Məhəlli knyazların müstəqilliyinin möhkəmlənməsi
Hohenştaufenlərin böyük dövlətçilik siyasətinin obyektiv nəticəsi Almaniyada mərkəzi hakimiyyətin daha da zəifləməsi və nəhəlli knyazların müstəqilliyinin artmasından ibarət oldu.Vaxtlarını İtaliya məsələləərinə və bununla əlaqədar şöhrətpərəstlik niyyətlərinin həyata keçirilməsinə sərf eden Almaniya imperatorları əl-qol açmaq və knyazlar tərəfindən müdafiə olunmaqlarını təmin etmək üçün onlara bir-birinin dalınca güzəştlər etməyə məcbur idilər.Bu baxımdan II Fridrixin siyasəti səciyyəvidir.Onun üçün Almaniya həmişə yad ölkə olaraq qaldı.II Fridrix Almaniyay yalnız üç dəfə baş cəkmiş,orada bütövlükdə 9ildən az yaşamışdı.Almaniyada mərkəzi hakimiyyətin zəif olduğu belə bir faktdan görünür ki,hətta,ən qüdrətli imperatorlar belə,nə qədər çaəışsalar da ,kral hakimiyyətinin irsiliyini qəbul etdirə bimədilər.Kral ləqəbi cox vaxt,atadan oğula keçirdi.Lakin bunun üçün feodal əyanların razılığı lazım idi.XII əsrdə artıq,kralıiri dünyəvi və dini feodalların seçməsi bir qayda halını aldı
Bu dövrdə Almaniyanın inkişafının səciyyəvi xüsusiyyıti onun siyasi təşkilatında məhəllilik prinsipinin tayfa prinipindən üstün olması idi.Ölkədə feodallaşma prosesinin qəti olaraq başa catması bununla nəticələndi ki,keçmiş tayfa hersoqluqlarının yerində yüzə qədər knyazlıq əmələ gəldi.Bunlardan 80-dan çoxu rühani knyazlıqlar idi.Məhəlli knyazlar feodal nərdivanında da tayfa hersoqluqlarının yerini tutdular.Onlar imperiya knyazları təbəqəsini yaratdılar.Bu knyazlar bilavasitə taxt-taca məxsus torpaqların (lenlərin)sahibi idilər.Yeri gəlmişkən,imperiya knyazları əcnəbi hökmdarlardan da torpaq(len)ala bilərdilər.Onların bir çoxu artıq XII əsrdə bir neçə hökmdardan vassal asılılığına düşdü.Bu da təbiidir ki,imperiyanı zəiflədirdi.Amma buna baxmayaraq onlar qısqanclıqla izləyirdilər ki,öz vassalların ilə imperator arasında birbaşa vassallıq əlaqəsi yaranmasın.Bununla da mərkəzi hakimiyyət hakim sinfin onun,yəni mərkəzi hakimiyyətin təbii müttəfiqi olan və mərkəzi hakimiyyətin güclənməsində,obyektiv olaraq,marağı olan təbəqələrindən-xırda və orta feodallardan təcrid olunurdu.
XII əsrin sonlarında Almaniyada mərkəzi hakimiyyət faktiki olaraq özünün başqa bir dayağını-kral ministeriallığını da itiri. Kral ministerialları çox vaxtiri feodallara çevrilior,taxt-tacla bilavasitə əlaqələrini itirir,vassal-mülk münasibətlərinin mürəkkəb sisteminə daxil olurdularİmperiyanın ən qüdrıtli ministeriyalarından biri olan Verner fon Bollend buna misal ola bilər.O, 43 müxtəlif senyorun vassalı idi.Onlardan bütövlükdə 500dən çox mülk o cümlədən qraflıq almışdı.Öz növbəsində də onun özündən 100dən çox adam mülk almışdı.Eyni zamanda kilsə və dünyəvi ağaların ministeriyaları da qüvvətlənir.Onlar da həmcinin hakim sinfin sıralarına daxil olur.Bununla da həmin sinfin tərkibinin müəyyənləşməsi prosesini qəti olaraq sona çatdırırlar.XIII əsrdən imperatorlar tədricən şəhərlərin də köməyini itirilər.Şəhərlər imperator siyasıtinin onların mənafeyinə zid olduğunu getdikcə daha çox müəyyən edirdilər.
Möhkəm ictimai8 dayağa malik olmayan imperatorlar gah bu gah da başqa knyaza meyl etmçək məcburiyyətində qalır.Bununla da onların daha da güclənməsinə kömək etmiş olurdular.Bu baxımdan I Fridrix Barbarossanın siyasəti səciyyəvidir. O,İtaliya yürüşlərindı Aslan Henrixin ozünə kömək etməsini təmin etmək üçün ona,Saksoniya hersoqluğuna əlavə olaraq ,Bavariyanı və başqa əraziləri habelə işğal edilmiş slavyan torpaqlarında nəzarətsiz ağalıq hüququ verdi.Lakin Aslan Henrixin qüdrətinin artması və azğınlığı başqa alman knyazlarının narazılığına səbəb oldu. Bu knyazların çoxları onun təcavüzünün qurbanı oldu.Alçaldıcı yalvarışlarına baxmayaraq Lenyano yaxınlığındakı vuruşmada ona kömək göstərmədiyi üçün Fridrixin özü də Aslan Henrixə qarşı həmin knyazlara qoşuldu. İmperatorla knyazların birgə hərəkatı nəticəsində Aslan Henrix imperiya məhkəməsi qarşısında dayanmalı oldu.Məhkəmə onun mülklərini müsadirə etdi,özünü isə imperiyadan qovdu.Lakin ən qüdrətli knyazın darmadağın edilməsi,heç də Almaniyada imperatorun mövqelərinin möhkəmlənməsilə nəticələnmədi.Aslan Henrixdən müsadirə olunmuş torpaqlar başqa knyazlara paylanıldı.Bu da son nəyticədə knyazların qüdrətinin artmasına və məhəllilik sisteminin bütövlükdə möhkəmlənməsinə gətirib çıxardı.
Almaniyada məhəlli knyazlıqlar sisteminin qəti olaraq formalaşması prosesində mühüm mərhələ II Fridrixin hakimiyyəti illəri oldu.Əgər I Fridrix ayrı-ayrı knyazlara imtiyazlar paylayırdısa,II Fridrix bütün imperiya knyazlarına xüsusi bir silk kimi həlledici güzəştlər verdi.Əvvəllər onlara verilmiş bütün hüquqlar indi qanunvericiliklə t\sbit olundu və daha da inkişaf etdi.Knyazlar ali məhkəmə hüququ,sikkə(pul) kəsmək,vergi və gömrük toplamaq,şəhərlər salmaq və onlara bazar hüquqları vermək ixtiyarı əldə etdilər.İttifaqlar yaratmaq və feodal senyorlara qarşı çıxış etmək şəhərlərə şiddətli cəzalarla qadağan olunurdu.Almaniya faktiki olaraq külli miqdarda xırda məhəlli mülklərə parçalanırdı.Bu məhəlli mülklər imperatorun ali hakimiyyətini ancaq çox məhdud dərəcədə qəbul edirdilər.Hohenştaufenlərin iflasından sonra gələn hakimiyyətsizlik dövrü(1254-1273)ölkənin siyasi pərakəndəliyini daha artıq möhkəmləndirdi.Öz sələflərinin böyük dövlətçilik siyasətindən imtina edən imperatorların özləri də getdikcə məhəlli knyazlara çevrilirdilər.O nlar öz qüvvələrini başlıca olaraq nəsil torpaqlarını genişləndirməyə yönəldirdilər.Bu siyasətin başlanğıcını Habsburqların ikinci dərəcəli bir nəslinin nümayındısi Elzasda və İsveçrədə nisbətən kiçik mülkləri olan I Rüdof (1273-1291) qoydu.O,Avstriyanı Ştiriya,Karintiya və Krayna ilə birlikdə çex kralı II Pşemıslın əlindən aldı.Və beləliklə Habsburqların qüdrətinin bünövrəsini qoydu.Məs buna görədə Rüdofun ölümündən sonra knyazlar onun oğlunu imperator seçmədilər.Çünki Habsburqlar onlardan ötrü həddən çox təhlükəli olmuşdular.Bu
vaxtdan etibarən Almaniya taxtında bir sülalə digərini əvəz etməyə başlayır.Nassaular,Luksenburqlar,Vittelsbaxlar və Habsburqlar sülaləsindən olan imperatorlar aramsız olaraq bir-birini əvəz edir.Bu imperator hakimiyyətinin qüvvətlənməsinə yol verməyə
çalışan knyazların məqsədyönlü siyasətinin nəticəsi idi.Məhəlli knyazların hökmranlığı Almaniyanın siyasi həyatının səciyyəvi xüsusiyyətinə çevrilir.
Dostları ilə paylaş: |