Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə124/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   120   121   122   123   124   125   126   127   ...   263
Orta srlr tarixi S D Skazkin

Şəhərlərin inkişafı .

İngiltərədə şəhərlər sənət və ticarət mərkəzləri kimi X- XI əsrlərdə - hələ Normandiya istila-sından əvvəl yaranmağa başlamışdı. “ Məşhər kitabı” ölkədə yüzə qədər şəhər olduğunu gös-tərir ki, bu şəhərlərdə də bütün əhalinin 5 %- ə qədəri yaşayırdı. Şəhərlərin inkişafının əsasını, başqa ölkələrdə olduğu kimi , sənət və ticarət təşkil edirdi.


İngiltərənin Normandiya və başqa fransız torpaqları ilə siyasi əlaqələrinin qüvvətlənməsi nəticəsində onun ticarət əlaqələri də möhkəmləndı və genişləndi. London Avropanın kontinent ilə geniş ticarət əlaqələri saxlayırdı. Bu şəhər həmin ticarət əlaqələrində başlıca mərkəz idi. Kontinentlə Sauthempton , Duvr , Sendviç , İpsviç , Boston və başqa şəhərlər


də ticarət əlaqəsi saxlayırdı . Xaricdə yunla yanaşı qurğuşun , qalay , mal – qara aparılırdı. Bir qədər sonra ( XII əsrin sonları – XIII əsrin əvvəlindən ) taxıl və dəri də ixrac olunmağa başladı.

Artıq XI əsrdə , xüsusilə XII əsrdə yarmarkalar ( Vinçester , Boston , Stamford ,Sent-Azvz , Jork markaları və b.) geniş yayıldı. Bu yarmarkalara təkcə Flandriyadan deyil , İtaliya , Almaniya və başqa ölkələrdən də tacirlər gəlirdi. Bu yarmarkalarda yun ticarəti böyük yer tuturdu. Dünyəvi feodallar , xüsusilə monastırlar , habelə bəzi kəndlilər də yun satırdılar.


Şəhərlərin iqtisadi mərkəzlər kimi inkişafı nəticəsində tədriclə , şəhərlilər silki də formala-şırdı. Qeyd olunduğu kimi daha mühüm şəhərlərin çoxu kral torpağında yerləşirdilər və onla-rın senyoru da kral özü idi. Bu vəziyyət şəhərlərin senyor hakimiyyətinə qarşı mübarizəsini son dərəcə çətinləşdirirdi. Belə ki , bu cür qüdrətli senyora qarşı mübarizə aparmaq ayrı- ayrı şəhərlərin , hətta iri şəhərlərin belə , qüvvəsi daxilində deyildi. Buna görə də ingilis şəhərləri-nin heç biri fransız kommunası tipli tam özünnüidarə hüququ əldə etməyə nail ola bilmədi ; ingili şəhərləri yalnız ayrı-ayrı iqtisadi , maliyyə imtiyazları və qismən özünüidarə hüququ ilə kifayətlənməyə məcbur oldular.


Onlar ağır feodal vergilərindən xilas olmaq üçün , adətən , senyora illik , qəti surətdə mü-əyyən olunmuş məbləğdə pul ( firma deyilən pul məbləği ) verirdilər. Bu vəsaiti şəhərlilər arasında bölüşdürmək və toplamaq hüququ şəhərlilərin özünə məxsus idi. Verilən pul müqabi-lində şəhərlər , çox vaxt , özünüidari və məhkəmə hüququ əldə edirdilər ki , bu da kral və ya senyorun vəzifəli adamlarının şəhər icmasının işlərinə qarışmasını məhdudlaşdırdı. Şəhərlər , həmçinin şəhərlilərin imtiyazlı birliyini (ticarət gildiyası deyilən birlik) yaratmaq hüququ da, satın alırdılar. Bu birliyə , adətən , təkcə tacirlər də deyil , bə`zi sənətkarlarda daxil olurdular. XII əsrdə , artıq , şəhərlər çəhərlilərin əldə etdikləri hüquq və imtiyazları rəsmiləşdirən fər-manlara malik idilər. Lakin bu hüquq və imtiyazlardan yalnız “ firma” nın ödənilməsində işti-rak edənlər , yə`ni şəhərin idarə olunmasında iştirak edən ən varlı şəhərlilər istifadə edirdilər.


London , Linkoln , Jork , Qantinqdon , Vincester və başqa şəhərlərdə hələ XI əsrin sonu– XII əsrin əvvəlində , sözün həqiqi mənasında , sənətkar birlikləri ( sexlər ) meydana gəlir ki, bunlarda hakimiyyət də olan şəhərin yuxarı dairələrinə qarşı mübarizəyə başlayırdılar. Bir tə-rəfdən sənətkar kütləsi ilə xırda tacirlər , digər tərəfdən isə sənətkarlarla varlı şəhərlilər arasın-da olan kəskin ictimai ziddiyətlər özünü 11i96-cı il London üsyanında tam gücü ilə göstərdi. Üsyan şəhərin yuxarı təbəqə nümayəndələrinin vergiləri ədalətsiz bölüşdürməsi nəticəsində baş vermişdi. Narazı kütlənin başında uzunsaqqal ləqəbi almış Uilyam Fits – Osbert dururdu. O , London varlılarını açıq surətdə ifşa edir , onları “ yoxsul vergi verənlər hesabına öz ciblərini qorumağa “ çalışdıqları üçün ittiham edirdi. Hərəkat amansızcasına yatırıldı. Fits – Osbert və onun doqquz nəfər məsləkdaşları dara çəkildilər.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin