Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Kənd təsərrüfatının və kəndlilərin vəziyyəti



Yüklə 3,06 Mb.
səhifə153/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   149   150   151   152   153   154   155   156   ...   263
Orta srlr tarixi S D Skazkin

Kənd təsərrüfatının və kəndlilərin vəziyyəti

XII-XIII əsrlərdə kəndlilərin vəziyyəti müəyyən qədər yaxşılaşdıqdan sonra XVƏ əsrin ikinci yarısından etibarən Almaniyada feodalların təhkimçiliyi möhkəmləndirməyə və genişləndirməyə ,mükəlləfiyyətləri artırmağa can atdıqları nəzərə çarpır.Kəndlilərin istismarının gücləndirilməsindən ibarət olan bu proses ölkənin ayrı-ayrı hissələrində müxtəlif cür getdi və bir=birindən fərqli nəticələr doğurdu.Şimal-şərqi Avropadan xaricə ,başlıca olaraq Flandriyaya və Şimali Niderlanda taxıl ixrac olunmağa başlanması ilə əlaqədar olaraq Almaniyanın şərq torpaqlarında,artıq XV əsrdə zadəganların təsərrüfat fəallığı nəzərə çarpır.Polşa çəhəri Qdanskala yanaşı Hanza ittifaqına daxil olan alman şəhərləri Lübek,Rostok,Vismar,Ştralzund taxıl ixracı mərkəzlərinə çevrildilər.Şimali şərqi Almaniyanın özündə taxılın qiyməti artdı ki,bu da zadəganlarda kəndlilərin torpaq payları hesabına öz təsərrüfatlarını genişləndirmək meyli doğururdu.


Lakin XV əsrdə kəndliləri öz torpaqlarından qovmaq və onları biyara keçirmək cəhdi geniş miqyasda həyata keçirilə bilməzdi.Bu başlıca olaraq ona görə mümkün deyuildi ki,azad və torpaqla kifayət qədər təmin olunmuş köçüb gəlmə almanlar-keçmiş məskunlar buna müqavimət göstərirdilər.Həmin dövrdə işğal olunmuş vilayətlərdə alman feodalları zülmünün əsas ağırlığı bu yerlərdə hələ də qalmaqda olan slavyan və litva kəndlilərinin üzərinə düşürdü.


Şimal-qərbi Almaniya rayonlarında yerli bazarın inkişafı ,yəni yaxınlıqda olan və sürətlə inkişaf edən şəhərlərin əkinçilik məhsullarına təlabatı birincio dərəcəli rol oynayırdı. Saksoniya şəhərində yun parça istehsalının inkişafı yuna təlabatı artırır,qoyunçuluğun inkişafına təkan verir və habelə feodallarda öz təsərrüfatlarını genişləndirməyə meyl oyadırdı.Lakin burada,artıq XV əsrə yaxın öz torpaq paylarından irsi olaraq i9stifadə etmək hüququna malik olan və yerli bazarın şəraitinə yaxşı uyğunlaşmış qüvvətli varlı kəndli təbəqəsi yaranmışdı.Kəndlilər knyazlarla rıtsarlar arasıındakı ziddiyyətlərdən istifadə rdərək feodalların zorakılığına uğurla müqavimət göstərirdilər.Buna görə də feodallar hələ XIII əsrdə meydana gəlmiş meyli davam etdirərək tez-tez öz xüsusi əkin yerlərini ləğv etməyə və torpağı varlı kəndlilərə icarəyə verməyə məcbur olurdular.


Cənubi və Cənub-Qərbi Almaniyada ixracat üçün taxıl istehsal edən iri ağa təsərrüfatının inkişafı üüçün şərait yaranmadı.Bu da kəndli təsərrüfatlarına təzyiq göstərilməsinin xüsusi səciyyəyə malik olmasına gətirib çıxarırdı.Burada feodal istismarının gücləndirilməsi kətan və başqa texniki bitkilər becərilməsində biyarı artırmaq,icma yerlərini tutmaq hesabına mülkədar qoyunçuluq təsərrüfatlarını genişləndirmək,hər cür vergiləri


artırmaq ,kəndlilərin şəxsi asılılığını gücləndirmək,iri istifadə torpaqlarını təcili və qısamüddətli icarə torpaqlarına çevirmək yolu ilə gedirdi.



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin