Şəhər sənətkarlığı. Sexlər
Orta əsr şəhərinin istehsal əsası sənətkarlıq idi. Sənətkar da kəndli kimi xırda istehsalçı idi. Onlar öz istehsal alətləri vardı; şəxsi əməyinə əsaslanan xüsusi təsərrüfatını sərbəst idarə edirdi. Sənətkar əməyinin məqsədi “ mübadilə dəyəri əldə etmək deyil, onun mövqeyinə layiq güzəran yaratma”! idi. Lakin, kənlidən fərqli olaraq, peşə sahibi – sənətkar, birincisi, lap əvvəldən əmtəə istehsalçısı idi, əmtəə təsərrüfatçısı idi; ikincisi, onun bir istahsal vasitəsi kimi torpağa ehtiyacı yox idi. Buna görə də şəhər sənətində bilavasitə istehsalçının feodaldan şəxsi asılılığı formasında qeyri – iqtisadi məcburiyyət zəruri deyildi vəşəhərlərin inkişafı prsesində sürətlə aradan qalxdı. Lakin burada qeyri – iqtisadi məcburiyyətin sənətin sex təşkilatı və şəhər quruluşunun öz əsasına görə feodal mahiyyəti daşıyan korporasiya – solki xarakteri ilə bağlı olan başqa formalarına (sex mecburiyyəti, sex, ticarət nizamnamələri və i a. təsadüf olunur. Lakin bu məcburiyyət feodalın deyil, şəhərlilərin özlərinin yaratdıqları məcburiyyət idi.
Qərbi Avropada orta əsr sənətkarlığının səciyyəvi xüsusiyyəti onun sıx təşkilatına malik olması – hər hansı şəhər daxilində müəyyən peşədən sənətkarların xüsusi ittifaqlarda, yeni sexlərdə,sənətkar ittifaqlarında birləşməsi idi. Sexlər demək olar, şəhərlərin özləri ilə eyni zamanda – İtaliyada, artıq, X əsrdən başlayaraq, Fransa, İngiltərə və Almaniyada XI əsrdən, XII əsrin əvvəllərindən meydana gəlmişdi. Hərçənd, sexlerin qəti olaraq formalaşması (krallar və başqa senyorlardan xüsussi xartiyaların alınması, sex nizamnamələrinin tərtibi və yazılı halına salınması), bir qayda olaraq, sonralar baş verdi.
Sexlər müstəqil xırda əmtəə istehsalçılarının – şəhər sənətkalarının təşkilatları kimi meydana gəlmişdilər. Bu təşkilatlar sənətkarların feodallara qarşı birləşmək və öz istehsallarını,gəlirlərini kənddən daim axıb şəhərə gələnlərin rəqabətindən qorumaq ehtiyacından doğmuşdu. Marks və Engels sexləri yaranamsı zərurətini doğuran səbələr sırasında sənətkarların öz mallarını satmaq üçün ümumi bazar binalarına olan ehtiyacların və sənətkarların ümumi mülkiyyətini mühafizə etmək zərurətini də qeyd edirdilər. Sexlərin başlıca vəzifəsi istehsal və sənətkarlıq məmulatının satışı üzərinə nəzarət qoymaqdan ibarət idi. Sənətkarların sexlərdə birləşməsi məhsuladar qüvvələrin o zamankı səviyyəsindən və cəmiyyətin bütün geodal – silki quruluşundan doğurdu. Sex təşkilatı üçün, qismən, kənd icması – marka quruluşu da nümunə rolu oynamışdı.
Sexlərdə birləşmiş sənətkarlar bilavasitə istehsalçılar və istehsal vasitələrinin mülkiyyətçiləri idilər. Onların hər birinin ayrı xüsusi emalatxanası vardı; bu sənətkar öz alətləri və xammalı ilə işləyirdi. Marksın təbirincə “o öz istehsaı vasitələri ilə elə sıx qovuşmuşdu ki, sanki ilbiz çanağına sığınmışdı” Sənət, bir qayda olarq, nəsildən – nəslə keçirdi. Bir – birini əvəz edən bi çox sənəkar nəsilləri elə öz babaları və ulu babalarının işlədikləri alətlər və üsullarla işləyidilər. Sənətkar emlatxanası daxilində əmək bölgüsü, demek olar ki yox idi. Əmək bölgüsü sənətkarlıqdan yeni peşələrin ayrılması ilə həyata keçirilirdi. Bu yeni peşələrdən olan sənətkarlar da özlərinin ayrıca seələrini yaradırdılar. Əmək bölgüsü artdıqca bu cür sexlərin də sayı artırdı. Bir çox şəhərlərdə onlarla ən böyük şəhərlərdə isə yüzlərlə sex vardı.
Sənətkara öz işində, adətən, ailəsi kömək edirdi. Çox vaxt onunla birlikdə bir və ya iki usta köməkçisi, həmçinin bir və bir neçə şagird işləyirdi. Lakin yalnız usta – sənətkarlıq emalatxanasının sahibi sex üzvü olurdu. Sexin mühüm fəaliyyət sahələrindən biri ustaların usta köməkçiləri və şagirdləri ilə münasibətlərinin tənzim etməkdən ibarət idi. Usta,usta köməçisi və şagird sex nərdivanın müxtəlif pillələrində durudular. Sexe daxil olmaq və onun üzvü olmaq istəyənlərin hamısı, hökmən, əvvəlcə iki pillədən keçməli idilər. Sexlərin inkişafının ilk dövbədə hər bir şagird ancaq bir neçə il işlədikdən sonra – usta köməkçiliyinə,usta köməkçisi isə ustalığa keçə bilərdi. Şəhərlərin çoxunda sex üzvü olmaq sənət məşğul olmaqdan ötrü zərurui şərt idi; yəni hər hansısənət üzərində sex inhisarı bərqərar olmuşdu. Almaniyada bu Zunflizwand – sex məcburiyyəti adlanırdı. Bununla bazarın çox məhdud və tələbatın nisbətən az olduğu o dövrdə sex üzvü olmayan sənətkarların bir ço istehsalçılar üçün təhlükəli olan rəqabət imkanı araan qaldırılırdı.
Hər bir sexin üzvləri maraqlı idilər ki, onların məmulatı maneəsiz satılsın. Buna görəə də sex, istehsalı ciddi surətdə tənzim edir və sexin xüsusi olaraq seçilmiş vəzifəli adamı vasitəsilə hər bir ustanın – sex üzvünün müəyyən növdə və kefiyyətdə məhsul buraxmasına nəzəarət edirdi. Sex, məssələn, toxunulacaq parçanın eni və rəngini, onun ərişində (çilləsində) necə sap olacağını, həmin parça toxunularkən hansı alət və materialdanistifadə olunacağını, və
in qabaqcadan müəyyən edirdi. İstehsalı müəyyən çərçivə daxilindətənzim etməkdə başqa məqsədlərdə vardı: müstəqil xırda əmtəə istehsallarının birliyi olan sex qısqanclıqla izləyirdi ki, bütün sex üzvlərinin istehsalı xırda istehsal xarakteri daşısın: onlardan heç biri çox mal buraxıb başqalarını bazardan sıxışdırmasın. Bu məqsədlə sex nizamnamələri hər bir ustanın yanında saxlaya biləcəyi usta köməkçiləri və ş.agirdlərinin sayını ciddi surətdə məhdudlaşdırır, gecə vaxtı və bayram günlərində işləməyi qadağan edir, sənətkarın işləyə biləcəyi dəzgahların sayını məhdudlaşdırır, xammal ehtiyyatlarını, sənətkarlıq məmulatlarının qiymətini və i a.-nı tənzim edirdi.
Şəhərlərdə sənətkarlığın sex təşkilatı onların feodal təminatının təzahürlərindənbiri idi. “torpaq sahibliyinin feodal quruluşuna şəhərlərdə korporasiya mülkiyyəti, sənətkarlığın feodal təşkilatı müvafiq gəldi”. Bu cür təşkilat orta əsr cəmiyyətində müəyyən dövrə qədər məhsuldar qüvvələrin, şəhərlərdə əmtəə istehsalının inkişafı üçün daha əlverişli şərait yaradırdı. Sex istehsalı çərçivəsi daxlində ictimaı əmək bölgüsünün, getdikcə yeni – yeni sənətkar sexlərinin ayrılması formasında, daha da inkişafı və dərinləşməsi mümkün idi. Sex quruluşu istehsal olunan malların çeşıdının artması və kefiyyətinin yüksəlməsinə kömək edirdi. Öz varlığının bu ilk dövründə sexlər, lənk də olsa, tədriclə sənətkarlıq istehsalı alətləri və sənətkarlıq vərdişlərinin təkminləşdirilməsinə imkan yaradırdı.
Buna görə də, təqribən, XIV əsrin sonu – XV əsrin əvvəlinə qədər sexlər Qərbi Avropanın mütərəqqi rol oynayırdılar. Onlar sənətkarları hədsiz feodal istismarından qoruyur,
zamankı bazarın fövqəlada dərəcədə məhdud olduğu bir şəraitdə şəhər xırda istehsalçılarının güzaranını təmin edir, onlraın arasında rəqabəti yumşaldır və sənətkarları şəhərlərə gələn kənd sənərkarlarının rəqabətindən müdaifə edirdi.
Beləliklə, K. Marsın qeyd etdiyi kimi, feodal istehsal üsulunun tərəqqi dövründə “imtiyazlar, sexlər və korporasiyalar yaradılması, bütün bu əsr nizamlama rejimi, əldə olumuş məhsuldar qüvvələrə və əvvəllər mövcud olub bu təsisatları doğurmuş ictimai quruluşa müvafiq olan yeganə ictimai münasibətlər idilər”.
Sex təşkilatı özünü ən mühüm ictimai – iqtisadi vəzifələrini həyata keçirməklə məhdudlaşmır, şəhər sənətkarı həyatının bütün sahələrini əhatə edirdi. Sexlər şəhərlilərin feoda senyorlara qarşı, sonralar isə latrisiatın aralığına qarşı mübarizədə birləşməasində mühüm rol oynamışdılar. Sex, həm də hərbi təşkilat idi. Bu təşkilat şəhərin müdafiəsində iştirak edir və müharibə baş verdikdə ayrı hərbi vahid kimi çxış edirdi. Sex özünəməaxsus dini təşkilat idi.Onun öz “müqəddəs”i vardı. Həmin günü sex bayram edirdi. Sexin öz kilsəsi də olurdu. Sex, həmçinin sənətkarların qarşılıqlı yardım təşkilati idi. O ehtiyacı olan sex üzvlərinə və onların ailələrinə sex üzvü xəsdələndikdə və öldükdə yardım edirdi.
Orta əsr avropasında sex sistemi, hər halda, unversal sistem deyildi. Bir çox ölkələrdə o nisbətən az yayılmışdı və hər yerdə bitkin formaya düşməmişdi. Bəzi ölkələrdə (məsələn, Fransanın cənubunda və bəzi başqa vilayətlərdə) onunla yanaşı “azad sənət” deyilən sənətkarlıqda vardı. Lakin “azad sənət”in hökmranlıq etdiyi şəhərlərdə də yerli özünüidarə orqanları tərəfindən istehsalın nizamlanması və şəhər sənətkarları inhaisarını müdafiə olunmasına təsadüf olunur.
Dostları ilə paylaş: |