Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Orta əsr şəhərlərinin əhalisi və xarici görünüşü



Yüklə 3,06 Mb.
səhifə88/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   84   85   86   87   88   89   90   91   ...   263
Orta srlr tarixi S D Skazkin

Orta əsr şəhərlərinin əhalisi və xarici görünüşü

Şəhərlərin əsas əhalisi əmtəə istehsalı və tədabülü sahəsində məşğul olan adamlar - əvvəllər, eyni zamanda, həm də xırda tacirlər olan mxtəlif peşəli sənətkarlar idilər. Adamların xeyli qrupu xidmət sahəsində çalışırdı – ticarət gəmilərinin işçiləri, kirəci və hanbal, meyxana sahibi, bərbər,karvansara sahibləri idilər.


Ata – babaları, adətən, kəndli olan şəhərlilərhələ uzun müddət istər şəhər içərisində, istərsə də ondan kənarda öz əkin sahələrini, otlaqlarını və bostanlarını saxlayır, heyvan bəsləyirilər. Bu qismən, XI-XIII əsrlərdə kənd təsərrüfatının hələ kifayət qədər əmtəə xarakteri daşımaması ilə bağlı idi. Tədriclə şəhərlərdə yerli sakinlərdən olan peşəkar tacirlər meydana gəlir. Bu yeni ictimai təbəqə idi. Həmin təbəqənin fəalliyyət ahəsi ancaq əmtəə mübadiləsi oldu. Erkən orta əsrlərin kəzərki həyat keçirən tacirlərdən fərqli olaraq, daxili ticarətlə məşğul olur, şəhərlə kənd arasında əmtəə mübadiləsi həyata keçirirdilər. Tacir peşəsinin sənətdən ayrılmasl ictimai əmək bölgüsündə yeni addım idi.İri şəhərlərdə, xüsusilə siyasi – inzibati mərkəzlərdə,


çox vaxt, öz əhatələri (qulluqçuları, hərbi dəstələri) ilə birlikdə feodallar, kral və senyor idarəçiliyinin nümayəndələri,habelə ruhanilər də yaşayırdılar. Artıq, XII-XIII ədrlərdə böyük şəhərlərin əhalisinin xeyli hissəsi təsadüfü məvaciblə (günəmuzdçular, müvəqqəti muzdurlar), habelə dilənçilik və oğurçuluqla dolanan yoxsullar idi.

Qərbi Avropanın orta əsr şəhərləri çox kiçik idilər. Onların əhalisi, adətan, 1 ya 3-5 min sakindən ibarət olurdu. Hətta XIV-XV əsrlərdə belə 20-30 min sakin olan şəhərlər böyük şəhərlər hesab olunurdular. Ancaq bəzi şəhərlərin əhalisi 80-100 min nəfəri aşırdı ( Paris, Venesiya, Florensiya, Kordova,Sevilya).Orta əsr şəhərləri onların ətrafında olan kəndlərdən öz xarici görünüşlərinə və burada əhalinin cəmlənmə dərəcəsinə görə fərqlənirdilər. Onlar,adətən, bürcləri və geniş darvazaları olan uca daş, bəzən də ağac hasarlarla əhatə olunurdular. Şəhərlərin ətrafında fodalların hücumu və düşmən basqınlarından qorumaq üçün dərin xəndəklər də çəkilirdi. Şənətkarlar və tacirlər keşik çəkir və şəhər yığma hərbi qoşununu təşkil edirdilər. Gecə şəhər darvazaları bağlanırdı. Orta əsr şəhərini əhatə edən divarlar, zaman keçdikcə darlıq edir və bütün şəhər tikintilərini bu divarların içərisinə yerləşmirdi. Şəhərin ilkin mərkəzini ( burq, site) əmələ gətirən divarlar ətrafında, tədriclə şəhərə yapışmış məskənlər-başlıca olaraq sənətkarların yaşadıqları qəsəbələr, məhəllələr meydana gəldi. Eyni peşədən olan sənətkarlar, adətən, bir küçədə yaşayırdılar. Şəhərətrafı – bayır şəhər də sonralar, öz növbəsində yeni hasar və istinadkahlarla dövrələnirdi. Şəhərin mərkəzi yeri bazar meydanı idi. Bundan bir qədər aralıda kilsə, özünü idarə hüququ olan şəhərlərdə isə, həm də şəhər şurasının binası olurdu.


Şəhər divarlarının çöl tərəfində, bəzən də şəhərin hüdudlarında şəhərlilərə məxsus əkin yerləri, otlaqlar, bostanlar yerləşirdi. Xırda heyvanlar (keçi, qoyun, donuz), çox vaxt şəhərin içərisində otlayırdılar. Divarlar şəhərin eninə böyüməsinə əngəl törədirdi. Buna görə də küçələr son dərəcə dar olurdu. Evlər (çox vaxt ağacdan olan) sıx, bir – birinə yapışıq tikilirdi. Onların yuxarı mərtəbələri, çox vaxt, aşağı mərtəbələrin və küçənin o biri tərəfindəki alcaq evlərin üstünü örtən çıxıntıya çevrilir. Az qala bir – birinə toxunurdular. Dar və əyri şəhər küçələrinə çox vaxt günəş işığı düşmürdü. Küçələrin işıqlandırılmasına hələ başlamamışdı. Zibil, yeyinti qalıqları və nəcis,adətən, elə birbaşa küçədə atılırdı. Natəmizlik nəticəsində şəhərlərdə yoluxucu xəstəliklər geniş yayılır, viranəedici yanğınlar olurdu.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin