Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


XV əsrdə İngiltərənin ictimai-siyasi inkişaf xüsusiyyətləri



Yüklə 3,06 Mb.
səhifə142/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   138   139   140   141   142   143   144   145   ...   263
Orta srlr tarixi S D Skazkin

XV əsrdə İngiltərənin ictimai-siyasi inkişaf xüsusiyyətləri.

XV əsrdə İngiltərənin ictimai-siyasi inkişafında da istehsalın daha mütərəqqi formalarının inkişafı ilə əlaqədar olan təbəqəlkərin marağı ilə ən irticaçı ictimai qrupların mənafeyi toqquşur.Yeni zadəganlar kəndlilərin yuxarı təbəqələri,şəhərlilər mərkəzi hakimiyyətin dsaha da möhkəmləndirilməsi tərəfdarı idilər.Normal təsərrüfat fəaliyyətini təmin etmək,ölkədə əmin=amanlığı saxlamaq,ölkənin hüdudlarından xaricdə onların ticarət mənafeyini müdafiə etmək,nəhayət istismar olunan kütlələrin müqavimətinini qırmaq üçün bu ictimai qruplkarın möhkəm mərkəzi hakimiyyətə ehtiyacları vardı.Köhnə zadəganların mövqeyi isə başqa cür idi.Bu ictimai qrup özünün iqtisadi əhəmiyyətini nhə qədər çox itirirdisə , bir o qədər də öz siyasi müstəqilliyini qoruyub saxlamağa çalışır,dövlətin dahada


mərkəzləşməsinə mane olurdu.İngiltərənin iri sənətkarları yerlərdə böyük siyasi çəkiyə malik idilər.Onların çoxlu vəsaiti və öz müşayiət dəstələrindən-livralarından ibarət hərbi qüvvələr vardı.Bu qüvvlər muzdlu əsgərlərdən,öz qohum-əqrəbalarında və nisbətən xırda feodalların sırasından olan vassallardan ibarət idi.Feoadal qrupları çox vaxt birbaşa zorakılıq yolu ilə parlament seçkilərinə təzyiq göstərir,parlamenti öz əlaltıları ilə doldurur,parlament iclasları zamanı qırğınlar düzəldirdilər.Bütün XV əsr ərzində bu ən mühafizəkar feodal qrupu ölkənin taleyinə hökm verdi;İngiltərəni xaraba qoyan feodal qiyamları və sülalə müharibələri törədildi;ölkə iqtisadiyyatına ağır zərbə vuruldu,onun mütərəqqi inkişafı ləngidildi.Biyar təhkimçi feodal mülkünün (monorun)dağılması İngiltərənin siyasi həyatı üçün bu cür nəticələr doğurdu;feodal özbaşınalığı və feodal əsilzadələrinin siyasi hakimiyyəti müvəqqəti olaraq dirçəldi.


1399-cu ildə şimal qraflıqları baronların təşəbbüsü ilə Plantagentlər sülaləsinin axırıncı kralı olan II Riçard hakimiyyətdən salındı.Baronlar Langasterlər sülaləsindən olan öz əlaltıları Henrixi IV Henrix (1399-1413)adı ilə taxta çıxardılar.Feodal əsilzadələrinin təztyiqi ilə IV Henrixin oğlu V Henrix (1413-1422)XVI əsrin sonunda sakitləşmiş olan Yüzillik müharibəni yenidən başladı.





  1. Henrixin ölümündən sonra taxt-tac heç bir yaşı da tamam olmamış oğlu VI Henrixə(1422-1465)keçdi.İngiltərənin ən iri feodallarının taxt-tac uğrunda nüfuz və hakimiyyər uğrunda mübarizəsi başlandı.Bu arada Fransadaki müharibə də ingilislər üçün uğursuz şəkil aldı.1453-cü il üçün bütün işğal etdiyi yerlərdən ancaq Kale İngiltərənin əlində qaldı.Feodal guruhlarının ağalığı,vergilərin hədsiz dərəcədə artması ,xəzinənin çapilib talanması da müharibədə rüsvayçı uğursuzluqlar yeni zadəganlart,şəhərlilər və xüsusilə kəndlilərin narazılığına səbəb oldu.




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin