Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Almaniya imperatorlarının İtaliya siyasətinin iflasa uğraması



Yüklə 3,06 Mb.
səhifə149/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   145   146   147   148   149   150   151   152   ...   263
Orta srlr tarixi S D Skazkin

Almaniya imperatorlarının İtaliya siyasətinin iflasa uğraması.

Şərqdə təcavüzkarlıq siyasəti yeritməklə yanaşı ,alman feodalları,İtaliya və Papalığı tabe etmək niyyətindən də əl çəkmişdilər.Bu cəbhədə qəsbkarlıq siyasətinin başlıca ilhamçıları və təşkilatçəları alman imperatorları idilər.


Bu siyasəti ən təcavüzkarcasına yeridənlərdən biri Hohenştaufenlər sülaləsindən(1138-1254)olan I Fridrix Barbarossa (1152-1190) idi.Barbarossanın İtaliya siyasıti azğın talançılıq və quldarlıq siyasəti idi.Həmin siyasətin əsasında İtaliyanın zəngin sərvətlərindən sülalə mənafeyinə istifadə etmək niyyəti dururdu.I Fridrix əvvəlcə bəzi müvəffəqiyyətlər əldə edə bildi.1154-cü ildə o,özünün birinci İtaliya yürüşünə çıxdı.Onun niyyəti Romada başına imperator tacı qoymaq idi.

Almaniya qoşunları,Breşialı Arnoldun başçılığı ilə şəhərlilərin papa əleyhinə üsyana qalxdıqları Romaya daxil oldular.Lakin Fridrix şəhərlilərin mübarizəsini nəinki müdafiə etmədi əksinə onlara qarşı çıxış etdi.Bunun müqavilində minnətdarlıq olaraq papa Romada onun başına tac qoydu.Xalq hərakatına qarşı mübarizə əsası üzərində sanki barışmaz düşmənlər olan imperiya və papalıq müvəqqəti olaraq bu cür birləşdilər.Lakin alman rıtsarlarının zorakılığı Romada ümumi üsyana səbəb oldu.Həmin üsyan nəticəsində Fridrix şəhəri tşrk etməyə məcbur oldu


1158-ci ildə I Fridrix İtaliyaya qarşı yeni yürüşə başladı.O, Roncaliya vadisində (Pyaçensa yaxınlığında)Şimali İtaliya şəhərlərinin nümayəndərini topladı.O,bu şəhərlər arasında birlik olmamasından və onların bir-birinə qarşı düşmənçiliyindın istifadə edərək həmin seymdə Şimali İtliya şəhərlərini özünüidarə hüququndan məhrum etmək haqqında qərar qəbul etdirdi.Şəhərləri idarə etmək üçün canişinlər-podestalar təyin olundu.Podestalar seçkili konsulları əvəz etməli idilər.Fridrix Şimali İtaliya şəhərlərində ali məhkəmə hakimiyyəti hüququna yiyıləndi və onların üzərinə vergilər qoydu.Bu mahiyətcə Şimali İtaliya şəhərlərini təmamiləimperatorun hkimiyyəti altına düşməsi demək idi.Fridrix Almaniya imperatorunun hakimiyyətini tanımadan imtina edən və onun təyin etdiyi podsetanı qəbul etməyən milanlılara amansız divan tutdu.İkiillik mühasirədən sonra 1162-ci ildə Milan alındı və dağıdıldı.Şəhərin bazar meydanı şumlanıldı və şırımlara duz səpildi.Bu ona işarə idi ki,güta şəhərin yeri həmiüə xaraba qalacaqdır.İtayət etməyən şəhər sakinləri kəndlərə köcürüldü,təhkimlilərə cevrildilər və onlar imperatorun xeyrinə ağır biyara məhkum edildilər.





  1. Fridrix özünün son dərəcə amansız tədbirləri ilə Şimali İtaliya şəhərlərini qorxuzmaq və İtaliyada ağalığını möhkəmləndirmək niyyətində idi.Lakin bunun əksi baş verdi.Milanlılara tutulmuş divandan sarsılan şəhərlər imperatora qarşı mübarizəyə qalxdılar.1167-ci ildə onlar Lombardiya ittifaqını yaratdılar.Bu ittifaqa yenidən qurulmuş Milan başda olmaqla 22 Şimali İtaliya şəhəri daxil oldu.Papa III Aleksandr ittifaqa fəal kömək göstərdi.Halbuki,bir cox alman knuyazları ,o cümlədən,bunların ən qüdrətlisi olan Aslan Henrix imperatora hərbi yardım göstərməkdən imtina etdilər.İmperatorun qoşunları ilə Lombardiya ittifaqının hərbi qüvvələri arasında həlledici vuruşma 1176-cı ildə Lenyano (Milandan şimal qərbə doğru)yaxınlığında baş verdi.Alman cəngavərləri tam məğlubiyyətə uğradılar.Fridrixin özü isə cətinliklə qaçıb qurtardı

Bu şəhər sənətkarları və tacirləri yığma qoşunlarının rıtsar qoşunlarına qalib gıldiyi ilk vuruşmalardan biri idi.I Fridrix ertəsi ilə Venesiyada papa qarşısında təslim oldu və altıillik barışıq bağladı.Bu sazişin şərtləri 1183-cü Il Konstans sülhü ilə təsbit olundu.Bu sülh faktiki olaraq İtaliya şəhərləri özünüidarə hüququnun bərpa olunması onların siyasi müstəqilliyinin möhkəmlənməsi demək idi.


İtaliyada möhkəmlənmək üçün son cəhdi Barbarossanın nəvəsi imperator II Fridrix göstərdi.O,kral taxtına çıxmış ən səciyyəvi simalardan biri idi.Siciliyada böyümüş (o eyni zamanda Siciliya krallığının kralı idi: Siciliya taxtı ona irsi olaraq atası imperator VI Henrixdən qalmışdı:VI Henrix Siciliya taxt-tacına varisini almışd)bu adam macəra axtaran döyüşkən


rıtsarlarla şərq müstəbidinin xüsusiyyətlərini qəribə şəkildə özündə birləşdirmişdi.II Fridrix özünü bizans,ərəb və yəhudi alimləri ilə əhatə etmiş Neapolda universitet açdırmışdı: o,yunan,roma vı ərəb müəlliflərinin əsərlərini əslindən oxuyur,elmi müşahidələrlə məşğul olur,elmi əsərlər yazır,poeziyaya meyl göstərirdi.Bununla yanaşı II Fridrix öz dövrünü böyük dövlət xadimi görkəmli diplamatı idi.Müasirlərinin çoxundam fərqli olaraq o,dini məsəslələrə olduqca laqeyd idi.Lakin başqa dindən olanlara qarşı yüksık dözümlülük göstərməsinə baxmayaraq xalq təriqətcilik hərakatlarını amansızlıqla təqib edirdi.O,imperator olarkən Siciliya krallığını öz bazsı kimi saxladı.Nisbətən mərkəzləşmiş olan bu dövlətin bütün qüvvələrini II Fridrix Şimali və Mərkəzi İtaliyanın işğalına yönəltdi.Lakin I Fridrix kimi burda şəhərlərin və papalığın qətiyyətli müqavimətinə rast gəldi.İtliya şəhərləri və papa ilə ağır və üzücü mübarizə aramla 30 il davam etdi: Siciliya və Cənubi İtliyanın sərvətlərini tükəndirdi və son nəticədə Hohenştaufenlər sülaləsinin iflasa uğramasıyla başa çatdı.II Fridrixin ölümündən sonra papanın çağırışı ilə Fransa kralının qardaşı Anjulu Karl Siciliyaya qoşun cıxardı.II Fridrixin nəvəsi 16 yaşlı Konrandin fr4ansızları qovmaq üçün cox güclü bir cəhd göstərdi.Lakin 1268-ci ildı darmadağın olundu və başı edam kötüyü üzərində qaldı.

Bir neşə ildən sonra Fridrixin axırıncı oğlu zindanda öldü.Hohenştaufenlər sülaləsinin varlığı həm Almaniya həm də İtalida belə rüsvarçılıqla sona çatdı.Həmin sülalənin axırını bu cür olması qanunauyğun idi.Çünki onların güddükləri məqsəd mürtəce olduğu qədər də xəyali idi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin