Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə148/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   144   145   146   147   148   149   150   151   ...   263
Orta srlr tarixi S D Skazkin

Şərqdə alman təcavüzü

Məhəlli alaman knyazları qüdrətinin möhkəmlənməsi alman feodallarının Şərqdə Lababoyu slavyanlara və Şərqi Pribaltika xalqlarına qarşı təcaqvüzü ilə (Drang Pash Osten deyilən təcavüzlə) çox bağlı idi.Slavyanlara qarşı alman təcavüzünün XII əsrdə başlanan yeni mərhələsini özünəməxsus xüsusiiyyəti bundan ibarət idi ki,təcavüzdə imperatorlar deyil,knyazlar rəhbər rol oynayırdılar.Onlar isə katolik kilsəsi ilə ittifaqa arxalanırdılar.Alman knyazları özlərinə geniş mülklər yaratmağa çalışırdılar.Bu onların imperriya daxilində müstəqil vəziyyətləri üçün əsas ola bilərdi.Təcavüzkarlıq yürüşlərinin başlıca hərbi qüvvəsi xırda feodallar – rıtsarlar idilər.İtaliyada və Xaç yürüşlərindəki uğursuzluqlardan sonra dağınıq slavyan torpaqlarını əsarət altına salmaq onlara nisbətən sərfəli və asan iş kimi görünürdü.Bu hərəkatda alman şəhərləri də iştirak edirdilər.Onlar Şərqdə böyük ticarət mənfəəti əldə etməyə çalışırdılar.


Elbanın(Labanın) aşağı boyunda yaşayan slavyan tayfası obodritlərə qarşı alman feodallarının hücumuna Velflər nəslindən olan Bavariya və Saksoniya hersoqu Aslan Henrix başçılıq edirdi.O,XII əsrin ,öz qüdrətinə görə imperatorla rəqabət edən ən böyük yırtıcı fedalı idi.Aslan Henrix hətta o dövrün özü üçün də qeyri-adi olan,amansızlığı və hiyləgərliyi ilə fərqlənirdi.O,ən qanlı vasitələrdən də çəkilmirdi.Uzunsürən və şiddətli mübarizədən sonra 1170-ci ildə,almanların tutduqları obodrit torpaqlarında Aslan Henrixdən asılı olan Maklenburq hersoqluğu yaradıldı.Elə həmin vaxtlardaca Ayı Albrextin başçılığı ilə Brandenburq


markqraflığının (lütiçlər tayfasının torpaqlarında)əsası qoyuldu.XIII əsrdə bu markqraflığın mərkəzi Berlin(ilk dəfə 1230-cu ildə adı çəkilir)oldu.Aslan Henrix slavyan Pomoryesini (Oderlə Visla arasında)ələ keçirdikdən sonra bu torpaqların slavyan əhalisini kütləvi surətdə qırmağa başladılar.Sağ qalanlar isə əkinçilik üçün yararsız yerlərə qovulur,torpaqları isə alman feodallarının əlinə keçirdi.Alman feodalları həmin torpaqları becərməkçün bura alman məskunları dəvət edirdilər.

XIII əsrin əvvəlində alman feodalları Şərqi Pribaltikanın istilasına başladılar.Bu məqsədlə 1202-ci ildə papa III İnnokentinin fəal iştirakı ilə yeni ruhani - cəngavər cəmiyyəti Qılınclılar cəmiyyəti (ordeni) təşkil olundu.Həmin cəmiyyət XIII əsrin ortalarına doğru müasir Litva ərazisini,sonra isə müasir Estoniyanın cənub hissəsini zəbt etdi.


Papanın sərəncamı ilə Fələstindən Pribaltikaya köçürülmüş Tevton cəmiyyəti 1226-cı ildə Baltik dənizinin Visla ilə hemon arasındakı sahili boyunca yaşayan Litva tayfası prussların torpaqlarını istilah etməyə başladı.Prustlar işğalçılara uzunmüddətli və inadlı müqavimət göstərdilər.Yalnız XIII əsrin sonlarına doğru başa çatmış olan işğalın gedişində onlar amansız qırğına məruz qaldılar.1237-ci ildə hər iki cəmiyyət birləşib Tevton cəmiyyətini yaratdı.Bu cəmiyyətin torpaqları Baltik dənizinin demək olar bütün cənub-şərq sahili boyunu əhatə edirdi.Alman rıtsarları burada Rus torpaqlarına doğru irəliləməyə cəhd göstərdilər.Lakin Novqorod knyazı Aleksandr Nevski onların qoşunlarını Çud gölü üzərində (1242-ci ildə)darmadağın etməklə bunun qarşısını aldı.


Feodallar Elbaarxası torpaqlarda öz ağalıqlarını möhkəmləndirmək üçün almaniyadan gəlmə kəndli məskunlardan geniş istifadə edirdilər.Alman feodalları onları bu yerlərdə güzəştli şərtlərlə məskunlaşmağa cəlb edirdilər.Feodal bu məqsədlə ,adətən,əvvəlcə podratçı (lokator)tapırdı.Podratçı isə həmin yerlərə keçmək üçün adamlar toplayır, köçdən sonra isə təzə salınmış kəndin kəndxudası olurdu.Yeni məskunlaşmış kəndlilərə irsi istifadə torpaqları olan çinşlə eyni hüquqa malik ikiqat quf verilirdi.Mükəlləfiyyətlər təsbit olunurdu və ancaq torpağa görə alınırdı:kəndlilərin özləri isə şəxsən azad hesab olunurdular.Məsələn,kəndlilər azad surətdə bir yerdən başqa yerə keçə bilərdilər.


Almanların məskunlaşması Elbaarxası torpaqlarda müəyyən qədər iqtisadi yüksəlişə səbəb oldu.Becərilən torpaq sahələri artdı.Yeni şəhərlər meydana gəldi.Baltik sahili boyunca ticarət əlaqələri qüvvətləndi.Lakin bu yüksəliş yerli əhalinin kütləvi surətdə əsarət altına salınması və zorla almanlaşdırılması hesabına əldə olunmuşdu.


Alman məskunları eyni zamanda,cənub-şərqə Dunayboyu torpaqlara doğru da genişlənirdi.Bu torpaqlarda da həmçinin slavyanlar məskən salmışdılar.Burada,Orta Dunay boyunda hələ X əsrin sonlarında şərq markası və ya Avstriya markası yaradılmışdı. XIII əsrdə bu marka hersoqluğa çevrilmişdi. Sonra Avstriya hersoqları qonşu slavyan vilayətlərini-Ştiriya,Karintiya,Kraynanı tutdular.Rıtsarlar,kilsə (xüsusilə monastrlar )və ticarət-sənətkarlıq ünsürlərinin iştirak etdiyi alman məskunlaşması,həmçinin Çexiyaya qarşı da yönəlmişdi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin