Şəhərli silkinin yaranması və inkişafı
Şəhərlərinun inkişafı, sənətkar və tacir birliklərinin tərəqqisi, şəhərlilərin feodallara qarşı mübarizəsi vəonların öz daxilindəki ictimai toqquşmalar prosesində Feodal Avropasında xüsusi orta əsr şəhərliləri silki yarandi.
Yeni silk iqtisadi baxımdan, bu və ya digər tərəcədə, sənətkarlıq – ticarət fealiyyəti ilə, feodalizmdəki başqa mülkiyyət formalrından fərqli olaraq “yalnız əməyə və mübadiləyə əsaslan” mülkiyyətlə bağlı idi. Bu silkin bütün üzvləri siyasi – hüquqi cəhətdən tam hüquqlu şəhərlinin statusunu təşkil edən bir sıra özünə məxsus imtiyaz və azdlıqlardan (şəxsi azadlıq,
işlərinə şəhər məhkəməsində baxılması,şəhər yığma qoşununda iştirak etmək) istifadə edirdilər. İlk əvvəl şəhərli silki “burkerlər” anlayışı ilə eyniləşdirilirdi. O zaman bir sıra Avropa ölkələrində bütün şəhər sakinlərinə “burker” deyilirdi. “Burker” almanca “burg” – “şəhər” sözündən (orta əsr latın termini “burgensis” buradan əmələ gəlmişdi) və fransızca, orta əsrlərə aid olub, əvvəlcə “şəhərli” mənasında işlədilən “burgeoisie” terminindən əmələ gəlmişdir. Özünün əmlak və ictimai vəziyətinə görə orta əsr şəhərli silki vahid ictimai qrup deyildi. Onun daxilində, bir tərəfdən şəhər patrisiati, digər tərəfdən varlı tacirlər və sənətkarlar təbəqəsi və nəhayət şəhər plebeyləri vardı. Şəhərlərdə bu təbəqələşmə dərinləşdikcə, tədriclə, “burker” məfhumunun mənası da dəyişirdi. Artıq XII-XIII əsrlərdə bu anlayış ancaq “tam hüquqlu”, daha varlı şəhərlilərlə əlqaədar olaraq işlədilirdi ki, şəhə özünüidarəsindən kənar edilmiş pleybeylərin nümayəndələri bunların sırasına düşə bilmirdilər. XIV-XV əsrlərdə bu anlayış, adətən, şəhərin yalnız zəngin və varlı təbəqələrinə aid edilirdi ki, sonralar bunların içərəsindən burjua ziyanın ilkin ünsürləri törədi.
Şəhər əhalisi feodalizm cəmiyyətinin ictimai – siyasi həyatında xüsusi yer tuturdu. Çox vaxt onlar feodallara qarşı mübarizədə (bəzən kralla ittifaqda) vahid qüvvə kimi çıxış edirdilər. Şəhərli silki sonralar nümayəndəli – silki məclislərdə nəzərə çarpan rol oynamağa başladı.
Beləliklə, orta əsr şəhərlərinin sakinləri vahid sinif və ya ictimai cəhətdən yekcins təbəqə olmasalar da silk kimi müəyənləşmişdilər. Şəhərlilərin daxilindəki korparasiya quruluşu onların dağınıqlığını daha da gücləndiridi. Hər bir şəhərin öz məhəlli maraqının üstünlük təşkil etməsi, şəhərlər arasındaki rəqabətin bunu daha da gücləndirməsi də, həmçinin bütöv ölkə miqyasında bir silk kimi birgə fəaliyyətinə əngəl törədirdi.
Dostları ilə paylaş: |