Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Normandiyalıların ingilislərlə qaynayıb qarışması



Yüklə 3,06 Mb.
səhifə127/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   123   124   125   126   127   128   129   130   ...   263
Orta srlr tarixi S D Skazkin

Normandiyalıların ingilislərlə qaynayıb qarışması.

Normandiyalılar və fransa mənşəli başqa gəlmələrİngiltərənin yerli əhalisi ilə birdən-birə qaynayıb-qarışmadılar. XII əsr boyu krallar rəsmi sənədlərdə tez-tez öz təbəqələrinə “fransızlar və ingilislər” kimi müraciət edirdilər. Lakin XII əsrin sonlarına doğru yerli əhali kütləsi ilə Normandiya istilaçıları arasında etnik və dil fərqləri, faktiki olaraq, silinib yox oldu. Fransız ünsürü təşəkkül etmiş ingilis xalqının etnik tərkibinə daxil oldu. Əhalinin əsas kütləsinin – kəndlilər, şəhərlilər və feodalların böyük çoxluğunun, xüsusilə cəngavərlərin danışıq dili ingilis dili idi. Ancaq feodal əyanlar, kral idarəçiliyinin nümayəndələri, hüquqşunaslar təkcə ingilis dilindən deyil, fransız dilindən də istifadə edirdilər. Fransız dili latın dili ilə yanaşı dövlət müəssisələrində rəsmi dil kimi işlədilirdi.




2.İNGİLTƏRƏ XIII ƏSRDƏ


İqtisadi inkişaf. XIII əsrdə İngiltərədə əkinçilik təkmilləşir, hər yerdə üçtarlalı əkin sistemi yayılır. Meşələrin qırılması və bataqlıqların qurudulması nəticəsində becərilən torpaqlar və otlaqlar genişləni; taxıl bitkiləri və başqa bitkilərin məhsuldarlığı artdı. Qoyunçuluğun daha da inkişafı xüsusilə Flandriyada, habelə İtaliyada ingilis yununa təlabatın artması ilə əlaqədar idi.

Şəhərin kənddən ayrılması prosesi davam edir. XIII əsrin sonu üçün İngiltərədə, artıq, şəhər məskənlərinin sayı 280-ə yaxın idi. Buna müvafiq olaraq şəhər əhalisi də artdı. XIII əsrin ortaları üçün ölkədə əhalinin ümumi artımı, xüsusilə şəhər əhalisinin artması kənd təsərrüfatı məhsullarına daim təlabat yaradırdı. Buna görə də kənd təsərrüfatı məhsulları, xüsusilə taxıl nisbətən yuxarı qiymətə satılırdı. Bu isə istər mülkədar, istərsədə kəndli təsərrüfatlarını bazarla əlaqəyə həvəsləndirirdi. Artıq, XII əsrin sonu – XIII əsrin əvvəlində, kifayət qədər möhkəm daxili iqtisadi əlaqələr inkişaf edir. İngiltərənin paytaxtı London çox mühüm Ümumingiltərə ticarət mərkəzi kimi irəliyə çıxır.


Orta əsrlərdə İngiltərə iqtisadi inkişafının ən mühüm xüsusiyyətlərindən biri daxili əlaqələrin inkişafında kəndin böyük rol oynamsı idi. Kənd təsərrüfatı rayonlarının erkən ixtisaslaşması – bəzilərinin taxıl istehsalı sahəsində (Cənubi, Mərkəzi və Şərqi İngiltərə), digərlərinin isə ət-süd məhsulları və yun istehsalı (Qərbi, Şimal-Qərbi və Şimal-Şərqi İngiltərə) sahəsində ixtisaslaşması ölkə daxilində ticarətin sürətli inkişafına kömək etdi. Daxili iqtisadi əlaqələrin genişlənməsinə xarici ticarətin inkişafı da təkan verirdi. Çünki XIV əsrin lap sonlarına qədər xarici ticarətin əsasını kənd təsərrüfatı məhsulları – yun, taxıl, dəri ixracı təşkil edirdi.


XIII əsrdə ingilis cəmiyyətinin əsas təsərrüfat və ictimai özəyi feodal mülkü – manor olaraq qalırdı. Manor qrululuşlu yerli variantların rəngbərəngliyi, mürəkkəbliyi və özünəməxsus xüsusiyyətə malik olması ilə fərqlənirdi. XII əsrin sonundan manorun natural-təsərrüfat baxımından təcrid olması aradan qalxır, o fəal surətdə bazar əlaqələrinə cəlb olunur. Çoxlu villanı olan ən iri mülklərdə, xüsusilə kilsə mülklərində biyar – təhkimçilik sistemi bazar əlaqələrinin təsiri ilə nəinki zəifləmədi, hətta daha da möhkəmləndi.


Bazara daha çox kənd təsərrüfatı məhsulları çıxarmağa çalışan bu cür manor sahibləri icma torpaqları və xam yerlərin təmizlənməsi hesabına öz (domen) təsərrüfatlarını sürətlə genişləndirir, öz təsərrüfatlarını (domeni) becərmək üçün işçi qüvvəsinə malik olmaqdan ötrü biyarı artırmağa cəhd göstərirdilər. İri feodalların villanların şəxsən azad olmasına mane olmaq və hətta öz şəxsi azadlığını hələ də saxlamış kəndliləri və yarımazad kəndliləri təhkimliləşdirmək meyli bununla əlaqədar idi.

Əmtəə-pul münasibətləri, eyni zamanda, artıq XIII əsrdə ingilis kəndində biyar – təhkimçilik münasibətlərini tədriclə sarsıdan yeni hadisələr doğurdu. Az villanı olan və təkcə feodalın öz (domen) təsərrüfatı vasitəsilə bazarla əlaqə saxlayan nisbətən xırda manorlarda əmtəə-pul münasibətləri rentanın kammutasiyasına, yeni feodal rentasının natural formalarının tədriclə pul rentası ilə əvəz olunmasına gətirib çıxardı. XIII əsrin sonları üçün ölkədə pul rentası, artıq, üstünlük təşkil edirdi. Bu kəndliləri feodalların gündəlik nəzarətindən xeyli dərəcədə xilas edirdi. Lakin fransız feodallarından fərqli olaraq ingilis feodalları, bir qayda olaraq, öz təsərrüfatlarını (domenlərini) idarə etməkdən hələ əl çəkməmişdilər. Villanların biyarını pul rentası ilə əvəz edən feodallar villan əməyi ilə yanaşı və ya onun əvəzində bu zaman İngiltərədə çoxluq təşkil edən aztorpaqlı təhkimlilərin və azad kəndlilərin (kotterlərin) muzdlu əməyindən istifadə etməyə başladılar. Lakin bütün bu yüzillik boyu İngiltərədə biyar – təhkimçilik mülkü, hər halda, kənd təsərrüfatı istehsalında, daxili və xarici bazarın məhsulla təmin olunmasında həlledici rol oynayırdı.


Beləliklə, XIII əsr ingilis kəndində bir-birinə əks olan iki meyl – mühafizəkar və tərəqqi meylləri nəzərə çarpırdı.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin