Xaç yürüşlərinin ilkin şərtləri və onların xarakteri
Xaç yürüşləri Qərbi Avropa feodallarının Aralıq dənizinin şərqindəki ölkələrdə apardıqları, demək olar, iki yüzüllik ərzində - 1096-cı ildən 1270-ci ilədək (həmin il də daxil olmaqla) davam etmiş qəsbkarlıq müharibələri idi. Bu müharibələrin təşkilatçısı katolik kilsəsi idi. Katolik kilsəsi həmin müharibələrə dini müharibələr - xristianlığın müsəlmanlığa qarşı mübarizəsi (xaç işarəsi ilə simvollaşdırılan) xarakteri vermişdi. Xaç yürüşləri, ilk növbədə Qərbi Avropa feodallarının təcavüzkarlığının artması, onların Şərqdə zəngin torpaqlar ələ keçirmək, öz gəlir və sərvətlərini artırmaq cəhdləri nətcəsində başlanmışdı. Onların bu cəhdləri XII əsrin sonlarında xüsusilə güclənməyə başladı. Çünki bu zaman feodallar sinfinin madi təlabatı artmışdı. Bu da ümüumi iqtisadi yüksəlişlə, şəhərlərin meydana gəlməsi, müntəzən ticarət əlaqələrini bərqərar olması ilə əlqaədar idi. İstehsalın nisbətən aşağı səviyyədə olduğu bir zamanda feodallar özlərinin artmış tələbatını silah gücü ilə daha asan ödəyə bilərdilər. xaç yürüşlərində katolik kilsəsinin də marağı vardı. O, şərq topraqlarının asılı hala salmaq yolu ilə öz təsir dairəsini genişləndirməyə çalışırdı.
XI əsrin sonlarına doğru Şərqdə yaranmış vəziyyət Qərbi Avropa feodalları və kilsəsinin qəsbkarlıq planlarını həyata keçirilməsinə əlverişli şərait yaradırdı. XI əsrin ortalsarında türklər
– səlcuqlar Bağdadı tutdular. 1071-ci ildə Bizans qoşunları Mansikert (Ermənistan) yaxınlığında baş vermiş vuruşmada dəhşətli məğlubiyyətə uğradılar. Bundan sonra türklər – səlcuqlar, dəmək olar, bütün Kiçik Asiyanın sahibi oldular. Onlar, həmçinin fatimilər Misirinə məxsus olan, xristianların müqəddəs şəhər hesab etdikləri Qütsü (Yeruselim) də tutdular. Bu papalara Qərbdə müsəlman Şərqinə qarşı geniş müharibə təbliğatına başlamaq üçün məhanə verdi. “Şərqdəki dindarlara kömək” və “xudavəndənin qəbrinə (yəni kilsə əfsanələrinə görə İsus Xristin Qüdsdə olan qəbrinə) azadlıq” çuarları irəli sürüldü. “Kafirlər” in Fələstində xristianlari təqib etmələri, xristian ziyarətkahlarının təhqir olunması, xüsusən qərb ziyarətçilərinin Qüdsdə təqib edilmələri haqqında uydurmalar işə salındı. Papalığın çağırışları feodal dünyasında rəğbətlə qarşılandı. Bizansdaki vəziyyət də kömək etdi. Şimaldan Balkana soxulan peçeneqlər Bizans imperatoru birinci Aleksey Komini ağır məğlubiyyətə uğradıb Konstantinopol divarlarına yanaşdılar. Eyni zamanda, türklər – səlcuqlar da ona qarşı donanma yaradıb peçeneqlərlə danışıqlara başladılar. Bir Aleksey kömək üçün bəzi Qərbi Avropa hökmdarlarına müraciət etməyə məcbur oldu. Elə bu məqsədlə o, papa II Urbanın (1088-1099) yanına da səfirlər göndərdi. Aleksey Kominin xahişləri Qərbi Avropa feodalları kilsəyə özlərinin qəsbkarlıq niyyətlərinin həyata keçirmək üçün əlverişli bir bəhanə oldu. Papa öz siyasi məqsədlərini həyata keçirmək üçün aşkar surətdə müsəlman şərqinə silahlı basqın etmək çağrışı ilə çıxış etdi.Xaç yürüşlərinin ümüumi xarakteri, bilavasitə həbi – strateji məqsədləri və həmin yürüşlərinin iştirakçılarının tərkibi müxtəlif mərhələlərdə müxtəlif cür idi. İlk xaç yürüşləri avropalıların Yaxın Şərqə geniş hərbi – müstəmləkəçilik hərakatı idi. Bu yürüşlərdə iri və xırda feodallarla yanaşı kəndli kütlələri də iştirak edirdilər. Xaç yürüşlərində feodalların və kəndlilərin məqsədləri başqa – başqa idi. XI əsrin sonlarında torpağa kəskin ehtiyacı olan və pul vəsaiti sarıdan korluq çəkən xırda cəngavərlər şərq ölkələrində mülklər ələ keçirməyə və qarətşiliyə can atırdılar.
Öz gəlirlərini təhkimli kəndlilər hesabına əhəmiyyəyli dərəcədə artırmaq imakanı məhdudlaşmış iri feodallar (kəndlilərin qaçaq düşməsi və kəndli üsyanlarından ehtiyat edərək) belə hesab edirdilər ki, Şərqdə yeni, özlərinin hakimiyyəti altında olan dövlətlər yaratmaq yolu ilə öz mülklərini artıracaq və bunun birlikdə siyasi nüfuzlarını gücləndirəcəklər. Əksinə, hədsiz feodal zülmündən ümüdsüzlüyə düçar olmuç kəndlilər “dənizin o tayına” yola düşərkən ümüd edirdilər ki, uzaq ölkələrdə təhkimçilik zülmündən qurtulacaq və maddi cəhətdən təmin olunacaqlar, canüzən aclıqdan və senyorların özbaşınalığından yaxalarını qurtaracaqlar. Xaç yürüşlərində Şimali İtaliya şəhər republikalarının – Venetsiya, Kenuya, Pizanın tacirləri fəal iştirak edirdilər. Onlar levand (aralıq dənizinin şərqindəki ölkələr) ticarətində öz mövqelərini genişləndirmək və möhkəmləndirmək niyyətində idilər.
Kəndlilər iştirak etdikləri üçün Şərqə ilk yürüşlər (XII əsrin ortalarına qədər) kütləvi və daha çox kortəbin yürüşlər idi. Bu yürüşlərdə kilsə təbliqatı nəticəsində beyini dumanlanmış yoxsullar mühüm rol oynayırdılar. XII əsrin ortalarından etibarən kəndlilər az – az hərəkatdan uzaqlaşırlar. Xaç yürüşləri, başlıca olaraq, feodal yürüşlərinə çevrilir. XII əsrin sonlarından Qərbi Avorpanın feodal dövlətlərinin ərazi və ticarət təcavüzkarlığı cəhdi, onların Aralıq dənizinin şərqində üstünlüyü ələ keçirmək üstündə Ön Asiyanın müsəlman dövlətləri və Bizansla mübarizəsi ilkin plana çıxır. Dini səbəblər, formal şəkildə xaç yürüşlərindən ötrü bayraq olaraq qalsalar da, tədriclə real əhəmiyyətlərini itirirdilər.
Xaç yürüşlərinin ilhamçısı, təşkilatçısı və fəal iştirakçısı daim başda papalar olmaqla katolik kilsəsi idi. O, dünyəvi feodallara qüvvələri birləşdirməkdə kömək edir, xaç yürüşlərini məfkurə baxımından əsaslandırır, bu yürüşləri mömünlik işi elan edirdi. Papalıq, bir tərəfdən, kilsə torpaq sahibliyi üçün daimi təhlükə olan cəngavərlərin özbaşınalığını Avropadan uzaqlaşdırmaq istəyir, digər tərəfdən isə, bütün xristian dünyası üzərində öz hökümranlıqlarını bərqərar etmək və Şərqdə “apostol taxtı” nın nəzarəti altında olan yeni mülklər yaratmaqda cəngavərlərin hərbi qüvvəsindən istifadə etməyə çalışırdı.
Dostları ilə paylaş: |