Cek Ked üsyanı.
1450-ci ildə İngiltərənin cənubunda böyük xalq üsyanı baş verdi. Üsyanın mərkəzi Kent qraflığı oldu.Üsyana varlı friholder,təcrübəli əsgər Cek Ked başçılıq edirdi.Üsyançılrın əsas kütləsi kəndlilər idilər.Onlara çoxlu cəngavərlər və şəhərlilər də qoşulıdu.20 minlik üsyançı ordusunun başında Cek Ked London üzərinə yeridi və şəhərə daxil oldu.Kedin elan etdiyi manifestdə üsyançılar ağır vergi yükünün yüngülləşdirilməsinə ,kral məmurlarının əhalini,xüsusilə vergi yığarkən zorla soymasına son qoyulması,habelə parlament seçkiləri zamanı baronların qanunsuz təzyiqinin aradan qaldırılmasını tələb edirdilər.Onlar feodalların qəsb etdikləri kral torpaqlarının geri,onun özünə qaytarılmasını,səfeh kral müşavirlərinin kənar olunmasını ,kral şurasının tərkibinə York hersoqunun daxil olunmasını tələb edirdilər.
Üsyançılar cəngavərlərin yuixarı təbəqələri York hersoqunu öz başçıları və müdafiəçiləri hesab edirdilər.Əsas etibarilə siyasi xarakter daşıyan bu tələblər içərisində ictiumai səciyyəyə malik ancaq bir tələb vardı ki,bu da işçi qanunvericiliyinin ləğv olunması idi.
Üsyan əvvəlcə müvəffəqiyyətlə gedirdi.Cek Ked Londonda ələ keçirilməsi mümkün olan ən mənfur kral müşavirlərini məhkəməyə verir və edam etdirirdi.Lakin son üsyançıların
hərəkətlərindən və London yoxsullarından qorxan şəhərinh yuxarı təbəqələri silaha sarıldılar və Tayer qarnizonunun köməyilə üsyançıları şəhərdən sıxışdırıb çıxardılar.Kral dağılışıb gedəcəkləri hyalda üsyançıları bağışlayacağını vəd etdi.Ked bu vədə inandı və öz tərəfdarlarının tərəddüd etdiyini görərək dəstələri buraxdı.Bundan sonra üsyançılara divan tutulmağa başlandı.Ked ələ keçirilib edam olundu.Başqa qraflıqlarda dağınıq halda üsyana qalxmaq cəhdləri tezliklə yatırıldı.
Al və Ağ qızılgül müharibəsi.
Ked üsyanının darmadağın olunması və həmin üsyan zamanı baş vermiş sinfi toqquşmalar varlı şəhərliləri və yeni zadəganları geniş xalq hərəkatlarına iri feodalların ağalığına qarşı bir mübarizə vasitəsi kimi ümid bağlamaqdan vaz keçməyə məcbur etdi.İndi onlar ümidlərinisülalə dəyişməsinə dikdilər və Lankasterlərə qarşı kralın əsli ilə qohum olan yorkları müdafiə etməyə başladılar.Yorklar da İngiltərənin ən yeni torpaq sahibləri idilər.Digər tərəfdə Yüzillik müharibənin sona çatması feodal əsilzadələrinin gəlirlərini xeyli azaltmışdı.İndi onların diqqəti hakimiyyət uğrunda,sarayda gəlir ələ keçirmək uğrunda mübarizəyə həmişəkindən daha çox cəmlənmişdi.
Lankasterlər və Yorqlar arasındakı sülalə çəkişmələri feodal ara müharibələri üçün əlverişli fürsət oldu.1455-ci ildə düşmən sülalələri tərəfdarları arasında toqquşma baş verdi.Bu uzun sürən ara müharibələrinin –tarixdə Al və Ağ qızıl gül müharibələri ,(Lankasterlərin gerbində al qızılgül,Yorklarınkında isə ağ qızılgül vardı.)adını almış müharibənin başlanğıcı oldu.İri feodalların çoxu,xüsusilə siyasi müstəqilliyə öyrəşmiş və çoxlu hərbi qüvvələri olan Şimalın feodalları Lankasterlərin arxasında dsururdular,Yorkları isə iqtisadi cəhətdən daha inkişaf etmiş olanCənub-şərqin iri feodalları,onların Lankasterlər tərəfindən hakimiyyətdən sıxışdırılmış qohum-əqrəbası və vassalları müdafiə edirdilər.Bununla yanaşı qüvvətli kral hakimiyyəti yaradılmasına çalışan yeni zadəganlar və şəhərlilərin çoxu da onları müdafiə edirdilər.Bununla belə bir çox iri feodallardan ötrü həmin müharibə soyğunçuluq üçün və öz siyasi müstəqilliklərini qüvvətləndirməkdən ötrü yalnız bir bəhanə idi.Bu feodallar çox asanlıqla,cəbhədən-cəbhəyə hər dəfə kim qalib gəlsə onun tərəfinə keçirdilər.
Bir sıra qanlı toqquşmalardan sonra Eduard York Londonu tutdu və kral elan olundu.IV Eduardın (1461-1483)krallığa başlaması Al və Ağ qızıl güə müharibələrinə son qoymadı.
Onun hakimiyyəti illərində həmin müharibələr dəfələrlə yenidən qızışdı.IV Eduard Lankasterçi baronlara amansız divan tutdu. Lakin o yorqçu baronlara da etibar etmədi;orta cəngavər təbəqəsindən özünə yaxın adamlar cəlb etdi,onlara fəxri adlar və mülklər payladı.IV Eduard parlamentə də inanmırdı.Çünki parlament seçkiləri əvvəlki kimi yenə də feodal əsilzadələrinin təsiri altında idi.O, xüsusilə maliyyə məsələlərində mümkün qədər parlamentsiz keçinməyə çalışırdı;şəhərlərdə könüllü hədiyyələr və məcburi borc pul almağı üstün tuturdu.Oparlamenti məcbur edərək səsvermə yolu ilə özünə ömürlük gömrük toplamaq hüququ almışdı.Bunun nəticəsində kral xeyli vəsait əldə edə bildi.Parlamenti toplamaq artıq işə çevrildi.İdarəçəlik və qanunvericilik işlərində kralın əl-qolu açıldı.IV Eduard İngiltərənin yerli ticarəti və sənayesini rəğbətləndirmək siyasəti yeridirdi.
O,ən qiymətli yun növlərinin ixrac olunmasını qadağan etdi;bununla da mahud toxuculuğuna təkan verdi.Hanza və Venetsiya tacirlərinin vasitəçiliyi olmadan ingilis mahudunun Niderland və İtaliyaya aparılmasını təmin etmək üçün tədbirlər gördü.
IV Eduardın ölümündən sonra onun qardaşı Riçard taxt-tacın qanuni varislərini – Eduardın kiçik yaşlı oğullarını Tauerdə öldürdüb hakimiyyəti ələ keçirdi və III Riçard(1483-1485) adı ilə öəkəni idarə etməyə başladı.Lankasterçilər və Yorkçu baronların bir qrupu ona qarşı birləşdilər.Onlar üsyana qalxıb taxt-taca yeni namizəd Lankaster nəslinin kiçik qolunun nümayəndəsi olan Henrix Tüdorun namizədliyini irəli sürdülər.1485-ci ildə Bosfort yaxınlığındakı vuruşmada III Riçard məğlub oldu və öldürüldü.Bu vuruşma ilə Al və Ağ qızıl gül müharibəsi sona yetdi.Henrix Tüdor VII Henrix adı ilə İngiltərə kralı elan olundu.
Yeni Tüdorlar sülaləsinin (1485-1603)varisi olan VII Henrix kral hakimiyyəti qüvvətləndirmək uğrunda baronların müstəqilliyinə qarşı mübarizəni ardıcıllıqla davam etdirdi.Bu siyasəti yetitmək onun üçün xüsusilə asan idi.Çünki Al və Ağ qızıl gül müharibəsi nəticəsində feodal əsilzadələrinin xeyli hissəsi qırılıb qurtarmış və kral hakimiyyətinin qüvvətləndirilməsində marağı olan yeni zadəganların və doğulmaqda olan burjua ünsürlərinin ictimai əhəmiyyətini artırmışdı.
Dostları ilə paylaş: |