Jaklar üsyanı
1358 – ci il may ayının axırlarında Fransa tarixində ən böyük kəndli üsyanı , Avropa rarixində isə ən böyük kəndli üsyanlarından biri Jakeriya başlandı . Bu üsyan Şimali Fransanın ictimai-iqtisadi inkişafının bütün gedişində hazırlanmışdı . Şəhərlərin inkişafı və pul rentasının hökmranlığı kəndlilərin istismarının şiddətlənməsinə gətirib çıxarmışdı . Dövlət vergiləri artmışdı . 1348-ci il-də Fransaya minlərlə əhalini tələf edən taun xəstəliyi ( “qara ölüm” ) üz verdi .Əhalinin azalması əmək haqqını artmasına , bu da öz növbəsində , əmək haqqının artmasına qarşı , qanunlar verilməsinə səbəb oldu . Bu qanunlar kənd və şəhər əhalisinin ən yoxsul təbəqələrinə xüsusilə təsir göstərdi . Bütün bu şərait elə öz-özlüyündə xalq üçün kifayət qədər ağır idi .Müharibə onu daha da ağırlaşdırdı .
Paytaxtın mühasirəsinə hazırlaşan dofin ətraf yerlərin kəndlilərin qəsrlərini möh-kəmləndirməyə və onları ərzaqla təyin etməyə məcbur etdi . Bu , xalqın səbr kasasını daşıran sonuncu damcı oldu . Mayın 28-də Bovezi vilayətində ( Parisdən şimalda) kəndlilər zadəgan dəstəsi ilə toqquşma zamanı bir neçə cəngavər öldürdülər ki , bu da üsyana işarə oldu . Üsyan qeyri-sürətlə Şimali Fransanın bir çox vilayətlərin- Bovezini , Pikardiyanı , İl-de-Fransı ,Şampanı əhatə etdi . Başlıca olaraq kəndlilər üsyana qalxmışdılar ; kənd sənətkarları , xırda tacirlər , kənd keşişləri də onlara qoşul-muşdular . Üsyançılar “ Jak” lar ( o zaman kəndli üçün adi hesab olunan “södəlövh Jak” ləqəbindən ) adlandırırdılar . Sonralar meydana gəlmiş Jakeriya adı buradan əmələ gəlmişdir . Miasirləri isə bu üsyanı “zadəgan olmayanların zadəganlara qarşı müharibəsi” adlandırırdılar ki , bu ad da hərəkatın mahiyyətini yaxşı açır .
Üsyan lap əvvəldən sərt xarakter aldı: jaklar zadəgan qəsrlərini dağıdır, feodal mükəlləfiyyətləri silahlarını məhv edir, feodalları qırır, “dünyada bütün zadəganların kökünü kəsib özləri ağa olmağa” çalışırdılar. Müasirlərinin məlumatına görə bütün vilayətlərdə üsyançıların ümumi sayı təqribən 100 min nəfərə çatırdı .
Bəzi şəhərlər açıq surətdə kəndlilərin tərəfinə keçdilər ; digərlərində üsyançılar yoxsul şəhərlilərin rəğbətindən istifadə etdilər . Paytaxtın dofin tərəfindən mühasirəsinə mane olmağa çalışan parislilər köməyə bir neçə dəstə göndərib Paris ətrafındakı bir çox qəsrlərin dağılmasında jaklara kömək etdilər . Lakin şəhərlilərlə kəndlilərin əsl ittifaqı yaranmadı . Üsyan Bovezidə ən geniş vüsət aldı . Birləşmiş kəndli dəstələrinə dünyagörmüş və hərbi işlə tanış olan Gilyom Kal başçılıq edirdi . O , ayrı-ayrı dəstələrə kapitanlar təyin etdi və başqa vilayətlərdə kral gerbi ilə möhürlənmiş əmrlər göndərdi ; kəndlilər feofallara qarşı , lakin “ xeyirxah kral” uğrunda çıxış edirdilər . İyunun 8-də kəndlilər Mello yaxınlığında Zalım Karlın qoşunları ilə qarşılaşdılar .
Navarra kralı olan Zalım Karl Navarra və ingilis cəngavərləri ilə Fransa taxtını ələ keçirmək üçün Parisə tələsirdi . Kəndlilər və cəngavər dəstələri tam döyüş hazırlığı vəziyyətində 2 gün qarşı-qarşıya durub gözlədilər . Lakin jaklar sayca üstün olduqları üçün Zalım Karl barışıq təklif etdi və özünü Etyen Marselin müttəfiqi adlandıraraq kəndlilərlə əməkdaşlıq etməyə hazır olduğunu bildirdi .Kralın cəngavər sözünə Kal danışıqlar üçün onun yanına gəldi . Lakin o , namərdcəsinə yaxalandı . Bundan sonra cəngavərlərsərkərdələrindən məhrum olmuş kəndlilərin üzərinə tökülüşüb onları qəddarcasına darmadağın etdilər . Gilyon Kal və yoldaşları işgəncə ilə edam olun-dular . Bununla da Bovezidə üsyan sona yetdin. Əsas etibarilə dağınıq kəndli dəstələrinin fəaliyyət göstərdiyi başqa vilayətlərdə iğtişaşlar 1358-ci ilin avqustuna qədər davam etdi . Səciyyəvidir ki, kəndliləri məğlub etmək üçün yerli zadəganların qüvvələri kifayət etmədi və hər yerdə kral dəstələri köməyə çağrıldı. Üsyan yatırıldıqdan sonra zadəganlar kəndlilərə amansız divan tutdular : kəndlər edam meydanlarına çevrildilər , cərimə və təzminat yükü altında qaldılar. Lakin qələbə çalmalarına baxmayaraq feodallar üsyan zamanı canlarına düşmüş dəhşətli qorxunu uzun zaman yaddan çıxara bilmədilər və feodal vergilərini artırmağa cəsarət göstərə bilmədilər.
Jakeriyanın aqibəti də feodalizm dövründə labüd olaraq məğlubiyyətlə sona yetən başqa kəndli üsyanlarını adi aqibəti kimi oldu . Jaklar öz məqsədlərini- feodalları qırmaq məqsədini aydın başa düşür və bunu fəal surətdə yerinə yetirirdilər. Lakin onların “ xeyirxah kral” ın başçılığı altında “ ağalarsız” azad həyata qovuşmaq barədə dumanlı ictimai-siyasi arzuları həyata keçirilməsi mümkün olmayan xəyal idi. Orta əsrlərin kəndli üsyanların üçün səciyyəvi olan monarxiya illuziyaları özünü bunda göstərirdi.
Jakeriya feodal münasibətlərinin artıq başlanmış olan dağılmasını daha da sürətləndirdi. Əmtəə istehsalının artması, kəndli təsərrüfatının müstəqilliyinin və onun bazarla əlaqələrinin möhkəmlənməsi, pul rentasının inkişafı- Jakeriyadan sonra bütün proseslər fransız kəndində daha artıq sürətləndi və dərinləşdi. Kəndlilər feodalizm quruluşunu dağıda bilmədilər və məğlub edildilər. Lakin onların fədakar mübarizəsi senyorların feodal istismarını artırmaq cəhdlərinin qarşısını xeyli aldı və kəndlinin şəxsi azadlığının , onun təsərrüfatının daha da inkişaf etmək imkanını qoruyub saxladı.
Kəndlilərin darmadağın edilməsi, eyni zamanda , Paris üsyanının somu demək idi. İyunun sonunda dofin böyük bir ordu ilə Paris divarlarına yaxınlaşdı. Başqa şəhərlərdən kömək almaq ümidini itirən Etyen Marsel, Zalım Karlın gətirdiyi ingilis dəstələrinin şəhərə buraxılmasına razılıq verdi. Bu parislilərin hiddətinə səbəb oldu. Etyen Marselin tərafdarlarının çoxu ondan üz döndərdi. İyunun sonunda isə onu dofrinin tərafdarları öldürdülər. Dofin Parisə daxil oldu və üsyanın əsas iştirakçılarına divan tutdu .Baş məclisin tədbirləri ləğv olundu. O yenidən, ancaq kralın istəyindən asılı olaraq, müharibəyə vəsait ayrılması üçün səsvermə məqsədilə çağırılmağa başladı.
1356- 1358-ci illərin təlatümlü hadisələrindən kral hakimiyyəti bəzi ibrət dərsləri aldı. V Karlın (1364-1380) zamanında vergi islahatı keçirildi , pul vəsaiti toplanması işi nizama salındı və pul toplayanlar üzərində nəzarət qoyuldu. Şəhər əhalisinin yuxarı dairələri özləri üçün daha böyük daha böyük ibrət dərsi aldılar. Onlar xalq hərəkatının özləri üçün nə qədər təhlükəli olduğunu öz gözləri ilə gördülər və bundan sonra bir kral hakimiyyətinə qarşı mübarizə aparmağa cəhd göstərmədilər.
Fransa XIV əsrin ikinci yarısında.
1360-ci ildə Bretinyidə İngiltərə ilə bağlanmış sülh Fransa üçün çox ağır idi. İndi Luaradan cənuba doğru lap Prineyə qədər uzanıb gedən torpaqlar İngiltərənin əlinə keçirdi ki, bu da ölkə ərazisinin az qala üçdən birini təşkil edirdi. Fransa yeni vuruşmalara hazırlaşmalı idi. V Karl zamanında bir sıra islahatlar keçirildi; bu zaman yenicə meydana gələn artilleriya qüvvətləndirildi; muzdlu dəstələrin sayı artırıldı; konnetablın (karl qoşunların baş komandanının ) hakimiyyəti möhkəmləndirildi. Feodal yerliçiliyinin əleyhinə olaraq bu və-zifəyə ehtiyatlı və çevik sərkərdə olan xırda breton cəngavəri Dugeklon təyin olundu. İri vuruşmalar girməyən və bütün ingilis mülklərinin sərhədi boyunca, demək olar, eyni zamanda hücuma keçən fransız ordusu, tədriclə ingilisləri dənizə doğru sıxışdırdı. Belə ki, XIV əsrin 70-ci illərinin ortalarına doğru ingilislərin əlində ancaq Bordo, Bayonna və onların arsındakı sahil zolağı qaldı. Lakin bu böyük uğurlar qüvvələri fövqəladə dərəcədə gərginləşdirmək nəticəsində əldə olunmuşdu.
Müharibə üçün tələb olunan çox böyük xərclər ağır bir yük kimi xalqın, kəndlilər və şəhər əhalisinin əsas kütləsinin üzərinə düşürdü. Çünki imtiyazlı silklər və şəhərin yuxarı təbəqələri əvvəlki kimi, yenə də vergilərin başlıca hissəsini onların üzərinə qoyurdular.
Dostları ilə paylaş: |