Feodalların birinci xaç yürüşü
Elə həmin ilin yayına Qərbi Avropa feodallarının orduları Şərqə doğru hərəkət etdilər. Cəngavərlər yaxşı silahlanmış, sursat və pul tədarükü görmüşdülər. Bunun üçün onlar öz torpaqlarının bir hissəsini satmış ya girov qoymuş, yepiskoplar və abbatlar isə əmin topraqları həvəslə almış, beləliklə, kilsə mülklərini genişləndirmişdilər. Lotarngiya feodalları başqalarından daha tez yürüşə çıxdilar. Onlara Hersoq Bulonlo Qodfrua başçılıq edirdi. Cənubi İtaliya norman cəngavərlərinin başında isə Tarintli Boemund dururdu. O, çoxdan bəri Bizansla ədavətdə idi və Şərqdə müstəqil kınyazlıq yaratmaq arzusunda idi. Cənubi Fransada da böyük ordu toplandı. Ona qraf Tuluzalı Raymund başçılıq edirdi. O da özü üçün knyazlıq yaratmaq niyyətində idi. Şımalı və Orta Fransa cəngavərlərinə Hersoq Normandiyalı Robert, qraf Blualı Etjen və qraf Flandiriyalı II Robert başçılıq edirdilər.
Feodal qoşunları vahid bir tam təşkil edirdilər. Ayrı – ayrı dəstələrin, demək olar, bir – biri ilə əlaqəsi yox idi. Hər bir senyor yürüşə öz durijinası ilə çıxmışdı. Yığma cəngavər qoşunlrının arxasınca çox böyük kəndli izdihamları irəlləyirdi. Dəstələr müxtəlif yollarla gedirdilər. Bir dəstə Reyn Dunay yolu ilə irəlləyir, digəri Adriatika sahili ilə gedir, üçüncü bir dəstə isə İtaliya ərazisindən dənizlə Balkan yarımadasına keçirdi. Bizans mülklərindən keçərkənsəlibçilər yerli əhalini ucdantutma qarət etdilər.
1096-cı ilin sonu – 1097-ci ilin əvvəlində xaçlı qoşunları Konistantinonola çatmağa başladılar. Gəlmələr özlərini həyasızcasına aparırdılar; ətraf yerlərinin əhalisini qarət edir, bizans adətlərini masqaraya qoyurdular. İmperator I Aleksey, Bizans cəmiyyətini yuxarı, zərif təbəqələrini əsassız olmayaraq “barbarlar” adlandırdıqları xaçlıların basqınından ehtiyat edərək onların qoşunlarının Konistantinolda birləşməsinə manə olmağa çalışdı. O, eyni zamanda, xaçlıların qüvvələrindən Bizansın mənafeyinə istifadə etməyə cəhd göstərdi. I Aleksey tərif, ələ alma və hədə - qorxu yolu ilə senyorların və cəngavərlərin çoxuna vassallıq andı içdirməyə nail oldu: onlar türklərin əlindən geri alınacaq torpaqlaı imperiyanın özünə qaytaracaqlarını vəd etdilər. bundan sonra I Aleksey cəngavər qoşunlarını Kiçik Asiyaya ötürdü.
XII əsrdə Kiçik Asiyada bir – biri ilə ədalət edən bir neçə səlcuq dövləti yaranmışdı.
Müsəlmanlar içərisində sinyasi birlik olmaması xaçlıların irəliləməsini asanlaşdırırdı.
1098-ci ilin əvvəlində cəngavər dəstələrindən birinin başçısı flandriyalı Balduin vardı. Edessa (Şimali Mesopotamiyada) şəhərini ələ keçirdi və birinci xaçlı dövlətinin – Edessa qraflığının əsasını qoydu. Bu zaman xaçlıların əsas qoşunları Suriyaya daxil oldular və Aralıq dənizinin şərqində ən böyük və yaxşı möhkəmləndirilmiş şəhərlərdən biri olan Antioxiyanı mühasirəyə aldılar. Xaçlılar ancaq qala bürclərindən birinin rəisinin xəyanətindən sonra Antixiyanı ala bildilər bildilər. Talan olunmuş şəhərin kimə çatması üstündə uzun çəkişmədən sonra feodallar şəhərdə hakimiyəti Tarentli Bomunda vermək barədə razılığa gəldilər. xaçlıların ikinci dövləti – Antioxiya knyazlığı bu cür yarandı.
Qoşunlar Suriyadan Fələstinə doğru irələdilər. 1099-cu ilin yayında xaçlılar Qüdsü hücumla ələ keçirdilər. Şəhərdə vəhşicəsinə qırğın və daxıntı törədildi. Yalnız bircə baş məsciddə bura pənahlanmış on minə qədər müsəlman öldürüldü. Cəngavərlər duanı və dini mərasimləri qətl və qarətlərlə əvəz etmişdilər. Çox böyük qənimət ələ keçirilmişdi. Yürüş iştirkçısı olan salnaməçi məlumat verir ki, “böyük qırğından sonra xaçlılar şəhərlilərin evlərinə dağılışıb əllərinə keçən hər şeyi qarət edirdilər. evə birinci kim girsə həm ev və ya imarət, həm də içində nə varsa onunku olurdu. Bütün bunlara o özününkü kimi yiyəlik edirdi”
Dostları ilə paylaş: |