Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


XV əsrdə İngiltərə kəndinin iqtisadi inkişafı



Yüklə 3,06 Mb.
səhifə139/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   135   136   137   138   139   140   141   142   ...   263
Orta srlr tarixi S D Skazkin

XV əsrdə İngiltərə kəndinin iqtisadi inkişafı.

Uot Tayler üsyanından sonra İngiltərə kənd iqtisadiyyatının yenidən qurulması feodal münasibətlərinin aradan qalxması ilə nəticələndi.İngiltərədə feodal torpaq mülkiyyətinin inhisarı davam etməkdə idi. Kəndlilərin əsas kütləsinin öz torpağı yox idi,feodal rentası ödənirdi və silki hüquq bərabərsizliyi davam edirdi.Lakin XV əsrin əvəlindən İngiltərə feodalizmi öz inkişafının yeni mərhələsinə qədəm qoydu.Kənd təsərrüfatı istehsalının mərkəzi qəti olaraq mülkədarın xüsusi təsərrüfatından (domen təsərrüfatından)xırda əmtəə istehsal edən kəndli təsərrüfatına keçdi.Mülkədarın xüsusi təsərrüfatı (domen təsərrüfatı),demək olar tamamilə aradan qalxdı,onun xüsusi təsərrüfatına(domenə)daxil olan torpaqlar isə istifadəyə və ya icarəyə verilirdi.


Kəndli torpaq sahibliyi isə əksinıə möhkəmlənir,onun əmtəə xarakteri artırdı,kəndli təsərrüfatları bazarın kənd təsərrüfatı məhsulları ilə başlıca təchizatçısına çevrilirdi. Mülkədarın xüsusi təsərrüfatı(domen təsərrüfat)qalan yerlərdə muzdlu əməyi ilə becərilirdi.


İlk zamanlar kəndli təsərrüfatları ləğv olunmuş xüsusi mülkədar təsərrüfatlarının (domen təsərrüfatlarının) yerini verə bilmirdi.Bununla əlaqədar olaraq XIV əsrin sonlarında ölkədə bəzi iqtisadi tənəzzül əlamətləri nəzərə çarpmağa başlayır:becərilən torpaqlar ümumiyyətlə azalır,əkin yerləri hesbına otlaqlar artır,kənddə ümumi əmtəə istehsalı aşağı düşür,o cümlədən yun ixracatı azalır.Bunun nəticəsində kənd təsərrüfatı məhsullarının qiyməti aşağı düşür,muzdçu işçilərin əmək hasqqı isə nisbətən yuxarı olaraq qalırdı.


Lakin bir çox müasir əcnəbi tarixçilərin hesab etdiklərinin əksinə olaraq XIV əsrin sonu-XV əsrin göstərilən hadisələri ümumi iqtisadi böhran əlaməti və ya İngiltərədə feodalizmin ümumi böhranı əlaməti kimi qiymətləndirilə bilməz.Onlar özünəməxsus inkişaf xəstəliyi olmaqla feodal istehsal münasibətlərinin inkişafında vaxtını keçirməkdə olanla yeni arasındakı mübarizəni əks etdirirdilər.Biyar – təhkimçilik mülkünün (manorun)böhranının törətdiyi bu hadisələr istehsalın qüvvətlənməkdə olan,nisbətən mütərəqqi formaları ilə - xırda əmtəə istehsal edən kəndli təsərrüfatları ilə ,habelə yeni şəraitə uyğunlaşa bilmiş və sonralar kənddə kapitalist münasibətlərinin doğulması üçün əsas olmuş yeni tipli mülkədar təsərrüfatı ilə yanaşı mövcud idilər.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin