İngiltərə kəndlilərinin vəziyyəti.
XV əsrdə İngiltərə kəndinin həyatındakı ən mühüm mütərəqqi irəliləyişlərdən biri villanların əsas kütləsinin şəxsən azad olması idi.Kəndlilər indi hüquqi baxımdan iki əsas qrupa bölünürdü.Azad olunmuş kəndlilər-keçmiş villanların nəsilləri«kopiholderlər»(sürət-kopya əsasında torpaqdan istifadə edənlər)adlanırdılar.Belə ki,onların torpaq payına sahib olmaları haqqında sənədləri manor (feodal mülkü)məhkəməsinin protokolundan çıxarış və ya sürət-kopiya idi.Onlar şəxsən azad admlar idilər və öz torpaq payları müqavilində lorda az miqdarda təsbit olunmuş renta verir və bəzi mükəlləfiyyətlər yerinə yrtirirdilər.Kopiholderlərin asılı
mənşədən olmasının başlıca qalığı bu idi ki,onların pay hüququnu kral məhkələri müdafiə etmirdi.
Friholderlər – azad torpaq istifadəçiləri daha yaxşı vəziyyətdə idilər.Onlar faktiki olaraq torpaq mülkiyyətçiləri idilər və onun miqdarında yalnız az miqdarda renta verirdilər. Özü də bu rentanın ancaq adı vardı.Friholderin mülkünü kral məhkəməsi müdafiə edirdi. O,parlament seçkilərində iştirak edə bilərdi.Kopiholderlər isə bu hüquqdan məhrum edilmişdilər.
XV əsrdə həm Kopiholderlər ,həm də Priholderlər içərisində təbəqələşmə nəzərə çarpırdı.Hər iki qrupdan olan varlanmış kəndlilər muzdlu əməkdən geniş istifadə edirdilər. Onlar yoxsullaşmış kəndlilərin torpaqlarını satın alır,öz torpaq paylarına əlavə olaraq mülkədarlardan torpaq icarəyə götürürdülər. Eyni zamanda aztorpaqlı kəndlilər qrupu da ayrıca təbəqəyə çevrilməkdə davam edirdi.Onlar kənd təsərrüfatı fəhlələrinin sıralarına daxil olurdular.
Köhnə və yeni zadəganlar.
XV əsrdə yeniliyin köhnəliyə qarşı mübarizəsi feodallar sinfinin daxilində də gedirdi.Bu dövrdə həmin sinfin daxilindəki fərdlər daha da dərinləşir.Fəxri adlı əyanlar başda olmaqla XIII
–XIV əsrlərdə biyar və təhkimçilik daha inadla saxlmağa çalışan ən iri torpaq sahibləri indi,öz təsərrüfatlarını(domen təsərrüfatlarını)azaltmağa məcbur oldular.
Öz torpaq istifadəçilərindən aldıqları az miqdarda təsbit olunmuş renta onlara öyrəşdikləri həyat tərzini davam etdirmək üçün kifayət etmirdi.Keçmiş əyanların nəsilləri olan bu feodal qrupu “köhnə zadəganlar”adını aldı.Cəngavərlərin xeyli hissəsi bu feodal qrupunun tərkibinə daxil oldu.
Həmin cəngavərlər biyar sisteminin böhranı nəticəsində müflisləşmiş xırda və orta feodallar idilər.Bu cəngavər qrupu müşayiət dəstələrində (məiyyətlərdə)və iri feodal sahibkarların saraylarında xidmət hesabına yaşayırdılar.Onlar həmişə müharibələrə,qarətlərə hazır idilər.Lakin ölümə məhkum olan köhnə zadəganlar hələ kifayət qədər güclü idilər və öz mövqelərini təslim etmək istəmirdilər. Bu zadəgan qrupun nümayəndələri XIV əsrin sonlarından etibarən xüsusilədə XV əsrdə öz gəlirlərini dövlət vergilərinin bir hissəsi hesabına tamamlamağa çalışırdılar. Dövlət xəzinəsini çapıb talamaq məqsədilə hakimiyyət uğrunda və sarayda nüfuz qazanmaq uğrunda mübarizə XV əsrdə İngiltərədə ayrı-ayrı feodal qruplarının siyasətinin müəyyən edirdi.Köhnə əyanlar üçün digər gəlir mənbəyi Yüzillik müharibədə Fransada həyata keçirilən hərbi qarət və bilavasitə yol keçmək hesabına ələ keçirilən qənimət idi.
Bununla yanaşı ingilis feodalları içərisində ölkə iqtisadiyyatındakı yeni mütərəqqi hadisəlkərlə bağlı olan digər qrup artır və möhkəmlənirdi.Bu yeni zadəganlar qrupu idi.Yeni zadəganlar qrupu XV əsrdəı formalaşır.Həmin zadəgan qrupu qismən XIII-XV əsrlərin,yeni şəraitdə də fəal təsərrüfatçılıqla məşğul olan xırda və orta mülklü torpaq sahiblərindən-cəngavərlərdən ,qisməndə varlanaraq puluna torpaq alıb zadəgan adı qazanmış kəndli və şəhərlilərdən əmələ gəlmişdi.Yeni zadəganlar yeni şəraitə bacarıqla uyğunlaşırdılar,bu qrupun nümayəndələri köhnə zadəganların və müflisləşməkdə olan kəndlilərin torpaqlarını alaraq öz mülklərini böyüdür,həmin torpaqları daha yüksək renta muqabilində qısamüddətli icarəyə
verirdilər.Onlar hər cür yolla öz mülklərindən alınan gəliri artırmağa çalışır,bataqlıqları qurutdurur,meşə sahələrini təmizlətdirir,dəyirmanlar tikdirir,mahud karxanaları açdırır,pivəçəkən dəzgahlar düzəltdirirdilər.Yeni zadəganlar bazarla sıx surətdə və gündəlik bağlı idilər. Bu silkin ictimai çəkisi XV əsrin ikinci yarısında xüsusilə artır.
Dostları ilə paylaş: |