Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Xaçlı hərəkatının tənəzzülü səbəbləri və nəticələri



Yüklə 3,06 Mb.
səhifə102/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   98   99   100   101   102   103   104   105   ...   263
Orta srlr tarixi S D Skazkin

Xaçlı hərəkatının tənəzzülü səbəbləri və nəticələri

XII əsrin sonu üçün xaçlı hərəkatı yox olub getdi. Bunun başlıca səbəbi Qərbi Avropada baş verən ictimai – iqtisadi və siyasi dəyişikliklər idi. Məhsuldar qüvvələrin ümumi yüksəlişi ilə əlqədar olaraq təbii fəlakətlərin məhv edici nəticələri müəyyən qədər azaldı. Təhkimlilər feodal zülmündən qurtuluşu, artıq, dənizin o tayında axtarmağa zərurət görmürdülər. Kəndlilərin bir qismi böyüməkdə olan şəhərlərə gedirdi. Onların Şərqdə torpaq və azadlıq əldə etmək çəhdlərini uğursuzluqla nəticələnməsi də kəndlilərin əvvəlki xəyallarını alt – üst etdi. İndi kəndlilər azadlıq və torpaq uğrunda, getdikcə daha çox, öz vətənlərində fəal mübarizə yoluna çıxırdılar.


Cəngavərlərin vəziyyətində də, həmçinin dəyişkənlik əmələ gəlmişdi. Kral hakimiyyətinin möhkəmlənməsi nəticəsində feodal didişmələri seyrəlmişdi. Xırda cəngavərlər Şərqdə təhlükəli səfərlərə getməkdənsə kral qoşununda xidmət etməyi üstün tutrdular. Bununla yanaşı, cəngavər işğalları və talanları üçün Avropanın özündə daha yaxın qəsbkarlıq hədəfləri axtarılırdı. Alman cəngavərləri Laba və Odra çayları boyunca habelə Şərqi Piribaltikadakı slavyan torpaqlarını işğal etməyə can atırdılar. Fransız cəngavərləri XIII əsrin əvvəlində varlı Lankedoku işğal və talan etməklə məşğul olur, vaxtaşırı mavrlarla mübarizə aparmaq üçün qonşu İspaniyaya gedirdilər. ingilis feodalları daxili siyasi mübarizə ilə, Uelsdə və İrlandiyada qəsbkarlıq müharibələri ilə məşğul idilər.


Nəhayət, tacirlərdə də xaç yürüşlərinə maraq qalmamışdı; təcrübədə naşa düşmüş venetsiyalılar, kenuyalılar, provaslılar, katoliyalılar müsəlman hakimləri ilə xaçlıların “köməyi olmadan” ticarət sazişləri bağlamağı üstün tutdular.


Beləliklə, XII – XIV əsrlərdə Qərbin əvvəllər xaç yürüşlərində fəal iştirak edən bütün ictimai sinif və qruplarının bu yürüşlərə marağı qalmamışdı. Bütün bunlarla əlaqədar olaraq, həmçinin müsəlman knyazlıqlarının Misirn hakimiyyəti altında birləşməsi nəticəsində Şərqdə


mübarizə aparmağın daha da çətin olması ilə xaçlı hərəkatı kəsildi.Xaç yürüşləri nəyinki bilavasitə məqsədlərinə çatmadı, hətta bu yürüşlərin yüz minlərlə iştirakçısına ölüm gətirdi və Avropa dövlətlərinə küllü miqdarda vəsait bahasına başa gəldi. Xaç müharibələrinin Şərq ölkələri üçün fəlakətli nəticələri daha çox oldu: bu yürüşlər Şərq ölkələrinə dəhşətli məhrumiyyətlər, küllü miqdarda insan tələfatı, dağıntı və səfalət gətirdi.

Bununla belə, xaç yürüşləri Qərbi Avropanın sonrakı ictimai – siyasi inkişafına müəyyən təsir göstərdi. Belə ki, hələ bu yürüşlərdən əvvəl feodalizm cəmiyyətinin həyatında başlanmış olan proseslər sürətləndi. Xüsusilə, ən narahat cəngavər ünsürlərinin – özbaşınalıq edən cəngavərlərin, habelə öz vətənində siyasi müstəqillik iddiyasında olan ən döyüşkən senyorların Şərqə getməsi feodal mərkəzləşməsi meyli nəzərə çarpan ölkələrdə dövlət mərkəzləşməsinin qüvvətlənməsinə kömək etdi.


Xaç yürüşləri Avropada katolik kisəsinin mövqeyinə də müəyyən təsir göstərdi. Katolik kilsəsi, evvəlcə, bu hərəkatdan böyük mənfəət əldə etdi. Belə ki, XII əsrdə Şərqə yürüşlər nəticəsində papalıq öz nüfuzunu qaldırdı. Lakin XIII əsrin sonlarına doğru Roma papalarının mənfəətpərəstliyinin daha aydın – aşkar olması, katolik kilsəsinin ümumi nüfuzunun bu zaman başlanmış olan süqutuna kömək etdi.


Şərqdə olma, dənizaşarı ölkələrin daha yüksək mədəniyyəti və məişəti ilə tanışlıq Qərbi Avropa feodallarınn həyat tərzini çox dəyişdirdi və onların təlabatının artmasına, təbii ki, həm də daha çox pul əldə etməyə cəhd göstərmələrinə gətirib çıxardı. Bu Avropanın bir çox ölkələrində artıq başlanmış olan pul rentasına keçid prosesinə maraq oyatdı. Kəndlilərin kütləvi surətdə ilk xaç yürüşlərinə getmələri işçi qüvvəsi çatışmazlığı yaratdı və senyorlar, ilk zamanlar, qalan kəndliləri pul töycüsünə keçirməklə onların vəziyyətini yüngülləşdirməli oldular. Bununla yanaşı, xaç yürüşlərinə yola düşərkən feodallara pul lazım olurdu və buna görə də, çox vaxt, kəndliləri ödənclə şəxsi asılılıqdan azad etməyə razı olurdular. Beləliklə, xaç yürüşləri, qismən, kəndlilərin vəziyyətinə də təsir göstərirdi.


Xaç yürüşlərinin ən mühüm nəticələrindən biri Aralıq dənizinin şərqindəki ticarətdə Bizansın və ərəblərin mövqeyinin zəifləməsi və həmin ticarətdə Avropa tacirlərinin (xüsusilə Venetsiya və Kenuyanın) rolunun güclənməsindən ibarət idi. Nəhayət, Avropa ölkələrində o zaman daha yüksək olan şərq texnikası və mədəniyyətinin təsiri də özünü göstərdi və Avropa dövlətlərinə külli miqdarda vəsait bahasına başa gəldi. Xaç yürüşlərinin Şərq ölkələri üçün fəlakətli nəticələri daha çox oldu: bu yürüşlər Şərq ölkələrinə dəhşətli məhrumiyyətlər, külli miqdarda insan təlafatı ,dağıntı və səfalət gətirdi.


Bununla belə ,xaç yürüşləri Qərbi Avropanın sonrakı ictimai- siyasi inkişafına müəyyən təsir göstərdi. Bele ki, hələ bu yürüşlərdən əvvəl feodalizm cəmiyyətinin həyatında başlanmış olan proseslər gücləndi. Xüsusilə, ən narahat cəngavər ünsürlərinin –özbaşınalıq edən cəngavərlərin, habelə öz vətənində siyasi müstəqillik iddiasında olan ən döyüşkən senyorların Şərqə getməsi feodal mərkəzləşməsi meyli nəzərə çarpan ölkələrdə dövlət mərkəzləşməsinin qüvvətlənməsinə kömək etdi.


Xaç yürüşləri Avropada katolik kilsəsinin mövqeyinə də müəyyən təsir göstərdi. Katolik kilsəsi, əvvəcə bu hərəkatdan böyük mənfəət əldə etdi. Belə ki, XII əsrdə Şərqə yürüşlər nəticəsində papalıq öz nüfuzunu qaldırdı. Lakin XIII əsrin sonlarına doğru Roma papalarının mənfəətpərəstliyinin daha aydın-aşkar olması ,katolik kilsəsinin ümumi nüfuzunun bu zaman, başlanmış olan süqutuna kömək etdi.


Şərqdə olma ,dənizaşarı ölkələrin daha yüksək mədəniyyəti və məişəti ilə tanışlıq Qərbi Avropa feodallarının həyat tərzini çox dəyişdi və onların tələbatının artmasına, təbii ki, həm də daha çox pul əldə etməyə cəhd göstərmələrinə gətirib çıxardı. Bu Avropanın bir çox ölkələrində artıq başlanmış olan pul rentasına keçid prosesinə maraq oyatdı.Kəndlilərin kütləvi surətdə ilk xaç yürüşlərinə getmələri işçi qüvvəsi çatışmazlığı yaratdı və senyorlar, ilk zamanlar, qalan kəndliləri pul töycüsünə keçirməklə onların vəziyyətini yüngülləşdirməli oldular. Beləliklə, xaç yürüşləri, qismən, kəndlilərin vəziyyətinə də təsir göstərirdi.

Xaç yürüşlərinin ən mühüm nəticələrindən biri Aralıq dənizinin şərqindəki ticarətdə Bizansın və ərəblərin mövqeyinin zəifləməsi və həmin ticarətdə Avropa tacirlərinin ( xüsusilə Venetsiya və Genuyanın ) rolunun güclənməsindən ibarət idi. Nəhayət, Avropa ölkələrində o zaman daha yüksək olan şərq texnikası və mədəniyyətinin təsiri də özünü göstərirdi.


9-cu fəsil



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin