Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Yüzillik müharibə (başlanğıc dövrü )



Yüklə 3,06 Mb.
səhifə113/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   109   110   111   112   113   114   115   116   ...   263
Orta srlr tarixi S D Skazkin

Yüzillik müharibə (başlanğıc dövrü )

Fransanın normal inkişafını XIV əsrin 30-cu illərində İngiltə- rə ilə Yüzillik müharibə (1337- 1453) pozdu. Müharibə məhsuldar qüvvələrin kütləvi surətdə məhv edilməsi, əhalinin , istehsalın və ticarətin azalması ilə nəticələndi. Fransız xalqına ağır bədbəxtliklər üz verdi-


ingilislər uzun müddət üçün Fransanı işğal etdilər; bir çox ərazilər var-yoxdan çıxarıldı və viran qaldı; dəhşətli vergi zülmü həyata keçirildi; Fransız feodallarının quldurluğu və ara müharibələri başlandı.

Yüzillik müharibə, əsasən, ingilis krallarının hakimiyyəti altında olan cənub-qərbi Fransa torpaqları uğrunda mübarizədən ibarət idi. Müharibənin ilk illərində Flandriya üstündə mübarizə də az rol oynamadı. Hər iki ölkənin mənafeyi burada toqquşurdu. Fransa kralları varlı Flandriya şəhərlərini özlərinə tabe etmək niyyətindən daşınmamışdılar. Flandriya şəhərləri isə İngiltərənin köməyi ilə öz müstəqilliklərini saxlamağa çalışırdılar. Bu şəhərlər iqtisadi baxımdan İngiltərə ilə sıx bağlı idilər; oradan yun- mahud istehsalı üçün xammal alırdılar. Sonralar əsas hərbi əməliyyat meydanı (Normandiya ilə yanaşı) Cənub-Qərb, yəni keçmiş Akvitaniyanın ərazisi oldu. Burada, həmin yerləri yenidən ələ keçirməyə cəhd edən İngiltərə hələ də müstəqil olaraq qalan feodalların və şəhərlərin timsalında özünə müttəfiqlər tapdı. Giyen ( keçmiş Akvitaniyanın qərb hissəsi) iqtisadi baxımdan İngiltərə ilə sıx əlaqədar idi. Buradan İngiltərəyə çaxır, duz, polad, meyvə, fındıq,boyaq maddələri aparılırdı. İri şəhərlərin ( Bordo, La-Roşel və b.) zənginlik onlar üçün çox sərfəli olan bu ticarətdən asılı idi.Müharibə üçün bilavasitə bəhanə ingili kralı III Eduardın (IV Gözəl Filippin qadın xətti ilə nəvəsi ) sülalə iddiaları oldu.


1328-ci ildə IV Filippin axırıncı oğlu öldü; III Eduard özünün Fransa taxtına yiyələnmək hüququ olduğunu bildirdi. Lakin Fransada Kapetinqlərə qohum nəslin yaşlı nümayəndəsi IV Filipp Valya ( 1328- 1350) kral seçildi. III Eduard öz hüquqlarına silah yolu ilə müvəffəq olmaq qərarına gəldi. Müharibə 1337-ci ildə başlandı. Müdaxilə edən ingilis ordusunun fransızlarınkından bir sıra üstünlükləri vardı; bu ordu böyük deyildi, lakin yaxşı təşkil olunmuşdu; muzdlu cəngavər dəstələrinə kapitanlar komandirlik edirdilər; onlar isə bilavasitə baş komandana tabe idilər; başlıca olaraq azad kəndlilər içərisindən toplanılan ingilis oxçuları öz işlərinin ustaları idilər; onlar cəngavər atlı qoşunlarının əməliyyatlarını müdafiə edir, döyüşlərdə mühüm rol oynayırdılar.Əsas etibarilə cəngavər atlı qoşunlarından ibarət olan fransız ordusunda oxçular az idilər; cəngavərlər onlarla hesablaşmaq və öz hərəkətlətini onlarla əlaqələndirmək istəmirdilər. Ordu ayrı –ayrı iri feodalların dəstələrinə parçalanırdı; kral, əsl mənada, ancaq öz xüsusi dəstəsinə, yəni qoşunların yalnız bir hissəsinə komandanlıq edirdi; hərçənd onun dəstəsi ən iri dəstə idi. Fransız cəngavərləri köhnə taktikanı saxlamışdılar. Onlar kütləvi surətdə düşmən üzərinə tö-külüşməklə döyüşə başlayırdılar. Düşmən birinci həmləyə davam gətirə bildikdə, sonra , adətən bu atlı qoşunları ayrı-ayrı dəstələrə parçalayıb cəngavərləri atdan salır və əsir alırdılar. Əsirləri azad etmək müqavilində alınan ödənc və əhalinin qarət olunması , tezliklə ingilis cəngavərləri və oxçularının başlıca məqsədinə çevrildi.


İngilislər həm dənizdə ( 1340-cı ildə Sleye yaxınlığındakı –Flandriyanın sahillərində) , həm də quruda (1346-cı ildə Kresyi yaxınlığında-Pikardiyanın şimalında ) qalib gəldilər ki, bu da onlara 1347-ci ildə Kaleni almaq imkanı verdi. Kale mühüm hərbi məntəqə və İngiltərədən ixrac olunan yun üçün mühüm yükboşaltma məntəqəsi idi. Beləliklə ingilislər Flandriyada öz mövqelərini nəinki saxlaya bildilər, hətta möhkəmləndirdilər. İngilislərin şimalda, qalan yerlərdə isə, hərbi əməliyyatları uğursuz keçirdi. Belə olduqda onlar hərbi əməliyyatları cənub-qərbə köçürdülər və yenidən, dənizə hücum edib, Kiyev və Qaskon vilayətləriniələ keçirdilər. İngilis kralı III Eduardın oğlu Eduard onun Bordoda canişini oldu. O, zireh geyiminin rəngi ilə Qara Prins adlandırıldı. Onun dəstələri Qaskon cəngavərləri ilə birlikdə Fransanın mərkəzi vilayətlərinə soyğunçu basqınlar edir, şəhər və kəndləri yandırır , çoxlu qənimət ələ keçirirdilər. Belə basqınlardan birində , 1356-cı ildə, onları Puatye yaxınlığında fransızlar haxladılar. Fransa


ordusu sayca ingilis ordusundan qat-qat çox idi. Lakin onun vahid komandanlığı yox idi. İngilislər cəngavərlərin müdafiə etdikləri oxçuların mahir manevrləri nəticəsində qalib gəldilər. Fransasızlar çox ağır məğlubiyyətə düçar oldular . Cəngavərlərin ən yaxşı hissəsi həlak oldu və ya əsir düşdü. Kral Xeyirxah İoani (1350-1364) da əsir alındı. Fransanın ağır dövrü başlandı. Xəzinə tamamilə boş, ordu isə faktiki olaraq, yox idi. Müharibənin davam etdirilməsi , əsirlərin, o cümlədən kralın, satın alınması üçün çoxlu pul lazım idi.



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin