XV əsrin ikinci yarısında kənd .
Müharibə Fransa iqtisadiyyatına ağır ziyan vurdu. Şimal-şərq əyalətləri xüsusilə zərər çəkdi-lər. Bu əyalətlər müharibənin başlanmasından əvvəl - XIV əsrin 30-cu illərində olduqları sə-viyyəyə , bir də , 20 – 30 ildən sonra çatdılar. Şimalda həyati əhəmiyyəti olan bir çox rayonlar
dərəcədə xaraba qalmışdı ki, hökümət təcili tədbirlər görməyə məcbur oldu. 1451-ci ildə kral
əvvəlki yerlərinə qayıdacaq kəndliləri səkkiz il müddətinə vergidən azad etdi. Torpaqları atılıb qalmış olan və demək olar , gəlir verməyən , kəndliləri senyorları öz yanına çağırır , on-lara aşağı və dəyişməz senzlə və ya məhsulun 1/6 – 1/12 hissəsi qədər renta müqabilində irsi istifadə üçün torpaqlar verirdilər ; özü də torpaq istifadəçilərinə , həmin torpaqlardan sərbəst istifadə etmək hüququ verilirdi. Bu cür güzəştli şərtlərlə torpaq əldə etmək imkanı mərkəzi rayonlardan və şərq rayonlarından servlərin bura köçməsinə səbəb oldu. Çünki bu rayonların ayrı- ayrı yerlərində hələ təhkimçilik hüququ qalmaqda idi. Həmin kəndlilərin senyorları onla-rın çıxıb getməsinin qarşısını almaq və yeni kəndlilərin köçüb gəlməsini təmin etmək üçün kəndlilərin təhkimçilik asılılığından ödənclə azad olmalarına razılaşırdılar. Lakin həyat az-çox qaydasına düşən kimi feodallar və kral hakimiyyəti kəndlilər üzərinə hücuma keçdilər. Sen-yorların boş qalmış torpaqlara mülkiyyət hüququ təsdiq olundu. Onlar bir çox icma torpaqları-nı mənimsəmək , yox olub getmiş banaliteti bərqərar etmək , senz və başqa vergiləri artırmaq üçün bu fürsətdən istifadə etdilər. Kəndlilər senyorlara qarşı inadlı mübarizə aparırdılar. Kəndlilər XIII – XIV əsrlərdə şəxsi asılılıqdan azad olunduqdan sonra kənd icmaları öz
səlahiyyətlərini genişləndirmiş və rəsmi olaraq tanınmışdılar. Onlar müharibə zamanı , kəndlər tez- tez talenin ixtiyarına buraxılıb qaldıqda və kəndlilər silahlı özünümüdafiəyə məcbur ol-duqda möhkəmləndilər. XV əsrdə kənd kommunaları bir çox hüquqlar qazandılar. Onların öz seçkili vəzifəli adamları vardı.
Həmin vəzifəli şəxslər vergilərin bölüşdürülməsi və toplanıl-masına nəzarət edir , senyorlarla çəkişmələr zamanı kral məhkəmələrində kommunanı təmsil edir , kəndin bütün daxili işlərini idarə edirdilər. Kəndlilərin kənd icması daxilində mütəşək-kiliyi onlara senyorların feodal zülmünü artırmaq cəhdlərinə qarşı durmaqda kömək edirdi. Bu da , ümumiyyətlə , senyorların müvəffəqiyyətsizliyə uğramasına səbəb olurdu : senz dəyiş-məz qalır , digər vergilər isə yalnız cüzi miqdarda artırılırdı.
Lakin XV əsrin 40-cı illərində mərkəzi hakimiyyətin möhkəmlənməyə başlanması kəndli-lərə yeni zülm gətirdi. Kral XI Lüdoviqin (1461- 1483 ) 22 illik hakimiyyəti ərzində , başlıca olaraq kəndliləri ödədikləri , yalnız təkcə kral talyası üç dəfədən çox artırılmışdı. Vergilər kəndin az əmlaklı təbəqələrini var-yoxdan çıxarırdı və kəndlilər üzərində, bütövlükdə, ağır bir yük idi . Kəndlilərin əməksevərliyi XV əsrin sonunda Fransaya buğda, çaxır, ət və başqa məhsullar istehsalında məlum bolluğu qaytardı. Beləki , bol məhsullu illərdə İngiltərəyə, Niderlanda , İspaniyaya taxıl aparılır və yüksək keyfiyyətli çaxırların ixracı durmadan artırdı. Bütün bunlar məhz kəndli təsərrüfatı məhsuldarlığının artdığını göstərdi .
Dostları ilə paylaş: |