Plosterşirdə (Kotsuold yaylası ) , Pennin dağlarının şərq yamaclarında və Oksfordşirin cənub hissəsində (Ciltern təpələrində ) qoyunçuluq geniş yayılmışdı. Yun , artıq , hələ bu zaman mühüm ticarət malı idi. Onu başlıca olaraq Flandriyaya aparır , flamand sənətkarları isə bu yundan mahud to-xuyurdular . Həmin mahuda müxtəlif Avropa ölkələrində tələbat vardı.


Normandiya istilasından sonra , hələ anql- saks dövründə təşəkkül etməyə başlamış , ingi-lis feodal mülkü ( manor ) bitkin formaya düşür. Feodal mülkü əvvəllər azad olan kənd icma-sını özünə tabe edir , onu təhkimli icmaya çevirir.


Feodal təsərrüfatı , başlıca olaraq, asılı kəndlilərin biyar əməyinə əsaslanırdı. İcmanın təsərrüfat nizamına təkcə asılı kəndlilərin – tor-paq istifadəçilərinin ( villanların və b.) torpaq payları deyil, həmçinin ağa torpaqları (domen mülkləri ) və hələ də qalmaqda olan azad kəndli təbəqəsinin torpaqları da daxil idi. XI –XII əsrlərdə İngiltərədə feodal mülkünün üstünlük təşkil edən forması kral mülkü , villanları və azad istifadəçiləri olan feodal mülkləri – manorlar idi. Lakin bu formadan xeyli fəqlənən manorlar da az deyildi. XI – XII əsrlərdə manor, əsasən, natural-təsərrüfat təşkilatı olaraq qalırdı. “ Məhşər kitabı”nın məmulatlarına görə kəndlilərin əsas hissəsini villanlar təşkil edirdilər ; onlar tam torpaq payına – virqataya ( 30 akr ) və ya torpaq payının bir hissəsinə malik idilər ; villanların , habelə icma örüşləri və biçənəklərində də payları vardı ; onlar biyara gedir, lord-un xeyrinə natural şəkildə və ya pulla vergilər ödəyirdilər. “Məhşər kitabı” nda bordarilərin də adları qeyd olunmuşdu. Bordarilər torpaq payları villanlarınkından xeyli az olan ( adətən , 7 akrdan 15 akra qədər ) asılı kəndlilər idilər . Villanlar və bordarilərlə yanaşı XI – XII əsrlər ingilis kəndində kottarilər ( sonralar kotterlər ) də vardı . Kottarilər kiçik torpaq parçalarının – adətən- 2 – 3 akrlıq yardımçı torpaqların istifadəçiləri olan asılı kəndlilər idilər. Onlar lorda işləyir və dolanmaq üçün əlavə məşğuliyyətlərlə ( kottarilər çoban , kənd dəmirçiləri , təkərçi-ləri, dülgərləri və i. a. idilər ) də vəsait qazandırdılar. Ən aşağı asılı kəndli qrupu servlər idilər. Onlar , əsasən ,bir qayda olaraq torpaq payı və öz təsərrüfatı olmayan , ağa malikanəsində və ağa tarlalarında son dərəcə müxtəlif ağır işlər görən həyət – baca adamları idilər.


Azad kəndlilər İngiltərədə Normandiya istilasından sonra da aradan qalxmadı , hərçənd onların sayı xeyli azaldı və hüquqi vəziyyəti pisləşdi. Kənddə asılılarla yanaşı , şəxsən azad kəndli təbəqəsinin ( priholderlərin ) olması orta əsrlərdə İngiltərə aqrar inkişafının səciyyəvi xüsusiyyətlərindən biri idi. Xüsusilə ölkənin şimal – şərqində - “ Denlo” da çoxlu azad kəndli qalmışdı. Azad kəndli , adətən , lordun məhkəmə tabeçiliyində olub , bəzən yüngül mükəllə-fiyyətlər yerinə yetirməli və az miqdarda pul rentası verməli idi. Lakin bütün bunlara baxma-yaraq, kəndli torpağa təhkim edilməmişdi və hüquqi baxımdan azad şəxsiyyət hesab olunurdu.


XII əsr ərzində müxtəlif asılı kəndli qrupları, getdikcə daha çox , vahid təhkimli kütləsinə- villanlara çevrilir. Villanların başlıca mükəlləfiyyəti biyar idi. Onlar həftənin üç , bə`zən də , daha çox gününü biyara gedirdilər. Bundan başqa villan qismən məhsulla , qismən də pulla töycü verirdi. Tez- tez , ağası da villan üzərinə özbaşına vergi qoyurdu : qızlarını ərə verərkən xüsusi haqq ( merket ) verirdi ; mirasa yiyələnərkən mülkədara bir baş yaxşı mal-qara verirdi ( heriot) ; o , həmçinin dənini ağanın dəyirmanında üyütməli , onun dəzgahında pivə çəkməli və başqa banalitetlərə riayət etməli ( əlbəttə bütün bunların müqabilində haqq verməklə



  • tərç.) idi. Saysız – hesabsız kilsə vergiləri də artırdı ki , bunlardan da ən çətini onda biri idi.




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin