Vahid anql – sakson dövlətinin – İngiltərənin yaranması
Ayrı – ayrı anql – sakson krallıqları arasında daim mübarizə gedirdi. Onlardan gah biri, gah da digəri başqaları üzərində hakimiyyəti ələ keçirirdi. VI əsrin sonu VII əsrin əvvəlində onların içərisində Kentin daha mühüm əhəmiyyəti vardı.Təqribən VII əsrin ortalarından Nortumbriya hakim vəziyyəti ələ keçirdi. VII əsrdə bu vəziyyət Mersiyyanın əlinə keçdi. Nəhayət, IX əsrin əvvəlindən ağalıq Uesseksə keçdi. Erbertin zamanında, bütün anql – sakson krallıqları vahid erkən feudal dövlətində birləşdilər.
Bu birləşmə həm daxili, həm xarici – siyasi səbəblərdən irəli gəlmişdi. Anql- sakson cəmiyyətinin feodallaşmaqda olan yuxarı təbəqələrindən ötrü kəndlilərin təhkimləşdirməyə qarşı müqavimətiniqirmaq zəruri idi. Bu hakim sinfin bütün qüvvələrinin birləşdirilməsi və ayrı
– ayrı krallıqların vahid dövlət halına salınmasını tələb edirdi. Digər tərəfdən, VIII əsrin sonlarından İngiltərəyə normaların, başlıca olaraq danimarkalıların viranəedici basqınları başlamışdı. Danimarkalılara qarşı ağır mübarizədə müdafiə ehtiyacı ölkənin siyasi cəhətdən təxirə salınmadan birləşdirilməsini tələb edirdi. İngiltərənin cənub – qərbində yerləşən, başqa vilayətlərə nisbətən danimarkalıların basqınları üçün daha çox əlçatmaz olan Uesseks istulacılara qarşı müqavimət mərkəzi oldu. Danimarkalılar ölkənin bütün şimal – şərqini ələ keçiridilər, burda Danimarka adətləri və qaydaları qoydular.
Birləşmiş anql – sakson krallıqları ümumi xalq yığıncağı artıq çağrılmırdı. Bunun əvəzində kral yanında unitenakemot (“Müdriklər şurası”deməkdir) toplanırdı ki, buda krallığın ən nüfuzlu iri sahibkarlarından ibarət idi. İndi bütün məsələləri kral yalnız untenakemotun raılığı ilə həll edirdi.
Anql – sakson feodal dövlətinin inkişafında mühüm mərhələ kral Alfedin (871–899 və ya 900) hakimiyyət dövrü idi. Bir sıra məğlubiyyət və uğursuzluqlardan sonra danimarkalılardan bac verib aad olmuş Alfred hərbi qüvvə toplamağa başladı. Bu qüvvələr içərisində ilk əvvəl anql – saksların bütün hərbi təşkilatının əsasını təşkil etmiş olan azad kəndlilərdən ibarət əski xalq qoşunları (“fird”) mühüm rol oynayırdı.Bununla yanaşı, başlıca olaraq, xırda mülku torpaq sahiblərinin hərbi xidmətinə əsaslanan ağır silahlı atlı feodal qoşunlarıda yaradıldı. Döyüş qabiliyyətli donanma da yaradıldı. Danimarkalıların hücumlrını dayandıran Alfred onlarla müqavilə bağladı. Bu müqaviləyə görə ölkəiki hissəyə bölündü: ingilis krallarrı hakimiyyətinin saxlanıldığı cənub – qərb hissəsi və hələlik bir müddət danimarkalıların əlində qalan şimal – şərq hissəsi (“Danimarka hüququ “ – “ Denlo” vilayəti)
Alfredin zamanında “ Kral Alfredin qanunları “ adlanan qanun külliyyatı tərtib olundu. Bu külliyata əski anql – saks “ qanunları “ ndan bir çox mulləalar daxil edilsədə, o bütövlükdə, anql – saks cəmiyyətinin feodal qayda – qanunlarının xeyli tərəqqi etdiyi inkişaf mərhələsini əks etdirirdi. İndi sinfin mənafeyinə uyğub olaraq bu feodal qayda – qanunları qanunvericilik yolu ilə təsvir olunurdu.
X əsrin ikinci yarısında, kral Edqarın (959–975) zamanında anql – sakslar “Denlo” da yaşayan danimarkalıları özlərinə tabe etdilər və bütüb ingilis torpaqları yenidən bir dövlət daxilində birləşdirildi. Nəticədə İngiltərədə məskən salmış danimarkalılar və başqa skandinaviyalılar dil və ictimai quruluş baxımından onlara yaxın olan anql – saklarla qaynayıb
– qarışırdılar. IX – X əsrlərdə danimarkalılarda anql – sakslara nisbətən ictimai qayda – qanunları daha çox qalmışdı, azad kəndlilər üstünlük təşkil edirdilər. Buna görədə danimarkalıların İngiltərədə məskunlaşması burda, xüsusilə ölkənin şimal – şərqində feodalizmin bərqərar olmasını daha çox ləngitdi.
Anql – sakson cəmiyyətinin feodallaşması prosesi danimarkalılara qarşı mübarizə dövründə də davam etdi. Kəndli kütlələrinin xeyli hissəsinin müflisləşməsinin danimarkalıların basqınları nəticəsində güclənməsi, dövlət tərəfindən müdafiə olunan əyanların zorakılığı - bütün bunlar kəndli torpaq Larının xeyli hissəsinin iri torpaq sahiblərinin əlinə keçməsinə, iri torpaq sahibliyinin daha da inkişaf etməsinə gətirib çıxartdı. Kilsə və dünyəvi torpaq sahibləri kənd icmalarının torpaqlarını daha tez – tez boklend olaraq ələ keçirməyə başladılar. Bu torpaqlarda yaşayan azad kəndlilər indi torpaq mükiyyətçilərindən onlara pay olaraq verilmış torpaqların istifadələrinə çevrilirdilər. Onlar öz ağalarının xeyrinə müxtəlif müfəlləfiyyətlər icma etməli idilər. X əsrin sonu – XI əsrin əvvəlində İngiltərədə, xüsusilə ölkənin cənubunda artıq, xeyli dərəcədə asılı feodal kəndlilərinin biyar əməyi ilə becərilən iri feodal mülkləri meydana gəlir. Danimarkalılarla müharibələr yeni hakim hərbi – qulluqçu əyanlar təbəqəsinin formalaşmasına kömək etdi. Tenlər adlanan bu təbəqə keçmiş kral drujinaçılarını – qezitləri əvəz edirdi. Həmin xırda və orta torpaq sahibləri təbəqəsindən sonralar anql – sakson cəngavərləri formalaşdılar. İri torpaq sahibləri isə keçmiş nəsli əyanların adını – erl adını saxladılar.
–XI əsrlərdə azad anql – sakson kəndlilərinin iri torpaq sahiblərinə tabe edilməsində
Fransada olduğu kimi toxunulmazlıq fərmanları (imunitet) mühüm rol oynadı. İngiltərədə imunitet “soka” adlanırdı. Lordun – toxunulmazlıq hüququ almış feodalın (immunistin) hakimiyyəti altında olan kəndli “sokmen” adlanırdı. O, hələlik şəxsən azad hesab olunurdu və torpağa malik olmaqda davam edirdi: lakin iri torpaq sahibinin məhkəmə asılılığında idi ki, bu da onun torpaq sahibinə bu və ya digər vergilər, mükəlləfiyyətlər ödəməyə borclu olan adama çevrilməsini asanlaşdırırdı. Feodallaşma prsesinin müvəffəqiyyətlərinə baxmayaraq XI əsrin ortaları üçün İngiltərədə azad icma quruluşunun qalıqları hələ çox idi.
Dostları ilə paylaş: |