Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Şəhərlərin feodal senyorlarla mübarizəsi və şəhər özünündarəsinin yaranması



Yüklə 3,06 Mb.
səhifə89/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   85   86   87   88   89   90   91   92   ...   263
Orta srlr tarixi S D Skazkin

Şəhərlərin feodal senyorlarla mübarizəsi və şəhər özünündarəsinin yaranması

Orta əsr şəhərləri torpağında yaranırdılar və buna görə də labüd olaraq ona tabe olmalı idilər. Şəhərlilərin çoxu, əvvəllər, əskiən bu yerlərdə yaşayan, öz keçmiş ağalarının yanından qaçmış və ya onlar tərəfindən töycü müqabilində azadlığa buraxılmış kəndlilər idi. Çox vaxt onlar, əvvəlcə yeni ağadan – şəhərin senyorundan asılı hala düşürdülər.İlk əvvəll şəhərdə bütün hakimiyyət senyorun əlində cəmlənmişdi. Feodalın öz torpağında şəhər yaranmasında marağı vardı. Çünki şəhər peşələri və ticarətdən əlavə gəlir əldə edirdi.


Yenicə yaranmış şəhərlərdə məskən salan keçmiş kəndlilər, kənddən özləri ilə bura, orada mövcud olmuş icma alətləri və vərdişlərini də gətirmişdilər. Bunlar isə orta əsrlərdə şəhər özünündarəsi təşkilatına nəzərəçarpacaq təsir göstərmişdi. Lakin, zaman keçdikcə, bu təşkilat şəhər cəmiyyətinin öz xüsusiyyətləri və tələblərinə uyğun olan formalara düşürdü.


Feodalların şəhərlərdən mümkün qədər çoxlu gəlir əldə etməyə çalışmaları, labü olaraq, şəhərlərlə senyorlar arasında X-XIII asrlərdə Qərbi avropanın hər yerində baş vermiş mübarizəyə səbəb oldu. Şəhərlilər, əvvəlcə, feodal zülmünün daha ağır formalarından azad


olmağ uğrunda – senyor vergilərinin azadılması, ticarət imtiyazları uqrunda mübarizə aparırdılar. Sonralar bu mübarizə böyüyüb şəhər özünündarəsi uğrunda siyasi mübarizəyə çevrildi ki, bunu da ədəbiyyatda “komuna hərəkatı” adlandırmaq qəbul edilmişdir. Şəhərin feodal senyora münsibətdə müstəqillik dərəcəsini, onun iqtisadi tərəqqisi və siyasiquruluşunu bu mübarizənin nəticəsi müəyyən edirdi. Lakin şəhərlərin senyorlara qarşı mübarizəsi bütünlükdə feodalizm quruluşuna qarşı deyil, bu quruluşun çərçivələri daxilində şəhərlərin varlığını və inkişafını təmin etmək uğrunda aparılırdı.

Bəzən şəhərlər feodaldan pulla ayrı – ayrı azadlıq və imtiyazlar almağa müvəffəq olunurdular ki, bunlarda şəhər xartiyalarında təsbit olunurdu; başqa hallara isə bu imtinalar, xüsusilə özünündarə hüququ uzunsürən,bəzən silahlı mübarizə nəticəsində əldə olunurdu.


Kommuna hərəkatı müxtəlif Avropa ölkələrində, onların tarixi inkişaf şəraitindən asılı olaraq, müxtəlif cür getmiş və müxtəlif nəticələr doğurmuşdur. IX-XII əsrlərdə qüvvətli mərkəzi hakimiyyət olmayan Şimalı və Orta İtaliyada, habelə Cənubi Fransada şəhərlilər,artıq, həmin yüzilliklərdə müstəqillik əldə etməyə müvəffəq oldular. Şimali və Orta İtaliyanın bir çox şəhələri – Venesiya, Kenuya, Florensiya, Siyena, Lukka, Ravenna, Bolanya, Milan, və b. Artıq bu zaman şəhər - dövlətlərə çevrildilər. Adriatik dənizinin Dalmasiya sahilinsəki slanyan şəhəri Dubrovnik də, faktivi olaraq, nüstəqil şəhər respublikası idi. Doğrudur, bu şəhər, formal şəkildə əvvəlcə Bizansın, sonra Venesiyanın, XVI əsrin sonundan isə Macarıstanın ali hakimiyyətini qəbul etmişdi.


XII-XIII əsrlərdə Almaniyada imperiya şəhərləri adlanan şəhərlərin – “azad şəhərlər” in nistbətən mühümləri də buna oxşar vəziyyətdə idilər. Onlar formal olaraq imperatora tabe olsalar da, əslində müstəqil şəhər respublikaları idilər (Lubek, hamburq, Bremen, Nurnberq, Auqsburq, Frankfurt – Mayn və b), Bu şəhərləri burqomistrin başçılıq etdiyi şəhər şuraları idarə edirdi. Onlar müstəqil surətdə müharibə elan edə, sülh bağlaya, pul kəsdirə bilərdilər və s.


Şimali Fransanın (Amyen, Sen – Kanten, Nuayon, Bove, Suasson, Lan və b.). habelə Flandriyanın (Kent,Brükke, İpr, Lill, Due, Sent – Omer, Arras) bir çox şəhərləri öz feodal senyorlarına qarşı inadları, çox vaxt silahlı mübarizə nəticəsində özünündarə edən şəhər – kommunlara çevrildilər. Onlar öz içərilərindən şəhər şurasını, onun başçısını Meri və başqa şəhər vəzifələri şəxsləri seçə bilərdilər. Bu şəhər – kommunlarə edən şəhər – kommunlara çevrilirdilər. Onlar öz içəmaliyyəsi və şəhər əhalisinə vergi qoyma hüququ vardı. Şəhər kommunalar senyorun xeyrinə biyar və töyçüdən, həmçinin başq senyor vergilərindən azad olunurdular. Buüun bu mükəlləfiyyət və vergilər əvəzində şəhərlilər hər il senyora müəyyən, nisbətən az pul pentası verir. Senyor müharibə etdikdə ona köməyə kiçik hərbi dəstə göndərirdilər. Çox vaxt şəhər – kommunaların özləri də şəhərətrafi ərində yaşayan kəndlilərin kollektiv senyoru olurdular. Digər tərfdən, şəhərlər müəyyən qədər asılı olaraq qaldıqları öz senyorlarına münasibətdə, formal olaraq, kollektiv vassal vəziyyətində idilər.


Lakin,mərkəzi hakimiyyətin nisbətən qüvvətli olduğu ölkələrdə, xüsusilə, kral torpaqlarında yerləşən bəzi, hətta olduqca əhəmiyyətli və zəngin şəhərlər tam özünündarə hüququ əldə etməyə müvəffəq ola bilmədilər. Onlar bir sıra imtiyaz və azadlıqlardan, o cümlədən özünün seçkili şəhər özünündarə orqanlarına malik olmaq hüququndan istifadə edirdilər. Lakin bu orqanlar kralın və ya başqa senyorun təyin etdiyi məmurlarla birlikdə fəaliyyət göstərirdilər (Məsələn, Fransada Paris, Orlean, Burj, Lorris, Nant, Şartr və bir çox başqaları; İngiltərədə London, Linkoln, İpevic, Oksford, Kembric, Qloster, Noric, Jork). Şəhər özünündarəsinin bu forması, həmçinin İrlandiya, Skandinaviya ölkələri,Almaniya və Macarıstanın bir çox şəhərləri üçün də səciyyəvi idi. Orta əsr şəhərlərinin aldıqları imtiyaz və azadlıqlar, bir çox cəhətdən toxunulmazlıq (immunitet) imtiyazları ilə oxşar olub, feodal xarakteri daşıyırdılar. Bu şəhərlərin özləri isə uzun müddət özlərinin məhəlli şəhər mənafeyini hər şeydən üstün tutan qapalı birliklər idilər. Bir çox şəhərlər, xüsusilə öz senyorlarına qarşı mübarizə aparmaq üçün lazımı qədər qüvvəsi və pul vəsaiti olmayan xırda şəhərlər tamamilə senyorların idarəçiliyi altında qaldılar. Bu həmçinin ruhani senyorlara məxsus şəhərlər üçün səciyyəvi idi. Onlar öz şəhərlərində xüsusilə ağır zülm edirdilər.


Şəhərlərin senyorlara qarşı mübarizəsinin nəticələri nə qədər müxtəlif olsa da, bu mübarizə bir məsələdə eyni nəticəyə malik idi: bütün şəhərlilər təhkimçilik asılılığından şəxsən azad oldular. Orta əsrlər Avropasında belə bir qayda bərqərar oldu ki,şəhərə çatan təhkimli kəndli də orada müəyyən müddət (Almaniya və İngiltərədə, aətən, bir il bir gün) yaşadığından azad olurdu. Orta əsrlərdə atalar sözü vardı: “Şəhər havası azadlıq bəxş edir”.



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin