Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə101/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   97   98   99   100   101   102   103   104   ...   263
Orta srlr tarixi S D Skazkin

Son xaç yürüşləri

XII əsrdə daha bir neçə xaç yürüşü oldu. Lakin bunlar Şərqdəki işlərin əziyyətində, faktiki olaraq, heç bir dəyişiklik törətmədi.




Beşinci xaç yürüşü (1217-1221) zamanı alman, ingilis, holland və macar xaçlıları uzunsürən mühasirədən sonra Misirə hücum etmək üçün açar olan mühüm Damiyetta qalasını tuta bildilər. Lakin sonra daxili çəkişmələr və qoşunlara bacarıqsız rəhbərlik hərbi uğursuzluqlara səbəb oldu. Bunun da nəticəsində cənagavərlər ölkəni ərk etməyə bəcbur oldular.
Altıncı xaç yürüşünə (1228-1229) imperator II Fridirx başçılıq edirdi. Onun qoşunları alman, fransız, ingilis və italiyan cəngavərlərindən ibarət idi. Suriyaya yola düşən II Fridirx Misirin Dəməşqlə müharibəsindən istifadə edib sultanla müqavilə bağladı. Həmin müqaviləyə əsasən o, Qütsü və Fələstində bəzi başqa şəhərləri aldı.

Bunun müqavilində II Fridirx sultanı, onun Şərqdəki düşmənlərinə qarşı müdafiə etməyi öhtəsinə aldı. Lakin 1244-cü ildə müsəlmanlar Qütsü yenidən ələ keçirdilər.Bundan az sonra papa IV İnnokenti Yeddinci xaç yürüşünü (1248-1254) təşkil etdi ki, bu da Misirə qarşı yönelmişdi. Bu yürüşün iştirakçıları, başlıca olaraq, kral IX Lüdoviqin başçılıq etdiyi Fransız cəngavərləri idilər. Fransa kralı Cənubi Fransa şəhərlərinin ticarət əlaqələri ilə bağlı olduğu Şimali Afrikada Fransanın mövqeyini daha da möhkəmləndirməyə çalışırdı. Yürüş tam uğursuzluqla başa çatdı. Elə həmin IV Lüdoviqin başçılıq etdiyi Səkkizinci xaç yürüşünün (1270) nəticəsi də bu cür oldu. Xaçlı donanması bu dəfə Tunusə doğru irəllədi. Sahilə çıxdıqdan az sonra xaçlılar içərisində yoluxucu xəstəlik yayıldı. Kralın özü də həmin xəstəlikdən həlak oldu. Bu uğursuzluqdan sonra papalığın yeni xaç yürüşlərinə çağrışlrı müvəffəqiyyət qazanmadı. Xaçlıların Şərqdəki mülkləri bir – birinin ardınca müsəlmanların əlinə keçirdi. Belə ki, Misir 1268-ci ildə Antioxiyanı, 1289-cü ildə Tripolini tutdu; 1291-ci ildə xaçlıların Şərqdəki son dayaqları olan Akra da süqut etdi. Qüts krallığının varlığına son qoyuldu. Xaçlılar özlərini ancaq Rodos adasında və Kiprdə saxlaya bildilər. Rodosda, XIV əsrin əvvəlində ioannçlar (hospitalyerlər) möhkəmləndilər. Qüts kral titulu isə Kipr hakiminə keçdi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin