Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə121/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   117   118   119   120   121   122   123   124   ...   263
Orta srlr tarixi S D Skazkin

Şəhərlər və ticarət

Müharibənin ən ağır illərində belə sənət kənd təsərrüfatına nisbətən müəyyən qədər yaxşı vəziyyətdə idi . Möhkəm divarlarla mühafizə olunan şəhərlər kəndin nəsibi olduğu kimi azğın qarət və var –yoxdan çıxmağın nə olduğunu bilmirdilər . Buna görə də ssəət daha tez dirçəlirdi ; üstəlik , ölkə iqtisadiyyatının inkişafına çalışan XI Lüdoviq şəhərləri himayə edir və xüsusilə ipək parça toxuculuğu , metallurgiya və metal emalı , kitab basılması , şüşə , yüngül yun parçalar (mahuddan daha ucuz ) hazırlanması və s. istehsal sahələrinin rəğbətlən-dirdi . O, sənətkar və tacirlərə müxtəlif güzəştlər və imtiyazlar verir , Almaniya və İtaliyadan mütəxəssislər dəvət edirdi. Xüsusilə gömrük cədvəlləri ilə əlaqədar olaraq , onun iqtisadi siya-sətində , artıq gələcək merkantilizmin ( ölkəyə xaricdən pul çəkib gətirmək məqsədi ilə dövlə-tin öz sənaye və ticarətini himayə etməsi) əlamətləri görünməyə başlayır. Lakin həmin siyasət, əsasən , yalnız belə bir məqsədə yönəlmişdi ki , ölkə xaricdən məlumat gətirməyə pul sərf etməsin , əksinə , bu məmulatları özü istehsal etsin . XI Lüdoviq , başlıca olaraq xəzinə müla-hizələrinə görə , sex sistemini möhkəmləndirməyə çox səy göstərdi ; belə ki, usta adını ancaq kraldan satın almaq olardı. O, bu sistemi bu vaxta qədər azad sənət hökmranlıq edən bir çox cənub şəhərlərinə şamil etdi. Ustalar sex daxilində tam hakimiyyətə malik oldular. Usta kö-məkçiləri isə asılı və hüquqsuz vəziyyətə salındılar. Onların bilikləri – kompanyonajları qada-ğan olundu.


XV əsrin ikinci yarısı Fransa üçün yarmarkaların – ümumfransa , əyalət , yerli yarmarka-ların tərəqqi dövrü idi. Yarmarkalar ümumilli bazarın inkişafında böyük rol oynamışdılar. Öl-kənin ayrı- ayrı hissələri arasında daimi ticarət əlaqələrini təmin edən yarmarkalar əyalətlər arasında təsərrüfata görə ixtisaslaşmanın inkişafın ada kömək göstərirdilər. Lion və Norman-diya yarmarkalarında ( Ruanda və Kanda ) iri topdansatış ticarət gedirdi. Sonra isə mallar yerli əhəmiyyəti olan yarmarkalarda yenidən satılırdı . Ən böyük bir ticarət mərkəzi kimi Lionun əhəmiyyəti çox artdı . Ölkənin şimal və cənub vilayətlərini əlaqələndirən bu şəhərdə italyan və alman bank sahibləri cəmlənmişdilər . Əcnəbi bank


sahibləri ilə yanaşı fransızlar da fəaliyyət göstərməyə başlamışdılar . Hələ VII Karl zamanında çox varlı tacir Jak Kör hökumə-tə çoxlu borc vermişdi . O , Levantla ticarət , mədənlərin istismarı və vergi yığmaq hüququnun satın alınması sayəsində çox böyük sərvət toplanmışdı . İri ticarət kapitalının meydana gəlməsinə kömək göstərən dəniz ticarəti tərəqqi etdi .



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin