XV əsrdə İngiltərədə sənaye və ticarətin inkişafı
Yeniliyin köhnəliyə qarşı mübarizəsi İngiltərə sənayesi və ticarəti üçün də səciyyəvi idi.Bir tərəfdən XIV əsrin ortalarından başlayaraq köhnə şəhərlərin bir çoxu tənəzzülə başlayır.Bu XV əsrin sonlarına doğru xüsusilə nəzərə çarpır.Bu tənəzzülün ən mühüm əlamətləri əhalinin ıəhərlərdən köçüb getməsi və onların çoxunun boş qalması,sənaye istehsalı və ticarətin ləngiməsi idi.Səsiyyəvi haldır ki,XV əsrdə bir çox şəhərlərin varlı tacirləri və iri sənətkar ustaları yığdıqları pulu istehsalın,ticarətin gebişləndirilməsinə deyil,torpaq ələ keçirməyə sərf edir,zadəgan adı almağa çalışırdılar.Bütün bunlar XV əsrdə sex quruluşunun tənəzzülə başlaması və sex inhisarının qüvvətlənməsilə bağlı idi.Sex inhisarının güclənməsi istehsalın genişlənməsi və təkmilləşməsinə mane olurdu.
Lakin bununla yanaşı XV əsrdə sənətkarlıq və ticarətdə mütərəqqi hadisələr nəzərə çarpır.Bəzi sahələrdə sənaye təşkilatının yeni daha qabaqcıl formaları doğulur.İngiltərədıə sex mçəhdudlaşdırılmalarından yan keçərkən,hələ XIV əsrin ortalarından etibarən kənd yerlərində bazar üçün əvvəlcə cod,sonralar isə nisbətən zərif mahud istehsalı inkişafa başlayır.XIV əsrin sonlarından xüsusilə XV əsrdə bu kənd istehsalının təşkilatçıları şəhər tacirləri və varlı ustalar oldu.Şəhər ətrafının xcırda sənətkar kəndliləri kütləvi surətdə onları işləyirdi.
Yuxarıda göstərilən tacirlər və varlı ustalar bu kənd xırda sənətkarlarını xammalla təchiz edir və onlardan hazır mal alırdılar.Beləliklə şəhəırdən kənarda dağınıq manufaktura formasında kapitalist istehsalının ilkin formaları doğulur.
İngiltərənin xarici ticarəti XIV əsrin ikinci yarısında müvəqqəti tənəzzüldən sonra,XV əsrin əvvəllərindən başlayaraq bir qədər canlanır.Bşlıca ixracat məhsulları indi artıq xammal-yun deyil,sənaye məhsulu mahud olur.Eyni zamanda xarici ölkələrə müxtəlif məhsul ixracında ingilis tacirlərinin payı artır.Əvvəllər ingilis mallarının ixracı xeyli dərəcədə əcnəbilərin əlində idi.
XV əsrin əvvəllərində İngiltərənin ilk yerli«macəraçı tacirlər»in şirkəti yaradılır.Bu şirkət Şimali Almaniya Hanzası ilə müvəffəqiyyətlə rəqabət aparırdı.
Dostları ilə paylaş: |