Fransa dövləti XIV əsrin əvvəllərində
XIV əsrin əvvəllərində kral torpaqları artıq ölkənin çox hissəsini əhatə edirdi. XIII əsrdə Lakedokun( keçmiş Tuluza qraflığı belə adlanmağa başlanmışdı) birləşdirilməsi Kapetinqlərə cənub-qərb vilayətlərinə təkcə şimal-şərqdən deyil, həm də cənub-şərqdən soxulmaq imkanı verdi. Bu İngiltərəyə qarşı mübarizədə Fransa dövlətinin mövqeyini xeyli möhkəmləndirdi. 1308 -1309- cu illərdə Akvitaniyanın bir hissəsi – Anqumuma və Marş qraflıqları, sonra isə, demek olar, Dardona və Qaronna çayları boyunca bütün ərazilər Kapetinqlərin torpaqlarına qatıldı. İngilislərin əlində ancaq Biskay sahili boyunca Sentdən Pireneyə qədər dar bir zolaq (özü də Pireneydə kiçik bir krallıq olan Navarra 1285-ci ildən Fransanın mülkü hüsab olunurdu) qalmışdı. Şərq sərhəddində varlı Şampan qraflığı (1284) və böyük şəhər olan Lion (1307) dövlətə birləşdirildilər.
IV Gözəl Filipp (1285-1314) Fransa ilə sıx ticarət əlaqləri ilə bağlı olan, lakin siyasi baxımdan ancaq formal olaraq krallığın tərkibinə daxil olan Flandriya qraflığını da ölkəyə birləşdirməyə cəhd göstərdi. Flandriyada varlı şəhərlər, xüsusilə tərəqqi etməkdə olan mahud istehsalı və iri ticarət mərkəzləri olan Kent, İpr və Brügge başlıca rol oynayırdılar. IV Filipp bu şəhərlərin daxilində gedən mübarizəyə qarışdı- patrisiatın tərəfində durdu. O, əvvəlcə burda öz hakimiyyətini bərqərar edə bildi . Lakin onun tətbiq etdiyi ağır vergilər, tezliklə, geniş xalq hərəkatına səbəb oldu. Flandriya sexlərinin fransızlara qarşı mübarizəsi , həm də onların yerli patrisiata qarşı mübari-zəsi ilə çulğaşdı. 1301-ci ildə ən mühüm ticarət –sənaye mərkəzinin-Brügge şəhərinin sənətkarları üsyana qalxdılar;onlar hakimiyyəti ələ keçirə bildilər. Fransızlar bu üsyanı ələ keçirə bildilər. Lakin tezliklə həmin üsyan yeni vüsətlə alovlandı . 1302 ci ildə Brüqqenin səhər ibadəti deyilən hadisə baş verdi – fransız qarnizonu və yerli patrisilər qılıncdan keçirildi . Bu bütün ölkənin ayağa qalxması və Fransa kralının hökmranlığını devirməsi üçün bir işaeə oldu . Bu hərəkatda təkcə şəhər sənətkarları deyil , kəndlilərdə iştirak edirdilər . Beləki , Fransa ağalığı ümumiyyətlə feodal zülmünü gücləndirmişdi .
IV Filipp öz ordusunu Flandriyaya qarşı yeritdi . Kurtre yaxınlığında baş verən döyüşdə (1302) Flandriya sənətkarları və kəndlilərinin piyada könüllü qoşunları fransız cəngavərlərini dəhşətli məbluğiyyətə uğratdı . Fransızlar Flandriyanı tərk etməyə məcbur oldular . Sonraki hərbi əməliyyatlar və diplomatik danışıqlar nəticəsində IV Filipp ancaq bir neçə Flandriya şəhərini əldə saxlaya bildi.
Saysız hesabsız müharibələr çoxlu pul vəsaiti tələb edirdi. Vergilər ( kral talyası adlanan vergi) artırılmışdı. Kral şəhərlərdən xüsusilə çoxlu pul tələb edirdi. İri feodalların müstəqilliyini, əsasən, aradan qaldırmış olan kral indi şəhərlərlə hesablaşmaya bilərdi. IV Flippin vaxtından etibarən krallar , tədriclə şəhərləri özünü idarə və şəhər əhalisi üzərinə vergi qoyma hüquqlarından məhrum etməyə , onları , siyasi ba-xımdan özlərindən getdikcə daha çox asılı hala salmağa başlamışdılar .
Dostları ilə paylaş: |