Xaçlı (səlibçi) hərəkatının başlanması
1095-ci ilin noyabrında papa II Urban Fransa şəhəri Klermonda kilsə məclisi cağırdı. Yığıncaöın sonunda o, sadə xalqın geniş kütlələri, cəngavərlər və ruhanilər qarşısında nitq söyləyib onları “xudavəndənin qəbrini” “kafirlər” in əlindən qoparmaq üçün silaha sarılma]a çağırdı. Yürüşün bütün iştirakçılarına günahlarının tamamilə bağışlanılacağı, həlak olanlara isə cənnət vəd olundu. Papa göstərdi ki, səlibçiləri Şərqdə dünya nemətləri də gözləyir. O bildirdi: “Kinler burada dərdli və yoxsuldursa orada şadvə varlı olacaqlar” II Urvanın çağırışı toplaşanlar içərisində dərin rəğbətlə qarşılandı. Onun nitqi “Allah belə istəyir!” qişqırıqları ilə kəsilirdi. Çoxları elə buradaca yürüşə gedəcəklərini vəd etdilər və bunun nişanəsi olaraq paltarlarına xaç tikdilər.
Şərqə yürüş ideyasını feodallar müdaifə etdilər. Müharibə onlara yeni torpaqlar və zəngin qənimət vəd edirdi. Kilsə xaçlılara (səlibçilərə) mühüm güzəştər verdi. Onlar borclardan azad olundular. Xaçlıların (səlibçilərin) əmlakı və ailələri kilsənin mühafizəsi altına keçirdi. Cəngavərlərin xeyli hissəsi yürüşün dini məqsədlərinə də biganə deyildi. O zaman din şürlara hakim idi. Buna görə də Fələstindəki “xristian ziyarətgahları” nın azad olunması feodalların təsəvvüründə elə bil qəhramanlıq idi ki, bu qəhrəmanlıqda onların dini arzuları ilə qəsbkarlıq niyyətləri birləşirdi. Şərq ölkələrindəki torpaqlrın əfsanəvi məhsuldarlığını göstərən II Urbanın nitqi yaxşı güzəran və azadlıq ümidində olan təhkimli kəndliləri də hərəkətə gətirdi.
Klermonun kilsə məclisindən sonra yeniskoplar, keşişlər və rahiblər “kafirlər” lə müharibə təbliğatını genişləndirdilər. Şimali və Orta Fransada, habelə Reyisahili Almaniya torpaqlarında sadə xalqı yürüşə cağıran rahib Amyenli Pyotr (Biyabanişin Pyotr) xalq kütlələri içərisində daha böyük şəhət qazandı. Onun təbliğatının təsiri altında 1096-cı ilin ilk baharında on minlərlə yoxsul “müqəddəs ziyarətə” yola düşdü. Onlara Pyotr Biyabanişin, Şimali Fransadan müflisləşmiş cəngavər Valter Qolyak və Reyi vilaytindən keşiş Qotşalk başçılıq edirdilər. Yalnız dəyənək, dəryaz, batla ilə silahlanmış, ərzaq ehtiyatına malik olmayan yürüş iştirakçıları nizamsız dəstələrlə Reyi və Dunay boyu ilə hərəkət edib, sonra cənuba – Konstantinonola doğru getdilər.Avam, aclıq çəkən, müflisləşmiş cəngavərkər içərisindən xeyli cürbəcür fırıldaqçıların qoşulduğu kəndli kütlələri macarların, bolqarların, yunanların mülklətindən keçərkən yerli sakinlərin ərzağını əlindən alıb, soyğunçuluq edir, adamları öldürür, zorakılıqla məşğul olurdular; Reyinboyu şəhərlərdə soyğunçu – cəngavərlər yəhudi qırğınları düzəltdilər. Yerli əhali qəfil kəlmələri fəal surətlə dəf etdi. Xaçlılar böyük təlafat verdilər. Çox seyrəlmiş kəndli qoşunları 1096-cı ilin yayında Konstantinola gəldi. Burda da onlar elə o cür azğınlıq etdilər. Aliksey Kominin kəndliləri Bosforun o biri sahilinə - Kiçik Asiyaya keçirməyə tələsdi. Yoxsullar cəngavər – xaçlıların əsas qüvvələeinin gəlib çıxmasını gözləmədən irəli can atdılar. 1096-cı ilin oktyabrnda səlcuq qoşunları kəndli dəstələrini aldadıb pusquya saldılar və onları, demək olar, tamamilə qırdılar. Dini rəşadət göstərmək və azadlıq əldə etmək arzusunda olan kəndlilərin sadəlövh xəyalı həqiqətlə ilk toqquşmada bu cür puça cıxdı.
Dostları ilə paylaş: |