Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Şəhər sənətkarlıq istehsalında kapitalist istismarı rüşeyimləri



Yüklə 3,06 Mb.
səhifə95/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   91   92   93   94   95   96   97   98   ...   263
Orta srlr tarixi S D Skazkin

Şəhər sənətkarlıq istehsalında kapitalist istismarı rüşeyimləri

XIV-XV əsrlərin sonuna doğru daxili xə xarici ticarətin inkişafındaki müvəfəqiyyətlər şəhərin yuxarı tacir təbəqələrinin əlində xeyli vəsait toplanmasına və ticarət kapitalının yaranmasına səbəb oldu. Ticarət kapitalı (eləcə də sələm kapitali) kapitalist istehsal üsulundan qədimdir və ən qədim sərbəst kapital formasıdır. O həm quldarlıq, həm feodalizm, həm də kapitalizm cəmiyyətlərində əmtəə mübadiləsinə xidmət edərək tədavül dairəsində fəaliyyət göstərir. Lakin feodalizmdə əmtəə istehsalı inkişafının müəyyən səviyyəsində, seə sənətinin dağılmağa başladığı şəraitdə ticarət kapitalı, tədriclə, istehsal sahəsinə də soxulmağa başlayır. Bu özünü, adətən, onda göstərirdi ki, tacir topdan (bir yerdən) xammal alır və sənətkarlara satır, sonra isə onlardan hazır məmulat alıb satışa çıxarırdı. Nəticədə az təmin olunmuş sənətkar tacirdən asılı vəziyyətə düşürdü. İndi onun tacir – alıcıya işləməydən başqa bir əlacı qalmırdı. Lakin o, artıq, müstəqil əmtəə istehsalçısı kimi deyil, faktivi olaraq muzdlu fəhlə kimi işləyirdi (hərçənd o, bəzən, əvvəlki kimi öz emalatxanasında işləməkdə davam edirdi). Ticarət – sələm kapitalının istehsala məhz bu soxulması da orta əsr sənətkarlıq istehsalının dağılması dövründə kapitalist manufakturasının meydana gəlməsi mənbələrindən biri oldu.


Şəhərlərdə kapitalist istehsalının digər rüşeyimi, yuxarıda göstərildiyi kimi, ustalığa yol acmaq perspektivi olmayan şagird və usta köməkçisi kütlələrinin daimi muzdlu fəhələrə çevrilməsi idi. Lakin XIV-XV əsrlərdə şəhərlərdə kapitalist münasibətləri ünsürlərinin meydana gəlməsi şişirdirməməlidir: o bəzi ən iri mərkəzlərdə (başlıca olaraq İtaliyada) və ən inkişaf etmiş istehsl sahələrində, əsasən, mahud istehsalı sahəsində, özü də yalnız adda – budda meydana gəlirdi. Bu yeni münasibətlər geniş xarici satış bazarlarına malik olan ölkələrdə və sənətkarlıq sahələrində daha erkən və daha sürətlə inkişaf etdi. Bu cür satış bazarları istehsalı genişləndirməyə, onu təkminləşdirməyə. ona yeni, çoxlu kapital qoymağa sövq edirdi. Bu hələ formalaşmış kapitalizm quruluşunu mövcud olması demək deyildi. Səciyyəvidir ki, hətta, Qərbi Avropanın böyük şəhərlərində o cümlədən İtaliya şəhərlərində belə, ticarət və sələmçilik yolu ilə toplanmış kapitalın xeyli hssəsi sənaye istehsalının genişləndirməsinə deyil, torpaq alınmasına sərf olunurdu: həmin kapital sahibləri bu yolla hakim feodallar sinfinin tərkibinə daxil olmağa cəhd göstərirdilər.


Əmtəə - pul münasibətlərinin inkişafı və fedoalizm cəmiyyətinin ictimai – iqtisadi həyatında dəyişikliklər

Şəhərlərin əsas əmtəə istehsalı və mübadilə mərkəzləri kimi feodal kəndinə təsiri getdikcə artıdı. Bu təsir hər tərəfli təsir idi. Şəhər sənətkarlarının hazırladıqları kütləvi istehsal şeyləri – ayaqqabı, paltar, metal məmulatı və s. kənddə getdikcə daha çox satılmağa başlamışdı.


Kənd təsrrüfatı məhsullarını – taxıl, çaxır, yun, mal – qara və s-nin ticarət dövrüyyəsinə cəlb olunması, ləng də olsa artırdı. Kənd sənətkarlığı peşələrini məhsulu olan məmulat (xüsusilə evde toxunmuş cod mahud, kətan ağac məmulatı və s.) da, həmçinin mübadiləyə cəlb olunurdu. Bu şeylərin istehsalı, getdikcə daha çox, kənd təsrrüfatının yardımçı əmtəə sahəsinə çevrilirdi. Bütün bunlar çoxlu yerli bazarların əmələ gəlməsi və inkişafı ilə nəticələnirdi ki, bu da, sonralar ölkənin müxtəlif vilayətlərini az – çox möhkəm – iqtiadi münasibətlərlə əlaqələndirən daha geniş daxili bazar yaranması prosesi üçün özül oldu. Kəndli təsərrüfatın baza əlqaələrinə cəlb olunmasını getdikcə genişlənməsi kəndlilər arasında əmlak bərabərsizliyinin artması və ictimai təbəqələşmənin dərinləşməsini gücləndirirdi. Kəndli kütlələrindən, bir tərəfdən, yuxarı kənd varlıları digər tərəfdən isə çoxlu kənd yoxsulları ayrılır. Bəzən büsbütün torpaqsız olan yoxsul kəndlilər hər hansı bir sənətlə və ya muzdur sifətilə feodala ya da varlı kəndlilərə muzdurlluq edir dolanırdılar. Yalnız feodallar tərfəindən deyil, həm də daha varlı həmkəndliləri tərəfindən istismara məruz qalan yoxsulların bir qismi özlərinə nisbətən babat bir şərait düzəltmək ümüdü ilə daim şəhərlərə gedirdilər. onlar burada şəhər plebey kütlələri ilə qaynayıb – qarışırdılar. Bəzən varlı kəndlilər də şəhərə köçürdülər. onlar kəndə yığdıqları vəsaiti ticarət – sənaye sahəsin qoymağa çalışırdılar.


Yalnız kəndli təsrrüfatı deyil, ağa – mülk təsərüüfatı da əmtəə - pul münasibətlərinə cəlb olunurdu ki, bu da onların qarşılıqla münasbətlərində xeyli dəyişikliklərə səbəb olurdu. Qərbi Avropa ölkələrinin çoxu – İtaliya, Fransa, Qərbi Almaniya və qismən İngiltərə üçün ən tipik cəmiyyəvi yol bundan ibarət idi ki, həmin ölkələrdə XII-XV əsrlərdə rentanın komitasiyası – biyar və məhsul rentalarının pulla əvəz olunması prosesi gedirdi. Beləliklə, feodallar kənd təsərrüfatı məhsullarının istehsalı və onların, adətən, yaxın, yerli bazarda satılması ilə əlqaədar olan bütün qayğıları kəndlilərin üzərinə atırdılar. Bu cür inkişaf yolu, tədriclə, XII-XV əsrlərdə domenin – feodal mülkünün aradan qalxmasına və feodalın bütün torpaqlarının ya istifadə üçün, ya da yarım feodal tipli icarə olaraq kəndlilər arasında paylanması ilə nəticələndi. Qərbi Avropa ölkələrinin çoxunda XV əsrdə başa çatmış olan bir proses – kəndlilərin əsas kütləsini şəxsi asılılıqdan azad olması da dominin, yəni feodal mülkünün aradan qalxması və rentanın kommitasiyası ilə əlqaədar idi. Lakin, bu cür inkişafın, bütövlükdə kəndlilər üçün bəzi mənfəətinə baxmayaraq, çox vaxt, onların iqtisadi cəhətdən istismarı şiddətlənirdi; rentanın kommitasiyası və kəndlilərin şəxsən aza olması müqabilində, çox vaxt, onların feodalların xeyrinə verdikləri ödənişlər xeyli artırılırdı.


Kənd təsrrüfatı məhsulları üçün geniş xarici bazarın yarandığı bəzi vilayətlərdə (Cənub – Şərqi İngiltərə, Mərkəzi və Şərqi Almaniya) bazarla əlqaə yalnız feodalların qüvvəsi daxilində idi. Bu yerlərdə inkişaf başqa yolla getdi: burada feodallar, əksinə, domen – mülk təsrrüfatını genişləndirdilər ki, bu da kəndlilərin biyar günlərinin artırılması və onların şəxsi asıllıqlarını möhkəmləndirmək cəhdləri ilə nəticələndi. Bu müxtəlif yollarla inkişaf zamanı kəndlilərin ümumi istismarının şiddətlənməsi nəticəsində kəndlilərin feodal zülmünə müqaviməti artdı və feodalizm cəmiyyəti həyatının bütün sahələrində sinfi mübarizə şiddətləndi. XIV-XV əsrlərdə bir sıra ölkələrdə Qərbi avropanın orta əsrlər tarixində ən böyük kəndli üsyanları baş verir.


Həmin üsyanlar və ölkələrin bütün ictimai – iqtisadi siyasi inkişafında öz inikası tapdı. XV əsrin əvvəli üçün Qərbi Avropa ölkələrində aqrar inqilabın birinci, nisbətən mütərəqqi yolu üstün gəldi. Bu işdə yuxarıda göstərilən iri kəndli hərəkatlarının təsiri olmaış deyildi. Bunun nəticəsində klassik votcnna (mülk) sisteminin böhranı baş verdi və o süquta uğradı: kənd təsrrüfatı istehsalının mərkəzi və onun bazarla əlqaəsi fedal təsrrüfatından tamamilə xırdakəndli təsrrüfatına keçdi; kəndli təsrrüfatı getdikcə daha çox əmtəə xarakteri daşımağa başladı.

Lakin votcnna (mülk) təsrrüfatının böhranı feodalizm sisteminin ümumi böhranı demek deyildi. Bu, əksinə, nisbətən yüksək inkişaf səviyyəsində olan əmtəə - pul münasibətlərinin natural təsrrüfat iqtisadiyyatını dağıtmağa başladığı bir zamanda feodalizm sisteminin deyişmiş iqtisadi şəraitə, bütövlükdə, müvəffəqiyyətlə uyğunlaşdığını göstərirdi. Feodalizm cəmiyyəti aqrar iqtisadiyyatının bu cür yenidən qurulması xüsusilə feodal təsərrüfatları üçün bir sıra müvəqqəti çətinliklərlə əlqaədar idi; işçi qüvvəsi (o cümlədən torpaq istifadəçiləri) çatışmırdı; əkin yerlərinin bir qismi boş qalmışdı; bir çox feodal mülklərinin gəliri azalmışdı.


Lakin bu hadisələri ümumi “aqrar böhran” (B. Abel). “təsərrüfat tənəzzülü” (M. Postan). Hətta “feodalizmn böhranı” (P.hilton) hesab edən və bütün bu “böhranlar”ın başlıca səbəbini demoqrafik amildə - XIV əsrin ortalarında bütün Avropanın bürüyən vəba xəstəliyindən sonra əhalinin azalmasında görən əcnəbi tarixçilərlə razılaşmaq olmaz. Birincisi, göstərilən “tənəzzül” halları hər yerdə baş verməmişdi: İnderlandda, Pireney yarımadası ölkələrində belə


“ tənəzüllər” olmamışdı: Avropanın bir sıra başqa ölkələrində isə zəif olmuşdu. İkincisi, bu hadisələr bir çox ölkələrdə, xüsusilə XV əsrdə kəndli təsərrüfatlrı və şəhər istehsalının nəzərə çarpan müvəffəqiyyətlər qazandığı bit zamanda, həmin müvəffəqiyyətlərlə yanaşı baş verirdi. Kənd əhalisinin “azalması”na gəldikdə, bu XIV əsrin ortalarında baş vermiş yoluxucu xəstəlikdən (vəbadan – tərc.) onillərlə əvvəl baş vermişdi. XV əsr ərzində isə bu boşluq, əsasən, dolmuşdu. Burjua alimlərinin irəli sürdükləri “böhranlar” nəzəriyyəsi əsaslı bir nəzəriyyə hesab oluna bilməz. Çünki bu nəzəriyyə XIV-XV əsrlərdə Qərbi Avropanın iqtisadi inkişafını olduqca səthi izah edir, feodalizm quruluşunun ictimai əsaslarına və onun inkişafının ümumi qanunauyğunluqlarına məhəl qoymur.


Feodalizmin həqiqi böhranı, bir ictimai hadisə kimi, hətta Avropanın ən qabaqcıl ölkələrində belə çox sonra (XVI əsr və yaxud, hətta, XVII əsrdə) başladı. Ümumiyyətlə bu, XIV-XV əsrlərdə Qərbi Avropanın feodal kəndində böhranın artıqı şəraitdə feodalizm formasiyası təkamülünün növbəti pilləsindən başqa bir şey deyildi.


Şəhərlər və onların tacir – sənətkar əhalisi hər yerdə, ayrı ayrı ölkələrdə çox müxtəlif şəkildə də olsa, həm aqrar quruluşa və kəndlilərlə feodalların vəziyətinə, həm də feodal dövlətinin inkişafına böyük təsir göstərirdilər (XI-XV əsrlərdə ayrı – ayrı ölkələrin tarixinə dair fəsillərə bax). Şəhərlər və şəhərli silkinin orta əsr mədəniyyətinin inkişafında da rolu böyük idi: onlar XII – XV əsrlərdə orta əsr mədəniyyətinin tərəqqisinə az kömək göstərmədilər.


XAÇ YÜRÜŞLƏRİ



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin