Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Orta əsr şəhərlərinin mənşəyi haqqında burjud nəzəriyyələri və onların tənqidi



Yüklə 3,06 Mb.
səhifə85/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   81   82   83   84   85   86   87   88   ...   263
Orta srlr tarixi S D Skazkin

Orta əsr şəhərlərinin mənşəyi haqqında burjud nəzəriyyələri və onların tənqidi

Orta əsr şəhərlərinin meydana gəlməsi səbəbləri məsələsi böyük əhəmiyyət kəsb edir. Burjya alimləri buna cavab verməyə cəhd göstərəcək XIX-XX əsrlərdə müxtəlif nəzəriyyələr irəli sürmüşlər. Bu nəzəriyyələrin çoxu üçün həmin problemə formal – hüququ baxımdan yanaşma səciyyəvidir. Ən çox diqqət orta əsr şəhərlərinin meydana gəlməsinə səbəb olan ictimai – iqtisadi şəraitə deyil, səciyyəvi şəhər təsisatlarının mənşəyi və inkişafına verilir. Buna görə də burjua tarix elmi orta əsr şəhərləri mənşəyinin köklü səbəblərini izah edə bilməz. Burjua alimlərinin, başlıca olaraq, orta əsr şəhərlərinin hansı yaşayış məskəni formasında əmələ gəlməsi və bu əvvəl gələn formanın təsisatlarının necə deyişib orta əsr şəhər təsisatlarına çevrilməsi məsələsi məşğul etmişdir. Başlıca olaraq Avropanın romalaşmış vilayətlərinin materialları əsasında yaranmış <> nəzəriyyəsi (Savinyi, Tjerri, Kizo, Renuar) orta əsr şəhərləri və onların təsisatlarını son Roma imleriyası şəhərlərinin birbaşa davamı hesab edirdi.


Əsasən Şimalı – qərbi və (Mərkəzi Avropa materiallarına əsaslanan tarıxçılər (ilk növbədə alman və ingilis tarixçiləri) orta əsr şəhərlərinin başlanğıcını yeni, feodalizm cəmiyyətinin hüququ təzahürlərində görürdülər. “Botçina” nəzriyyəsinə (Ejxroqi, Niç) görə şəhər feodal votçinasından (mülkündən – tərc.) şəhər təsisatları isə votçina idarəçiliyi və votçina hüququndan inkişaf etmişdir. “Marka” nəzəriyyəsi (Maurer, Kirke, sonralar K. fon Belov) şəhər təsisatları və hüququnun azad kənd icması – quruluşundan doğduğunu göstərirdilər. “Burq” nəzəriyyəsinin nümayəndələri (Ketken Metland) belə hesab edirdilər ki, şəhərin yarandığı küvə qala (“burq” ) və qala hüququ idi. “Bazar” nəzəriyyəsi (R. Zom, Şreder, Şulte) şəhər hüququnun əsasını ticarət edilən yerlərdə fealiyyət göstərən “bazar hüququ” ndan axtarırdılar.

Bütün bu nəzəriyyələr özlərinin formal – hüququ jönü ilə yanaşı ifrat dərəcədə birtərəfli olmalarına görə də axsayırdılar; onların hərəsi şəhərlərin meydana gəlməsi haqqında bir yol irəli sürür, özüdə bunu yeganə yol heab edirdilər. Bununla belə, onlar izah etmirlər ki, nə üçün votçinaların, icmaların, qəsrlərin və hətta bazar yerlərinin də çoxu şəhərlərə çevrilməyərək qaldı.


Alman tarixçısı Ritşel XIX əsrin sonlarına doğru “burq” və “bazar” nəzəriyyələrini birləşdirməyə cəhd göstərdi. O, şəhərləri möhkəmləndirilmiş məntəqə (“burq”) ətrafında əmələ gəlmiş tacir məskəni hesab edir, orta əsr şəhərlərinin əmələ gəlməsinin sənətkarlıq əsasını rədd edirdi. Belçika tarixçisi A. Piren də bu nəzəriyyəyə yaxın görüş infişaf etirdi. Lakin öz xələflərinin çoxundan fərqli olaraq o, şəhərlərin meydana gəlməsində müıyyənedici rolu itisadi amilə - qitələr arası və regionlararası tranzit ticarətə və bu ticarəti həyata keçirən tacirlərə verirdi. Lakin Qərbi Avropada şəhərlərin ilk əvvəl “ tacir məntəqələri” ətrafında yarandığını göstərən bu “ticarət” nəzəriyyəsi şəhərlərin meydana gəlməsində sənətin kənd təsərrüfarından ayrılmasının rolunu inkar edirdi. Buma görə feodal şəhərlərinin mənşəyi və səciyyəvi cəhətlərini A.Piren də elmi şəkildə izah edə bilərdi. Hazırda bir çox əcnəbi ortaəsrşunaslar (P. Butryuş, E. Dupon, F. Verkoteren, C. Lussatto, Cipolla və b.) bu nəzəriyyətintənqid edir, A. Pirenin şəhərlərin xalis ticarət mənşəyinə malik olması haqqında tezisini təkzib edirlər.


Müasir burjua tarixşunaslığında arxeoloji məlumatlara, topaqrafiyaya və orta əsr şəhərlərinin planlarına böyük əhəmiyyət verilir (F. Haishof, Planis, E.Ennen, F. Verkoteren və b.). Lakin şəhəri əmələ gətirən ictimai – iqtisadi şərtlər araşdırılmadan bu məlumatlar orta əsr şəhərinin meydana gəlməsinin səbəbləri və onun xarakteri sualına cavab vermir. Bəzi hallarda isə bu məlumatlardan, orta əsr şəhərlərinin Roma şəhərlərinin aramsız olaraq inkişafı nəticəsində yaranması haqqında nəzəriyyəni dirçəltmək üçün istifadə olunur. Həmin nəzriyyə orta əsr şəhərlərinin meydana gəlməsinin feodalizm cəmiyyəti təkamülünün qanunauyğunluqları ilə əlaqəsini inkar edir. Burjuaziya elmi, şəhərlərin tarixinə dair çoxlu fakt materialı toplasa da, idealist metodolokiyaya malik olduğu üçün o dövr şəhərinin bir sənət və ticarət mərkəzi kimi, onun yaranma prosesinin ilə ictimai əmək bölgüsü inkişafının – sənətin kənd təsərrüftından ayrılmasının nəticəsi kimi elmi izahını vermək iqtidarına olmadı.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin