Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə132/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   128   129   130   131   132   133   134   135   ...   263
Orta srlr tarixi S D Skazkin

Baron oliqarxiyasının qurulması.

Bu kralın hakimiyyəti dövründə, 1258-ci ildə yeni, daha böyük siyasi münaqişə qopdu. Nəhayətsiz vergilərlə, öz qohumlarına – fransızlara və provanslılara səxavətlə torpaq bəxşişləri və xəzinənin gəlirini paylamaqla, papa ilə dostluq edib, ona İngiltərənin yar-yoxunu soyub



aparmağa ixtiyar verməklə III Henrix hamını narazı saldı. 1215-ci ildəki kimi, kralı nəzarət altına almağa çalışan baronlar, yenə də cəngavərlərin, habelə şəhərlilərin simasında özlərinə müvəqqəti müttəfiqlər tapdılar.

1258-ci ilin yazında, III Henrix papa IV İnnokentinin onu cəlb etdiyi İtaliya hərbi fitnəkarlığına sərf etmək üçün baronlardan ölkənin bütün gəlirinin üçdən birini tələb etdikdə, ümumi narazılıq partlayışı baş verdi. Silahlanıb kralın yanına gələn baronlar siyasi islahatlar keçirilməsini tələb etdilər. Kral güzəştə getməyə məcbur oldu. 1258-ci ilin iyununda Oksfordda, sonralar ”quduz” şura adlanan, iri sahibkarlar surası toplandı. Həmin şura ölkədə baron oliqarxiyası rejimini bərqərar edən “Oksfordd proviziyalari”nı təstiq etdi. “Oksfordd proviziyaları” ölkədə bütün hakimiyyəti 15 baronun şurasına verirdi. Həmin şuranın razılığı olmadan kral heç bir qərar qəbul edə bilməzdi. Bundan başqa baronlar 12 nəfərdəndə seçdilər. Həmin 12 nəfər ildə üç dəfə toplanmalı və 15-lər şurası ilə birlikdə dövlət məsələlərini müzakirə etməli idilər.


Baronların nəzarətsiz ağalığı onların müttəfiqlərini – cəngavərləri və şəhərləri qane etmədi. Müxalifətin sıralarında parçalanma baş verdi. 1259-cu ildə cəngavərlər bir sıra müstəqil siyasi tələblər irəli sürdülər. Lester qrafı Simon de Monfor başda olmaqla baronların nisbətən uzaqgörən hissəsinin köməyi ilə cəngavərləri və azad kəndlilərin yuxarı təbəqəsini iri feodalların özbaşnalığından müdafiə edən “Vestminster proviziyaları” qəbul olundu. Lakin baronların çox hissəsi oliqarxiya proqramını müdafiə etdilər.




Vətəndaş müharibəsi (1263-1267-ci illər).

Müxalifət cəbhəsindəki parçalanmaya arxayın olan III Henrix “Oksfordd proviziyaları”na riayət etmədi. 1263-cü ildə vətəndaş müharibəsi başladı. Müxalifətə Simon de Monfor başçılıq etdi. O, təkcə baronlara deyil, həm də cəngavərlər, azad kəndlilər və şəhər əhalisinin geniş təbəqələrinə axralanırdı. Şiddətli daxili müharibə nəticəsində bir çox şəhərlərdə ticarət oliqarxiyasının hakimiyyəti devrildi. Orta və aşağı şəhərli təbəqələri Monforu fəal surətdə müdafiə edirdilər. Londonlular Monfora köməyə 15 minlik qoşun göndərdilər. Lyus yaxınlığındakı vuruşmada (1264) kral ordusu darmadağın edildi. III Henrix və onun böyük oğlu Eduard əsir düşdülər. Monfor, faktiki olaraq, İngiltərə hökmdarı oldu. O, baronlara etibar etmədi; ölkəni cəngavərlərə və özünə sadiq olan şəhərlərə arxalanaraq idarə etdi.


1265-ci ilin yanvarında Monfor, ilk dəfə olaraq – yığıncaq topladı. O, həmin yığıncağa ən iri ali ruhanilər və baronlardan başqa hər qraflıqdan iki cəngavər və ən böyük şəhərlərdən iki şəhərəli dəvət etdi. Bu İngiltərə parlamentinin başlancığı idi.


Kral üzərində qələbə vətəndaş müharibəsinin genişlənməsi və dərinləşməsi ilə nəticələndi. Hərəkətə friholder kitlələri, bəzi yelərdə isə villanlar da qoşuldular. Kəndlilər kral tərəfdarlarının mülklərini dağıdır, onların çəpərlədikləri icma torpaqlarını geri alır, mükəlləfiyyətləri yerinə yetirməkdən imtina edirdilər. Xalq hərəkatı qarşısında qorxuya düşən baronlar kralla sazişə girməyə məcbur oldular. Şahzadə Eduard əsirlikdən qaçdıqda baronların böyük hissəsi ona qoşuldu. İvzem yaxınlığındakı vuruşmada (1265) Monforun qoşunu darmadağın edildi, özü isə öldürüldü. III Henrixin, kütləvi surətdə Simon de Monforun tərəfdarlarının torpaqlarını müsadirə etdirməsi, onların silahlı müqavimətinə səbəb oldu. Həmin silahlı müqavimətdə azad kəndlilər fəal rol oynadılar. Xalq hərəkatlarının geniş vüsət almasından qorxuya düşən hakim sinfin mübarizə aparan qrupları bir-birinə qarşılıqlı güzəşt etdilər bə 1267-ci ildə bu hərakatı yatırmaqda krala kömək göstərdilər.



    1. Henrixin hakimiyyəti qəti olaraq bərpa edildi. Lakin həm kral, həm də baronlar yəqin etdilər ki, cəngavərlər və varlı şəhərlilərin köməyi olmadan xalq kütlələrini itaət altında saxlamaq mümkün deyildir. Buna görə də vətəndaş müharibəsi nəticəsində silki nümayəndəlik

– parlament meydana gəldi. Parlamentdə baronlarla yanaşı cəngavərlərin və şəhərlərin deputatları da iclas edirdilər.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin