İngiltərənin Uels, Şotlandiya və İrlandiyada qəsbkarlıq müharibələri.
Eduard və onun varisləri feodalların mənafeyinə uyğun olaraq fəal surətdə, qəsbkarlıq müharibələri etdilər. 1282-1283-cü illərdə I Eduard Uelsi işğal edib İngiltərəyə qata bildi. O,
Uels feodallarının torpaqlarını öz baronlarına payladı. I Eduardın, özündən sonra varisi qalmayan şotlandiya kralı III Aleksandrın ölümündən (1286) sonra Şotlandiyanı işğal etmək cəhdi uğursuz oldu. İngilis kralı, əvvəlcə, iri Şotlandiya feodallarının bi qisminin köməyi ilə
Şotlandiyanı İngiltərəyə qatmağa müvəffəq oldu. Lakin sonra, 1297-ci ildə burada Uilyam Uollesin başçılığı ilə kəndli və şəhərlilərin üsyanı qalxdı. 1306-cı ildə ümumi istiqlaliyyət müharibəsi başlandı. Bu müharibədə Şotlandiya cəngavərləri də iştirak edirdilər. Şotlandiyanın mübarizəsinə Robert Bryus başçılıq edirdi. Müharibə 1314-cü ildə şotlantların qələbəsi ilə sona yetdi. Onlar öz ölkələrinin müstəqilliyini qoruyub saxlaya bildilər.
İngilislər İrlandiyada XII əsrdə işğal etdikləri ərazinin genişləndirmək cəhdlərini davam etdirdilər. Bunun üçün kral peylin böyük müstəqilliyə malik olan ingilis baronlarını öz hakimiyyətinə tabe etməyə çalışdı. Bəhs edilən dövrdə bu baronlar, xeyli dərəcədə. Yerli kral əyyanlarş ilə qaynayıb-qarışmışdılar və məzkəzdən ayrılmaq əhval ruhiyyəsində olan qdrətli bir təbəqəyə çevrilmişdilər. Bu təbəqə Peylin siyasi muxtariyyatını qoruyub saxlamağa çalışırdı.
3.İngiltərə XIV – XV əsrlərdə
İngilis kəndində iqtisadi və ictimai irəliləyiş.
XIV əsrin ikinci rübündə ingilis kəndində pul rentasına keçid getdikcə daha geniş miqyasda yayılır və kəndlilərin şəxsən azad olunması prosesi davam edir. Kəndli təsərrüfatı iri feodalların az məhsuldar təhkimli kəndli əməyinə əsaslanan təsərrüfatları (domen təsərrüfatları) ilə uğurla rəğbət almağa başlayır. Iqtisadi ehtiyacın və kəndlilərin qüvvətlənməkdə olan sinfi mübarizəsinin təzyiqi ilə bir çox feodallar, hətta iri feodallar, XIV əsrin ortalarına doğru,
getdikcə daha tez-tez, biyardan imtina edirlər. Bununla əlaqədar olaraq muzdlu işçi qüvvəsinə təlabat xeyli artır. Belə işçi qüvvəsinə həm həm feodalların (domen) təsərrüfatında, həm də varlı kəndlilərin təsərrüfatında ehtiyyac vardı. Muzdlu işçi qüvvəsinin artımı isə təlabatdan geri qalmağa başlayırdı. Bunun səbəbi,qismən, kəndlilərin ağır istismarı və yarıac – yarıtox güzaranı nəticəsində əhalinin ümumiyyətlə azalması,qismən də yoxsul kəndlilərin şəhərlərə və ölkənin təhkimçilik zülmünün nisbətən zəif olduğu şimal rayonlarına köçüb getmələri idi. Biyar əməyinin qaldığı yerlərdə bu əməyin az məhsuldar olması, feodal (domen) təsərrüfatlarının bazar şəraitinə zəif uyğunlaşması, nəhayət, biyarı pul rentası ilə əvəz etmiş feodal təsərrüfatlarında muzdlu işçi qüvvəsi çatışmazlığı, hələ XIV əsrin ortalarına yaxın, feodal (domen) təsərrüfatının XIV əsrin sonu və XV əsrdə süqutu üçün zəmin yaratdı. Bu da özünü, hər şeydən əvvəl, feodal (domen) təsərrüfatlarının kiçilməsində və bu təsərrüfatlara daxil olan torpaqların bir qisminin istifadə üçün və ya icarə olaraq kəndlilərə verilməsində göstərirdi.
1348-ci ildə İngiltərəni bürümüş taun kənddəki ziddiyyətləri daha da kəskinləşdirdi. İnsanların xatirində “Qara ölüm” kimi qalmış taun əhalisinin dörddə birindən çoxunu, başlıca olaraq zəhmətkeş təbəqələrdən olan adamları, tələf etdi. İşçi qüvvəsinə təlabat daha da artdı. Əmək haqqıda kəskin surətdə artdı. Feodal dövləti feodalların, şəhərlərdə isə muzdlu əməyi istismar edən varlı tacirlərin və ustaların köməyinə çatdı. XIV əsrin ikinci yarısında “işçi qanunvericiliyi” ümumi adı ilə məlum olan bir sıra qanunlar verdi.
Bu qanunlardan birincisində - III Eduardın (1327-1377) 1349-cu il tarixli fərmanında əmr olunur ki, torpağı və başqa dolanışıq vasitəsi olmayan 12 yaşdan 60 yaşadək hər iki cinsdən olan bütün adamlar taundan əvvəlki əmək haqqı ilə işə girsinlər. Muzdla işə girməkdən boyun qaçıran və müddətdən əvvəl sahibkarı tərk edənləri həbsə alırdılar. Nisbətən yuxarı əmək haqqı barədə ilə razılığa gəlmiş sahibkarlar və işçilər cərimə ilə cəzalandırılırdılar. Bundan sonra həmin qərarları təsdiq edən və onların pozulması müqabilində cəzaları ağırlaşdıran bir sıra qanunlar (1351, 1361, 1388-ci illərdə) verildi.
“İşçi qanunvericiliyi”nin məqsədi qeyri-iqtisadi məcburiyyət vasitəsi ilə feodalları və şəhərin yuxarı təbəqələrini ucuz işçi qüvvəsi ilə təmin etmək idi. K.Marksın fikrincə “1349-cu il işçi qanununun və bütün sonrakı qanunların ruhu özünü bunda parlaq göstərir ki, dövlət əmək haqqının, əsla, minimuma deyil, ancaq maksimumunu müəyyən edir”.”İşçi qanunvericiliyi” ingilis dövlətinin və xüsusuilə, XIV “içşi qanunlaqrı”nın çoxunun qəbul olunmasında təşəbbüs göstərmiş parlamentin xalq əleyhinə yönəlmiş feodal mahiyyətini aydın şəkildə aşkara çıxardı.
Xırda və orta feodallar işçi qüvvəsi çatışmazlığını “işçi qanunvericiliyi”nin köməyi ilə aradan qaldırmağa cəhd edirdilər. Başlıca olaraq, hələ biyar təsərrüfatını saxlayan elə həmin iri feodallar da, senyor irticası adlanan irtica vasitəsi ilə yaranmış vəziyyətdən çıxış yolu axtarırdılar. Onlar, artıq çox illər bundan əvvəl biyarın pul rentası ilə əvəz olunduğu yerlərdə də biyarı bərpa edir, şəhərlərə və başqa yerlərə qazanc dalınca getmiş villanları öz mülklərinə (manorlarına) qaytarırdılar.
Dostları ilə paylaş: |