Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə146/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   142   143   144   145   146   147   148   149   ...   263
Orta srlr tarixi S D Skazkin

Aqrar münasibətlərin təkamülü.

Şəhər sənətinin yüksəlişi aqrar münasibətlərin inkişafına böyük təsir


göstərdi.Şəhərlərin meydana gəlməsi ilə kəndli təsərrüfatı və feodal təsərrüfatları əmtəə pul əlaqələrinə cəlb olunmağa başladı.Şəhərlə kənd arasında,az çox,müntəzəm bazar əlaqələei yarandı.Şəhər ətraf kənd yerlərinin iqtisadi mərkəzinə çevrildi.


Kəndin əmtəə pul münasibətlərinə cəlb olunması aqrar quruluşun xarakterində,kəndlilərin feodal istismarı formaları və üsullarında əhəmiyyətli dəyişikliklərə səbəb oldu.XII XIII yüzilliklərdə Almaniyanın bir çox rayonlarında təhkimli vı asılı kəndlilərin biyar əməyinə əsaslanan keçmiş mülk(votçina) sistemi dağılır.Şəhər əhalisinin çoxalmasıyla əlaqədar olaraq kənd təsərrüfatı məhsullarına təlabatın artması feodalları az məhsuldar biyar əməyindən imtina etməyə vadar etdi.Onlar mülkədar təsərrüfstını təşkil etməyin daha əlverişli fomalarını axtarmağa məcbur oldular.Feodal öz mülklərindən alınan gəliri artırmaq üçün kəndlilərin ən ağır asılıliq formalarınnan ve biyardan imtina etmeye bele hazır idi.Elbette,bu başqa kəndli mükəlləfiyyətlərini(pil vergiləri və s)artırmaq üçün daha geniş imkanlar yaratdığı teqdirde feodal buna razı idi.XIII əsrdə biyar əməyinə əsaslanan feodal mülkünü (votçinanı) xalis senioriya adlanan senioriya əvəz etdi.Bu senioriyanın səciyyəvi əlaməti müstəqil ağa təsərrüfatının tamamilı və yaxud demək olar ki tamamilə mövcud olmaması idi.Əvvəllər mülkədara məxus olan əkin yerləri nisbətən böyük sahələrə bölünürdü.Həmin sahələr və meyerlərə (varlı kəndlilər içərisindən çıxmış olan mülk votçina idarəçilərinə)icarəyə


verilirdi.Lakin bu Fransa və İngiltərədəkindən fərqlənirdi.Məsələn,həmin ölkələrdə ağa(domen) təsərrüfatı ləğv olunduqda belə kəndlilər,bir qayda olaraq öz torpaq paylarına varislik hüququnu saxlayırdılar.Almaniyada isə irsi torpaq payına malik olan kəndlilərin xeyli hissəsi qısa müddətli icarəçilərə çevrilirdilər.Lakin bunlar feodal idarəçiləri idilər.Onlar torpaq sahibinə icarə haqqı deyil,feodal rentası verirdilər.

Gösterilen formada icarə münasibətlərinin yayılması,heç də,kəndlilərin istismarının fedal təbiətini dəyişmirdi (zaman keçddikcə onları da meyer adlandırmağa başladılar).Məhsulla alınan töycü indi feodal rentasının hakim formasına çevrilir.Bu töycü kəndlinin əldə etdiyi məhsulun dörddə birindən yarısına qədərini əhatə edirdi:buna əlavə olaraq tez tez,pul vergiləri də alınırdı.«Xalis senioriya»Aşağı Saksoniya,Vestvaliya,Bavariya,habelə Şvabiya Bavariya yaylasında geniş yayılmışdı.Cənub Qərbi və Orta Almaniyanın qalan rayonlarında (Alemaniya,Frankoniya,Reynboyu vilayəti) isə feodal mülkünün (votçinanın) donub qalması adlanan proses gedir.Bu yerlərdə keçmiş mülk (votçina)təşkilatı qalırdı.Lakin onun hüdudları daxilində,qismən,pul rentasına keçilirdi.Bunun nəticəsində də feodala pul töycüsü çinş verən xeyli miqdarda şəxsən azad kəndli meydana gəlir.Xalis senyoriyanın yayıldığı rayonlardan ferqli olaraq,burda kəndlilər özlərinin irsi torpaq paylarını saxlamış və hətta müeyyen derecede özlərinin həmim torpaqlara mülkiyyət hüququnu möhkəmləndirmişdilər.


Feodal rentası formalarının dəyişməsi alman kəndlilərinin vəziyyətində əhəmiyyətli dəyişikliklərə səbəb oldu. Təhkimçilik asılılığının ən ağır formaları aradan qalxır.Bir çox kəndlilər şəxsi azadlıq alır.XII XIII əsrlərdə alman kəndlilərinin vəziyyetinin müəyyən qədər yaxşılaşdıdını da qeyd etmək olar.Lakin bu yaxşılaşma kəndlilərin faktiki vəziyyətinə deyil,hər şeydən əvvəl, hüquqi vəziyyətinə aid idi.Kəndlilər təhkimçilik asılılığından,çox vaxt,torpaqdan məhrum edilməklə azad olunurdular. Qısa müddətli icarənin yayılması kəndlilərin mülkiyyət hüququnu pisləşdirdi.Kəndli mükəlləfiyyətləri daim artdı:icarə müqaviləsi hər dəfə təzələndikdə feodal icarə haqqınə artırmaq imkanina malik olurdu.Almaniyanın ayrı ayrı rayonlarında(xüsusilə simal qərbdə) dünyəvi və xüsusilə ruhani feodallar icma torpaqlarını tutur,hətta kəndliləri,bəzən,öz pay torpaqlarından qovurdular.XII XIII əsr mənbələri feodal mülkünün (votçinanın),vəzifəli adamlarının sıxışdırmaları və hər cür sui istifadələrinə qarşı kəndlilərin şikayətləri ilə doludur.Fedalların bir başa qarəti bir yanma qalsın,nəhayətsiz feodal çəkişmələri kəndli təsərrüfatları üzərində ağır bir yük idi və çox vaxt onların dilənçi halına düşməsinə,iflasa uğramasına səbəb olurdu.


Aqrar quruluşdakı dəyişikliklərin köməyi ilə kəndlilər içərisində təbəqələşmə xeyli artdı.Varlı kəndlilər seçilib ayrılmağa başladılar.Onlar bir neçə kəndlinin pay torpağını(quf)əllərində birləşdirir və ya bütöv mülkləri icarəyı götürürdülər.Bu torpaqları onlar öz yoxsullaşmış həmkəndlilərinin əməyi ilə becərirdilər.Digər tərəfdən,az torpaqlı kəndlilərin sayı artırdı.Bu kəndlilkər normal torpaq payının ancaq bir hissəsinə malik idilər.Eyni zamanda,torpaqsız kəndli təbəqəsi meydana gəlir.O adi senyor təəhhüdlərini yerinə yetirməklə yanaşı ehtiyac üzündən feodala və ya varlı kəndliyə əlahidde haqq verib muzdla işləməyə məcbur idi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin