Böyük azadlıqlar xartiyası.
Böyük azadlıqlar xartiyası (Magna Carta Libertatum maddələrinin çoxu baronlar və kilsə feodallarının mənafeyini əks etdirirdi. Kral kilsə seçkilərinin azadlığına toxunmamağı öhdəsinə alırdı; özünün bilavasitə vassallarından qayda ilə müəyyən olunandan artıq vergi almayacağını vıd edirdi. O, “krallığın ümumi şurasının” razılığı olmadan özünün bilavasitə torpaq istifadəçilərindən feodal yardımı və “qalxan pulu” toplamayacağını öhdəsinə götürdü.
Bu şuranın tərkibinə kralın bilavasitə torpaq istifadəçiləri, yəni əsasən elə həmin baronlar daxil edilməli idilər. Bütün başqa silklərin nümayəndələrindən fərqli olaraq, baronları ancaq onlarla bərabər dərəcədən olan adamlar – perlər mühakimə edə bilərdilər. Kral baronları həbs etməməyi. Perlərin qanuni hökmü olmadan baronları qanundanxaric elan etməməyi öhdəsinə götürdü. Kralın, II Henrixin islahatlarından sonra bərqərar olmuş, senyor məhkəmələrini səlahiyətinə müdaxilə etmək hüququ ləğv olundu. Nəhayət, xartiyanın yerinə yetirilməsinə nəzarət etmək üçün 25 barondan ibarət komitə seçildi. Bu komitə, kral xartiyanı pozacağı təqdirdə, ona qarşı müharibəyə başlaya bilərdi. Xartiya cəngavərlərə və azad kəndlilərin yuxarı təbəqəsinə xeyli az hüquq verdi. Cəngavər feodallarının istifadəçilərindən nəzərdə tutulduğundan çox xidmət və feodal vergiləri tələb etmək baronlara və krala qadağan olunurdu. Bütün azad adamlara kral məmularının sui-istifadəsindən və hədsiz cərimələrdən himayə vəd olunurdu. Böyük xartiya onlar üçün II Henrixin qoyduğu məhkəmə qaydalarını saxlayırdı. Şəhərlər cəngavərlərə nisbətən, daha az hüquq qazandılar. Xartiya London və başqa şəhərlərin, artıq mövcud olan azadlıqlarını ancaq təstiq etdi. Lakin kral taxtının onlardan, şəhərlilərin xüsusilə nifrət bəslədikləri vergini – talyanı (tallagium) toplamaq hüququnu məhdudlaşdırmadı. Vahid ölçü və çəki sistemi müəyyən edildi.
Xartiya əcnəbi tacirlərin sərbəst surətdə İngiltərəyə gəlməsi və burada qalmasına icazə verdi. Bu tədbir, xarici ticarətin inkişafına kömək etsə də, şəhərlər üçün sərfəli deyildi. Çünki onların inhisarını pozurdu. Böyük xartiya ingilis xalqının əsas kütləsinə – villanlara heç bir hüquq vermədi. Xartiya onların feodal dövlətində tam hüquqsua olduqlarını, yalnız bir daha qeyd etdi.
Xartiyanın bəzi qaydaları, feodal irticasının birbaşa təzahürü idi; bununla belə, Böyük xartiyanın öz dövrü üçün müəyyən dərəcədə mütərrəqi əhəmiyyəti də var idi. O yalnız baronlara münasibətdə deyil, habelə həmin dövrdə ölkənin iqtisadi inkişafında mütərəqqi meylləri təmsil edən sosial təbəqələrə – cəngavərlərə və şəhərlilərə qarşı da kral özbaşnalığını məhdudlaşdırır və bu təbəqələri iri feodalların təzyiqindən qoruyurdu.
Böyül xartiya işdə həyata keçirilmədi. Papaya arxalanan İoann baronları qiyamçı elan etdi və Böyük xartiyanı yerinə yetirmədi. Müharibə başlandı. Həmin müharibənin qızğın çağında İoann öldü və baronlar onun azyaşlı oğlu III Henrixi (1216-1272) kral kimi tanıdılar.
Dostları ilə paylaş: |