Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə109/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   105   106   107   108   109   110   111   112   ...   263
Orta srlr tarixi S D Skazkin

2 . FRANSA XIV-XV ƏSRLƏRDƏ .


XIV əsrdə şəhər və kənd.

XIV əsrin birinci rübündə Fransa iqtisadiyyatı qızğın surətdə inkişaf etməkdə idi. Şəhərlərdə sənət və ticarətin daha inkişafı və bununla sıx bağlı olaraq kənddə pul rentasının geniş yayılması fransız cəmiyyətinin həyatına çox yenilik gətirdi.


Ən mühüm dəyişikliklər şəhərlərdə baş verdi. Sexin quruluşu dəyişdi. Lap varlı (mahudçular, sexlərudçular, xəzçilər, zərgərlər,qəssablar və b.) yaxın peşəli sexləri özlərinə tabe etdilər. Sex daxilində ustalar usta köməkçilərinə o qədər az zəhmət haqqı verirdilərki, artıq, onların özlərinə emalatxana açmaq imkanı olmur və ustalığa keçə bilmirdilər.Ustalar usta köməkçiləri və şagirdlərin sayını artırır, iş gününü uzadırdılar. Formal olaraq sex üzvü adını saxlayan usta köməkçiləri, faktiki olaraq, öz vəziyyətlərinə görə muzdlu fəhlələrə yaxınlaşır və ustalara qarşı mübarizə məqsədilə öz ittifaqlarını (kompanyonajlarını ) yaratmağa başladılar. Şəhərlərdə çoxlu xırda sex sənətkarları və sexdənkənar həm yerli, həm də kəndlərdən gəlmə, yoxsullar(yükvuranlar, arabaçılar, köməkçi fəhlələr, qulluqçular və b.) vardı; onlar olduqca az, çox hallarda isə təsadüfən zəhmət haqqı ilə yaşayırdılar. Şəhər əhalisinin sayca üstün olan bu təbəqələrinin hüquqları minimuma endirlmişdi. Onların şəhər idarəçiliyi ilə heç bir əlaqələri yox idi. Varlı şəhər yuxarıları ilə yoxsullar və orta sənətkarlar arasında kəskin ictimai ziddiyətlər getdikcə daha qabarıq şəkildə biruzə verirdi. XIV əsrdə fövqəladə dərəcədə artmış vergi zülmü bu ziddiyətləri daha artıq dərinləşdirdi. Şəhər üsyanlarının sayı birdən-birə artdı; onların bir çoxu görünməmiş dərəcədə şiddətli xarakter kəsb etdi.


Pul rentasının geniş yayılması və kəndlilərin şəxsi azadlığı onların, XIV əsrdə torpaqdan əsas istifadə forması olan, senzin üzərində irsi sahiblik hüququnu möhkəmləndirirdi. Senz adəti ilə müəyyən olunmuş vergiləri müntəzəm surətdə ödədikdə kəndli öz senzini nəinki irsi verə bilər, habelə girov qoya, hətta ,sata bilərdi; lakin kəndli bunun müqabilində senyora əla-hiddə vergi verməli idi. Bu kəndlilər içərisində ictiami təbəqələşmə və kənddə bir tərəfdən varlı, digər tərəfdən isə az əmlakı və az torpaqlı təsərrüfat sahiblərinin meydana gəlməsinə səbəb olurdu.


Az əmlaklı və az torpaqlı kəndlilər qoşunlarına və ya senyorlara mövsüm işlərində pulla muzdluq etməyə məcbur idilər. Çünki onlar öz torpaq sahələri ilə dolana bilmirdilər. Kənddə ilk muzdlu əmək hələlik feodal xarakterində idi. Çünki, kəndli əvvəlki kimi, yenə də feodal torpaq istifadəçisi olaraq qalırdı.

Pul rentası fransız feodallarını öz xüsusi təsərrüfatlarını idarə etməkdən, qəti olaraq, daşındırdı. İnkişaf etmiş əmtəə-pul münasibətləri, cibə görə, hər şeyi pulla almaq imkanı verirdi. Lakin ölkənin iqtisadiyyatı daha da inkişaf etdikcə senyorların tələbatı artır, xırda və orta cəgavərlər pula, getdikcə daha kəskin ,ehtiyac hiss edirdilər. Əyanlar, ali ruhanilər və varlı tacirlər üçün cah-calal ən cazibəli şey idi; cəngavərlərin yaraq-yasağı getdikcə daha mürəkkəb və bahalı olurdu; geyim və məişət daha da zəifləşirdi. Kəndlilərdən alınan pul isə dəyişməz qalır, vaxtilə( daha çox hələ XIII əsrdə) “ əbədi”, yəni dəyişməz senz əsasında müəyyən edilmiş miqdarda qalmaqda davam edirdi. Fransız cəngavərləri çətinliklə çıxmış yolunu müharibə və quldurluqda axtarır, bəzən də iri feodalların mərkəzdən ayrılmaq meyllərini müdafiə edirdilər.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin