Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə147/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   143   144   145   146   147   148   149   150   ...   263
Orta srlr tarixi S D Skazkin

Alman kəndində sinfi mübarizə.

Kəndlilər feodal istismarına qarşı daim mübarizə aparırdılar.Qısamüddətli icarə haqqının yayıldığı rayonlarda onlar istifadə etdikləri torpağın irsi xarakterinin saxlanılması


uğrunda mübarizə edirdilər.Onlar hər yerdə feodalların zorakılığına qarşı çıxış edir,feodal mükəlləfiyyətləri və vergilərin azldilmasına çalışırdılar.Kəndlilərin müqavimət formaları müxtəlif idi.Mükəlləfiyyətlərin icra olunmasından imtina edilməsi,onların qəsdən başdansovdu yerinə yetirilməsi və feodal təsərrüfatına ziyan vurulması,nəhayət ən mənfur ağaların və onların vəzifəli adamlarının öldürülməsi bu formalardan idi.

Kəndlilərin qaçaq düşməsi xüsusilə geniş yayılmışdı.Kəndlilırin feodal təsərrüfatlarından qaçması bu dövrdə elə geniş vüsət almışdı ki,feodallar qaçaq kəndliləri bir birinə qaytarmaq barədə öz aralarında saziş bağlayırdılar;şəhərlərdən təəhhüd alırdılar ki, qaçqın kəndlilərə öz divarları içərisində yer verməsinlər;feodallar,hətta bu barədə qanunvericilik tədbirləri görülməsini də tələb edirdilər.


XII XIII yüzilliklərdə alman kəndlilırinin sinfi mübarizısi hələ lokal xarakterdə idi.Kəndli çıxışları,adətən,ayrıca bir kəndin və ya mülkün hüdudlarından kənara çıxmırdı.Yalnız XIII əsrin sonlarında nisbətən geniş kəndli üsyanları baş verir.Bunlardan biri 1285 ci ildə Ağac Başmaq Fridrixin başçılığı altında baş vermiş və şəhərlər tərəfindən müdafiə olunan kəndli üsyanı Almaniyanın şimalında geniş ərazi əhatə etmişdi.Həmin üsyanı yalnız imperator və knyazların birləşmiş qüvvələri yatıra bildilər.




Məhəlli knyazlıqlar sistemi yaranmasının ilkin şərtləri

Məhsuldar qüvvələrin yüksəlişi və bununla əlaqədar olaraq cəmiyyətin ictimai quruluşunda baş verən dəyişikliklər ölkənin siyasi inkişafına böyük təsir göstərdi.Lakin Fransa və İngiltərədəkindən fərqli olaraq,Almaniyada ictimai iqtisadi irəliləyiş,son nəticədə,mərkəzdən ayrilmağa calışan qüvvələrin xeyrinıə oldu.Həmin qüvvələr bundan ölkənin dağınıqlığını möhkəmləndirmək üçün istifadə etdilər.


Almaniyada XII XIII əsrlərdə baş vermiş iqtisadi yüqksəliş ölkənin bütün vilayətlərini özünə cəlb edə biləcək Parios və ya London kimi vahid iqtisadi mərkəz yaranması ilə nəticələnmədi.Ən iri alman şəhərləri,iqtisadi baxımdan öz aralarında olduğundan daha çox xarici mərkəzlərlə bağlı idilər.Reynin və Dunayın yuxarı boylarında olan şəhərlər Venetsiya ilə qizğın edirdilər:Reyninaşağı və orta boyunda yerləşən Köln və başqa şəhərlərin ticarət əlaqələri Şampana və Flandriyaya doğru meyl edirdi.Şimal dənizi sahil boyundakı şəhərlə İngiltərə,Skandinaviya ölkələri və Pribaltika ilə ticarət edirdilər.Bu şəhərl\rin birbaşa xarici ticarətlə sıx baqğlı burkerləri üçün ölkənin birləşdirilməsi həyati zərurilik deyildi.


Alman şəhərləri şəhərətrafı yerlər üçün təbii iqtisadi mərkəzlər idilər.Özü də,şəhər iqtisadi mərkəz kimi nə qədər böyük olurdusa,ona bitişik ətraf yerlər də bir o qədər geniş olurdu;həm də bu şəhərətrafı yerlərə amcaq kəndtipli məskənlər deyil eyni zamanda kiçik şəhərlə\r də daxil idilər


Bəhs olunan iri şəhərlər və şəhərətrafı yerlərin hüdudları daxilində müəyyən iqtisadi mərkəzləşmə gedir,az cox daimi təsərrüfat əlaqələri yaranırdı.Lkin vilayıt mərkəzləşməsi ilə bir zamanlar ölkənin müxtəlif rayonları arasında möhkəm əlaqələr yaranmırdı.Bununla da Almaniyada mərkəzdən ayrilmağa çalışan qüvvələr,ölkənin iqtisadi inkişaf xarakterinin özündən qüdrətli yardım almış olurdular.


Almaniyanın dərinləşməkdə olan təsərrüfat pərakəndəliyi şəraitində baş veren vilayət mərkəzləşməsi məhəlli knyazliqlar sistemi deyilən sistemin inkişafı üçün iqtisadi əsas oldu;məhəlli knyazlıqlar elə yiğcam ərazilər idilər4 ki, onların hakimləri həmin ərazilərin


hüdudları daxilində nisbətən tam siyasi hakimiyyətə malik idilər.Gördüyümüz kimi Almaniaydas məhəlli knyazliqların rüşeymləri hələ XI əsrin sonu XII əsrin əvvəlində meydana gəlmişdi.Lkin onların qəti olaraq möhkəmlənməsi XII XIII əsrlərin iqtisadi yüksəlişindən ibarət əsas üzərində mümkün oldu.Şəhərlərin inkişafı knyazlar üçün öz müstəqilliklərini möhkəmləndirmək vasitəsilə,maliyyə gəliri mənbəyi,siyasi nüfuzları üçün dayaq idi.Məhəlli knyazlar öz ərazilərində şəhərlərin inkişafı üçün həvəsləndirmə tədbirləri görür,yeni ticarət sənətkarlıq yaradırdılar.

Səciyyəvi haldır ki,XIII əsrdən başlayaraq, demək olar bütün yeni yaradılan şəhərlər knyaz torpaqlarında meydana gəlir.Knyazlar,eyni zamanda,imperiya şəhərlərinində özlərinə tabe etməyə başlamışdılar.Şəhərin feodal əyanların əlində məhəlli siyasət alətinə çevrilməsinin pis tərəfi onun mərkəzi hakimiyyətlə əlaqələrinin zəifləməsinin getdikcə artmaı idi.Fransa və İngiltərədən fərqlin olaraq orta əsr Almaniyasında kral hakimiyyəti ilə şəhərlər arasında ittifaq orta əsrlərdə ölkəənin siyasi pərakəndəliyini aradan qaldırmaq üçün zəruri olan bu şərait yaranmadı.Öz tarixlərinin ilk çağında alman şəhərləri də senyorlara qarşı mübarizədə kral hakimiyyətinin köməyinə arxalanmağa cəhd göstərdilər.Onlar kralı(imperatoru)öz təbii müttəfiqləri və himayəçiləri kimi görür,feodal əyanlarla toqquşmada ona kömək dururdular.Məsələn,XI əsr Saksoniya üsyanı zamanı IV Henrixe qarşı Almaniyanın bütün yuxarı feodal dairələri birləşərkən Köln və Vorisun şəhərliləri krala fəal kömək göstərdilər.Şəhərlilər sonralar da IV Henrixin müttəfiqi olaraq qaldılar.Lakin o zaman sayca çox olmayan alman şəhərləri və krala tutarlı bir dayaq olmaq üçün hələ həm iqtisadi,həm siyasi,həm də hərbi baxımdan çox zəif idilər.Buna görə də alman krallarının öz mərkəzləşdirmə siyasətindən şəhərlərə arxalanmaq üçün göstərdikləri bu ilkin təşəbbüs də uğursuzluqla nəticələndi.IV Henrixin varislərinə gəldikdə,onlar şəhərlərlə başlanmış olan bu ittifaqdan getdikcə uzaqlaşdılar.Nəhayət,XIII əsrdə onların şəhərlərlə əlaqədar siyasəti açıqca düşmənçilik siyasətinə çevrildi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin