Şəhərlərin meydana gəlməsi və inkişafı.
Qərbi Avropanın başqa ölkələrində olduğu kimi,Almaniyada da kənd təsərrüfatının yüksəlişinin ən mühüm nəticəsi sənayenin kənd təsərrüfatından ayrılmasından və orta əsr şəhərlərinin inkişafından ibarət oldu.Şəhərlər hər yerdə daha tez Reynvə Dunay hövzələrində meydana gəldi,Reynhövzəsində(Köln,KoblensMayis,Vorlis,Şpeyer,Strasburq,Bonn).Dunay hövzəsində (Ulm,Regersburq,Donaunert və b.).K.Marks Almaniyada şəhərin yenidən ayrılması prosesini IX XII əsrlərə aid edir.XII əsrdə ölkədə əlliyə yaxın şəhər vardı.XIII əsr ərzində isə onların sayı artıq beş yüzə çatdı.
Lakin bunlarla yanaşı,artıq,XII XIII əsrlərdə şəhərlər yalnız ətraf yerlərin sənət ticarət mərkəzi rolu oynamaqla qalmayıb,həm də geniş xarici ticarət aparan şəhərlər də meydana gəlmişdilər.Məsələn,orta əsr Almaniyasınən ən böyük şəhəri olan Köln bunların sırasında idi.Köln inkişaf etmiş metal emalı və yun mallar istehsalı mərkəzi idi.Bu məhsullara Almaniyanın hüdudlarındsan çox çox uzaqlarda da ehtiyac vardı.Kölnün iqtisadi əhəmiyyəti bu şəhərin əlverişli coğrafi mövqeyi ilə bağlı idi.Köln orta əsr Avropasının ən mühüm su yolu olan Reynlə Brüggedən gəlib Vestfaliya və Braunşveyq vasitəsilə Hamburqa və Lübeqə gedən quru ticarət yolunun kəsişdiyi yerdə idi.Şəhər Şimali İtaliya,Flandriya və Baltik sahili boyundan alınan malları müxtəlif istiqamətlərə yola salan böyük ötürücü mərkəzi idi.Bu dövrdə Auqsburq,Nuiberq,Ulm,Lubek və başqa şəhərlər də mühüm sənət ticarət mərkəzləri idilər.
Bu dövrdə ən tərəqqi etmiş sənət sahələri metal emalı,toxuculuq məhsulları istehsalı,habelə tikinti işi idi.XII əsrdə Almaniyada daş binalar tikilməsinə başlanılır ki,bu sahədə də iri texniki yeniliklər tətbiq olunurdu.XII XIII əsrlərdə mədən işlərində böyük müvəffəqiyyət qazanılır.
Dəmir filizi (Şvarsvaldda Freyburq),qalay(Filiz dağlarında),mis (Mansfeld),qızıl(Sileziyada Qoldburq)gümüş(Saksoniyada) çıxarılan yeni mərkəzlər meydana gəlir.Metal çıxarılması prosesinin özü də mürəkkəbləşir və təkmilləşir.
Almaniya şəhərlərində sənətkar sexləri tez meydana gəldi və yüksək tərəqqi səviyyəsinə çatdı.Mayns toxucu sexi(1099),Voris balıq tacirləri sexi(1106 1107) və Bursburq başmaqçıları sexi(1128) ən qədim sexlər idilər.Bu zaman Almaniyada hətta qadın sexləri _ipək məmulatı toxucuları sexi,ipəyirənlər sexi,şlyapaçılar sexi də vardı.
XI XIII əsrlərdə ən inkişaf etmiş şəhərlər birinci növbədə Reyn şəhərləri senyor zülmünə qarşı mübarizə aparırdılar.Senyor zülmü yepiskop şəhərlərində daha ağır idi.Lakin şəhərlərin ancaq bəziləri məhəlli knyazların hakimiyyəti altından qurtula bildilər.Bunlar azad
imperiya şəhərləri adlanan şəhərlər(Köln.Vorms,Şpeyer,Rekensburq,Mayns və b.)idilər.Şəhərlərin böyük əksəriyyəti knyazların hökmranlığı altında qaldılar.Lakin bir çox sənət ticarət mərkəzləri,bir qayda olaraq,kifayət qədər geniş muxtariyyətdən istifadə edirdi.Belə şəhərlərin daxili işlərinə seçkili şəhət şurası nəzarət edirdi.Vergi qoymaq hüququ ancaq bu şuraya mexsus idi.Şəhərin müdafiəsinin təşkili,onun ərzaqla təmin olunması da həmin şuranın səlahiyyətinə daxil idi.
Şəhərlərdə hakimiyyət natrisiata,başləca olaraq varlı tacirlərə məxsus idi. Şəhərin iqtisadi heyatında böyük rol oynayan şexsler siyasi cehetden hüquqsuz idilər.XIII əsrdən sexlərin, şəhərin siyasi həyatında iştirak etmek uğrunda nübarizəsi başlanır.Bir sıra şəhərlərdə (Freyburq,Qoslar,Urm) sexlər şəhər şurasında iştirak etmək hüququ qazandılar.Lakin çox hallarda XIII əsrdə sex hərəkatları uğursuzluqla nəticələndi.
Dostları ilə paylaş: |