Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə99/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   95   96   97   98   99   100   101   102   ...   263
Orta srlr tarixi S D Skazkin

Şərqdə xaçlı dövlətləri

Qüdsün alınmasından sonra, tezliklə xaçlılar Aralıq dənizinin şərq sahillərinin mühüm hissəsini ələ keçirdilər. Onlar, özləri üçün mənfəət əldə etmək ümidi ilə xaçlı hərəkatına qoşulmuş venetsiyalılar, kenyalılar, və pizalıların donanmalarının köməyi ilə bir çox liman şəhərlilərinin zəbt etdilər. XII əsrin əvvəlləri üçün Şərqdə dörd xaçlı dövləti yarandı: Cənubi Suriya ərazisi və Fələstində Bulonlu Qodfruanın başçılığı ilə Qüts krallığı, ondan şimala doğru Tripoli qraflığı, Antioxiya knyazlığı və Edessa qraflığı.


Yeni mülkləri öz aralarında bölüşdürən xaçlılar bu yerlərdə, bir çox cəhətdən, öz vətənlərindəkinə oxşar feodal qaydaları bərqaərar etdilər. Yerli kəndlilər təhkimli halına salındılar. Onlar becərdikləri taxılın üçdə birindən yarıya qədərini və meyvə, zeytun üzümün müəyyən hissəsini töycü olaraq ağalarına verməli idilər. Onlar dəhşətli surətdə istismar edilirdilər və tamamilə hüquqsuz idilər. buna görə də xaçlı, dövlətlərinin bütün tarixi yerli kəndlilərin gəlmə ağalara qarşı aramsız mübarizəsi ilə doludur.


Xaçlı dövlətlərini siyasi quruluşunun əsasında feodal iyerarxiyası dururdu. Senyorlar içərisində birincisi Qüds karlı hesab olunurdu. Geridə qalan üç hakim onun vassal idilər. lakin onlar, faktiki olaraq, müstəqil idilər. Bütün ərazi


müxtəlif ölçüdə cəngavər feodallarına bölünmüşdü. Bütn bu feodalların sahibləri vassalıq münasibətləri ilə bir – birinə bağlı idilər. Vassallar sülerene hərbi xidmət göstərməli idilər. Burada Qərbi Avropa qaydalarından fərqli olaraq kralın bütün il boyu öz fassalından hərbi xidmət tələb etmək hüququ vardı. Belə ki, xaçlı dövlətləri daim öz qoşunları ilə müharibə vəziyyətində olurdular. Baronlar və başqa vassallar feodal şurasının yığıncaqlarında – assizlərdə və ya kuriyalarda iştirak etməli idilər. İri feodallardan ibarət olan kral kuriyası - <> , eyni zamanda, həm feodal məhkəməsi, həm də hərbi – siyasi şura idi.


O, kral hakimiyyəini məhdudlaşdırırdı; onun razlığı olmadan kral heç bir az – çox, mühüm bir qərar qəbul edə bilməzdi. Bütün bu müddəalar “Qüds assizləri”nda – Qüts krallığındakı feodal qaydalarının yazılı şəklə salınmış qanunnaməsində təsbit olunmuşdu. Senyorların hüquqları və vassaların vəzifələrini təffərüatı ilə sadalayan bu assizlərdə, F. Engelsin təbirincə, feodalizm cəmiyyətinin qaydaları klassik ifadəsini tapdı.

Qüds krallığında sinyasi mərkəzləşmənin inkişafında möhkəm iqtisadi əlaqələrin olmaması əngəl törədirdi. Bu dövlətin təsərrüfat həyatında ticarət böyük rol oynayırdı. Lakin ticarət, əsasən, Venetsiya, Kenuya, Pizanın əlində idi ki, onlar da xaçlı dövlətlərinin daxilində iqtisadi əlaqələr yaratmağa cəhd etmir, xarici bazarın inkişafına meyl göstərirdilər. İtaliya tacirləri Suriya və Fələstinin liman şəhərlərində mühüm imtiyazlar əldə etmişdilər. Onlar yerli hökümət orqanlarından asılı deyildilər və İtaliyadan təyin olunmuş konsullar tərfindən idarə olunurdular.


Kilsə xaçlı dövlətlərində çox böyük torpaq mülkləri ələ keçirmişdi. Şəqrdəki feodalların nüfuzlu hissəsi katolik pyerarxlardan ibarət idi. Onlar kilsə ondabiri şəklində böyük vəsait toplayırdılar və vergilərdən azad idilər. Xaçlı dövlətləri çox davamsız idilər. Bu dövlətlər Suriya və Fələstində dar sahil zolağını əhatə edən kiçik dağınıq mülklərdən ibarət idilər. Onların, demək olar, 1200 kilometrə qədər uzanan şərq sərhədi olduqca zəif idi. Belə şəraitdə xaçlılar, başlıca olaraq, sahil şəhərlərində və öz təhlükəsizliklərini təmin etmək üçün tikməyə məcbur olduqları qəsrlərdə yaşayırdılar. Cənubdan Qüts krallığı üçün Misir qorxu törədildi. Xaçlı dövlətləri Şərqdən, Suriya səhrası tərəfdən daim səlçuk əmrlərinin hücumlarına məruz qalırdılar. Bununla yanaşı işğalçıların özləri də daim bir – biri ilə ədavət aparırdılar. Xaçlıların tərkibcə dəyişkən olması da müdafiyənin təşkilinə mane olurdu. Həm də xaçlılar sayca da nisbətən az idilər. Məsələn, Qüts krallarının başçılığı altında heç zaman 600-dən çox altı cəngavər olmaışdı. Bu imtiyazlı yuxarı təbəqə qeyzə gəlmiş düşmən əhavali – ruhiyyəli əhali içərisində yaşayır, bir növ hərbi düşərgə təşkil edirdi. Xaçlı mülklərin vəziyyətini möhkəmləndirmək üçün Birinci xaç yürüşündən sonra, tezliklə, xüsusi təşkilatlar, yəni ruhani


– cəngavər cəmiyyətləri (ordenləri) – məbədçilər (və ya tampleyerlər) və ioannçılar (və ya hospitalyerlər) cəmiyyətləri yaradıldı. XII əsrin sonlarında alman cəngavərlərini birləşdirən Tefton cəmiyyəti də meydana gəldi. Bu cəmiyyətlər (orderlər) yarımhərbi – yarımrahib birlikləri idilər. “Cəmiyyət qardaşları”nın rahib plaşı (məbədçilərinki qırmızı xaçlı ağ plaş, ionançılarınkı ağ xaçlı qırmızı plaş, tefton cəngavərlərinki qara xaçlı ağ plaş) altında cəngavər zirehi gizlənirdi. Cəmiyyətlərin vəzifəsi xaçlı mülklərinin müdafiə olunması və genişləndirilməsi, habelə əhalinin çıxışlarının yatırılmasından ibarət idi. Cəmiyyətlər sərt şəkildə mərkəzləşmış quruluşa malik idilər. “Böyük makistrlər”in başçılıq etdiyi bu cəmiyyətlər bilavasitə papaya tabe idilər və yerli hakimiyyət orqanlarından asılı deyildilər; onlar çoxlu imtiyazlardan istifadə edirdilər və zaman keçdikcə yalnız Şərqdə deyil, Qərbi Avropada da ən varlı torpaq sahiblərinə çevrilirdilər.


XII əsrdə cəmiyyətlər Quüts krallığının ən qüdrətli və mütəşəkkil qüvvəsi idilər. Lakin onların müstəqil vəziyyətdə olmaları, başqa feodallarla və öz aralarında çəkişmələri, son nəticədə xaçlı dövlətlərinin daha çox zəifləməsinə səbəb oldu. Şərqdə öz mülklərini itirdikdən sonra bu cəmiyyətlər fəaliyyətlərini Avropaya köçürdülər. İoankıçılar, xüsusilə məbədçilər yığdıqları sərvətdən sələmçilik və bank əməliyyatları üçün istifadə etdilər. Tefton cəmiyyəti öz təcvüzünü Baltik dənizi sahillərinə yönəltdi, burada Qılınclılar cəmiyyəti ilə birlikdə öz dövlətini yaratdı.


İkinci xaç yürüşü

XII əsrdə müsəlman dövlətləri birləşməyə başladılar. Bunun nəticəsində xaçlılar öz mülklərini itirməyə başladılar. 1144-cü ildə Mosul hakimi Edessanın ələ keçirdi. Buna cavab olaraq İkinci xaç yürüşü (1147-1149) başlandı. Bu yürüşün əsas ilhamçısı o zaman katolikliyin ən mürtəcil xadimlərindən biri olan abbat Klervoslu Bernar idi. Fransa kralı VII Lüdovik və alman kralı III Konradın başçılıq etdikləri yürüş tam uğursuzluğa düçar oldu. Alman xaçlılarını səlcuqlar Kiçik Asiyada darmadağın etdilər; fransız cəngavərləri isə Dəməşqı almaq üçün uğursuz bir cəhd göstərdilər. lakin heç nəyə nail olmayıb rüsvayçılıqla Avropaya döndülər.


XII əsrin ortalarında Aralıq dənizində öz həmkarlıqlarını bərqərar etməyə cəhd göstərən Qərbi Avropa dövlətləri arasında, habelə həmin ölkələrlə Bizans arasında ciddi ixtilaflar törəməyə başladı. Bu xaçlı hərəkatını iflasa uğradırdı.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin