XV əsrdə sənaye inkişafında yeni təzahürlər.
Almaniyanın dünya ticarəti yolları üzərində əlverişli mövqedə olmasının sənətin inkişafı üçün böyük əhəmiyyəti vardı.XV əsr üçün Almaniyada başqa Avropa ölkələrində olduğu kimi yun parça istehsalı ayrı-ayrı bazarlar üçün işləyən əsas istehsal sahəsinə çevrildi.Şimali Almaniya torpaqlarında qoyunçuluğun inkişafı və yerli boyaq məmulatının olması toxuculuğun inkişafına əlverişli şərait yaradırdı.Pambıq və kətan parçalar istehsalında da nmühüm
müvəffəqiyyətlər qazanıldı.Bu mallar İtaliya,İspaniya və başqa ölkələrə aparılırdı.Metal emalı da təkmilləşdi:o zaman Almaniyada ən böyük şəhər olan Nürnberq bu sahədə ixtisaslaşmışdı.
Müxtəlif ölkələrdən gətirilmə xammalı əldə etmək zərurəti və istehsal olunan məhsulun ayrı-ayrı bazarlarda satılması şəraiti artıq XV əsrin sonlarında bir sıra hallarda dağınıq halda olan və varlı olmayan sənətkarların xammal almaq və hazır məhsul satmaq üçün yaranmış mürəkkəbləşmiş şəraitlə yaxşı tanış olan tacir-sahibkardan asılı hala düşməsi ilə nəticələnirdi.Bəzi növ malları istehsal etmək üçün daha mürəkkəb avadanlıq tələb olunurdu.Bu cür avadanlığı almaq üçün də ayrıca sənətkarın qüvvəsi çatmırdı.Buna görə də kapitalı olan tacir tez –tez bütün istehsal prosesinin tışkilatçısı rıhbəri olurdu.Bu zaman o,istehsal prosesini,çox vaxt bir sıra ayrıca mərhələlərə bölürdü;həmin mərhələlərin hər biri xüsusi sənətkarların-mütəxəssislərin istehsal vəzifələrinə uyğun gəlirdi;tacir – sahibkar bütün bu mərhələlərin hamısını ümumi bir sistem halında birləşdirirdi.Bəzən varlanmış sənətkar ustalar içərisindən çıxmış belə tacir sahibkar evlərində işləməkdə davam edən istehsalçıları faktiki olaraq özündən asılı muzdlu fəhlələrə çevirirdi.Erkən kapitalist istehsalının dağınıq manufaktura formasında olan ünsürləri belə yaranırd.
İstehsalın bu cür təşkili forması başqalarından daha tez toxuculuq sənayesinin bəzi sahələrində,başlıca olaraq sexlərin və sex məhdudiyyətlərinin olmadığı kənd rayonlarında meydana gəldi.Kapitalist münasibətlərinin ünsürləri yeni istehsal sahəsində-kitab çapı sahəsində və xüsusilə səmərəli şəkildə inkişafa başladı.
Avropada Almaniyanın birinci yer tutduğu mədən işlərində də ,lap əvvəldən kapitalist münasibətləri ünsürlərini doğulması üçün əlverişli sərait yaranmışdı.
Əvvəllər icma mülkiyyəti olan yeraltı sərvətlər tədriclə knyazların və imperatorların inhisarına keçir,onlar isə tək-tək adamlara və ya mədənçilər qrupuna icarəyə verirdilər.İstehsalın xarakteri ilə əlaqədar olaraq şaxtalarda azad əməkdən istifadə olunurdu.Buna görə də qaçqın kəndlilər mədənlər də işləyirdilərsə feodallar onları qaytarıb apara bilməzdilər.Mədənçilər ,əvvəllər,əmək birliklərində birləşirdilər.Bu birliklərin üzvləri özləri şaxtalarda işləyir,filiz çıxarır və əridirdilər.XIV-XV əsrlər ərzində isə bu birliklər ilkin dövrlərdəki zəhmətkeş xarakterlərini itirdilər.Filiz çıxarılmasının xüsusilə nəcib metallar çıxarılmasının artması şaxtaların getdikcə daha çox dərinləşdirilməsini sukecən və havatəmizləyən qurğular quraşdırılmasını tələb edirdi.Bunun üçün çoxlu pul sərf etmək lazım idi.Buna görə də XV əsrin son onilliklərində yalnız lazımı miqdarda oul vəsaiti olan adamlar filiz emalı birliklərini üzvləri ola bilərdilər.Mədən payçılarlarının çoxlu gəlir əldə etməsi bir çox varlı şəhərlilərin diqqətini cəlb edirdi.Bununla yanşı daim pula ehtiyacı olan knyazlar və imperatorlar iri ticarət-sələmçi firmalarından borc alır və öz ərazilərinin mədən sərvıtlıərini girov olaraq onların istifadəsinə verirdilər.XV əsrdə belə firmalardan ən böyüyünün sahibi olan Függerlər və Cənubi Almaniyanın başqa firmaları onlara məxsus mədənləri sahibkarlara icarəyə verir,çox vaxt özləri də mədənlərin istismarında onların yeni avadanlıqla təchiz olunmasında və muzdlu əməkdən istifadə etməklə istehsalın təşkilində iştirak edirdilər
XVəsrdə Almaniya mədənlərində xeyli miqdarda muzdlu fəhlə işləyirdi onlar artıq kapitalistcəsinə istismar olunurdular.XV əsrin ikinci yarısında əmək haqqının artırılması və iş şəraitinin yaxınlaşdırılmasını tələb edən mədən fəhlələrinin həyəcanları nadir hadisə deyildi.Lakin bu hərəkatlar sahibkarlardan daha çox inhisar rəhbərliyinə qarşı yönəlirdi.Çünki bir çox rayonlarda mədənləri əslində inhisarların rəhbərliyi idarə edirdi.
Alman şəhərlərinin ümumi iqtisadi yüksəlişi və bəzi sənət sahələrində yeni istehsal formalarının doğulması ciddi maneələrə rast gəlirdi.Bunlardan biri ölkənin qeyri bərabər iqtisadi inkişafı idi.Almaniyada bir sıra şəhərlər və vilayətlərin iqtisadi yüksəlişi başqalarının geridə qalması ilə uzlaşırdı.Ayrı-ayrı vilayətlər arasında iqtisadi əlaqələrin zəifliyi də az əhəmiyyətə malik deyildi.Bu vahid daxili bazar yaranmasına əngəl törədirdi.Bundan başqa siyasi pərakəndəlik də ciddi maneə idi.Bu cür şərait6də hətta kapitalist istehsalının rüşeym halında olan ilk ünsürləri də feodalizm quruluşunda keçilməz maneələrə rast gəlirdi.Bu quruluş-yəni,feodalizm quruluşu isə həm kənddə,həm də şəhərdə hakim quruluş olaraq qalırdı.Ölkədə iqtisadi inkişafı ləngidən və sosial ziddiyyətləri kəskinləşdirən amillər içərisində kəndlilərə edilən təzyiqin artması,xüsusilə kənddə senyor irticasının güclənməsi,axırıncı yeri tutan amil deyildi.
Dostları ilə paylaş: |