Qərbi Avropada ticarət və kredit işinin inkişafı
Qərbi Avropada şəhərlərin inkişafı XI-XV əsrlərdə daxili və xarici ticarətin xeyli tərəqqisinə kömək etdi. Şəhərlərin, o cümlədən kiçik şəhərlərin yaranması ilə, hər şeydən əvvəl, yerli bazar meydana gəldi. Burada ətraf kəndlərlə mübadilə həyata keçirilir, vahid daxili bazarın özülü qoyulurdu.
Lakin inkişaf etmiş feodalizm dövründə satışa çıxarılan məhsulun həcmi və dəyərinə görə uzaq ölkələrlə tranzit ticarət daha böyük rol oynamaqda davam edirdi ki, bu ticarəti də, əsasən, istehsalla əlqəsi olmayan tacirlər aparırdılar.
XIII-XV əsrlərdə Avropada bu cür regionlararası ticarət, əsasən iki rayonda cəmlənmişdi. Bunlardan biri aralıq dənizi hövzəsi idi. Bu ticarət rayonu Qərbi Avropa ölkələrinin- İspaniya, Cənubi Fransa, Mərkəzi Fransa və İtaliyanın öz aralarında, həm də həmin ölkələrlə bizans və Şərq ölkələri arasında ticarət əlaqəsi yaradırdı. XII-XII əsrlərdən etibarən, xaç yürüşləri ilə əlaqədar olaraq, bu ticarətdə birincilik bizanslılar və ərəblərdən Kenuya və Venetsiya, Marsel və Barselona tacirlərinin əlinə keçdi. Burada başlıca ticarət məhsulları Şərqdən gətirilən zinət şeyləri, ədviyyat, qismən də taxıl və şərab idi; Şərqə isə başqa məshullarla yanaşı balıqda aparılırdı.
Avropa ticarətinin digər rayonunu Baltik və Şimal dənizləri əhatə edirdi. Bu ticarətdə Qədim Rus dövlətinin şimal – qərb vilayətləri (xüsusilə Novqorod, Pskov və Polotsk), Pribaltika (Riqa), Şimali Almaniya, Skandinaviya ölkələri, Flandiriya, Brabant və Şimali İnderland, Şimalı Fransa və İngiltərə içtirak edirdilər. Bu rayonda daha geniş işlənən mallarla
– başlıca olaraq balıq, duz, xəz, yun, mahud, kətan, kəndir mum, qətran, meşə materialı (xüsusilə gəmi qayırmaq üçün). XV əsrdən isə taxılla ticarət edirdilər.
Bu iki beynəlxalq ticarət rayonu arasında əlqaədar Alp aşırımlarından keçib həmin tranzit ticarətə cəlb olunmuş çoxlu iri şəhərlərin olduğu Reyn boyunca gedən ticarət yolu vasitəsilə həyata keçirilirdi. Ticarətdə, o cümlədən beynəlxaq ticarətdə yarmarkalar böyük rol oynayırdılar. Yarmarkalar, artıq, XI-XII əsrlərdə Fransa, İtaliya, Almaniya, İngiltərədə geniş yayılmışdı. Burada çox ehtiyac olan malları – yun, mahud, kətan parça, müxtəlif metallar, onlardan hazırlanmış məmulat və taxılın topdansatış ticarəti həyata keçirilirdi. XII-XIII əsrlərdə Fransa qraflığı olan Şampanda, demək olar, bütün il boyu davam edən yarmarkalarda bir çox Avropa ölkələrinin tacirləri görüşürdülər. Venesiyalılar və kenuyalılar bura bahalı şərq malları gətiririlər. Flamand tacirləri və Florensiyadan olan tacirlər küfiyyətli mahud, Almaniya tacirləri kətan parçalar, sex tacirləri, mahud, dəri və metal məmulatı gətirir. İngiltərədən yun, qalay, qurğuşun və dəmir alınırdı. XIV-XV əsrlərdə Avropa yarmarka ticarətinin əsas mərkəzi Brükke (Flandriya) oldu.
zamankı ticarətin miqyası şişirdilməməlidir. Kəndəə natural təsrrüfatın hökümranlığı, habelə feodalların özbaşınalığı və feodal dağınığlığı onu ləngidirdi. Tacirlər bir senyorun mülkündən digərinin torpaqlarına daxil olduqda, körpü və hətta çay bərələri keçdikcə, bu və ya digər senyorun torpaqlarında axan çaylagetdikcə onlardan gömrük və hər cür vergilər alınırdı.
Ən əsilzadə cəngavərlər və hətta krallar belə ticarət karvanlarına quldurcasına basqın etməkdən çəkinmirdilər. Bununla belə, əmtəə - pul münasibətlərinin və mübadilənin tədriclə inkişafi aryrı – ayrı adamların, hər şeydən əvvəl tacirlər və sələmçilərin, əlində pul vəsaiti toplanmasına imkan yaratdı. Pul vəsaiti yığılmasına puldəyişmə əməlliyatları da kömək edirdi. Bu əməliyyatlar isə orta əsrlərdə təkcə imperatorlar və krallar deyil, az – çox bütün görkəmli senyorlar və yepiskoplar, habelə iri şəhərlər də pul kəsdikləri üçün pul sistemləri və pul vahidlərinin nəhayətsizdərəcədə rəngarəng olması nəticəsində zəruri idi.
Müxtəlif pulları bir – birinə dəyişmək, həm də, bu və ya digər sikkənin dəyərini müəyyən etmək üçün xüsusi sərraflıq sənəti meydana gəldi. Sərraflar yalnız puldəyişmə əməliyyatları ilə deyil, pul məbləğləri köçürməklə də məşğul olurdularki, bu kredit əməliyyatlarını doğururdu. Sələmçilik də adətən, bununla əlaqədar olurdu. Pul dəyişmə və kredit əməliyyatları xüsusi idarələrin – bankarın yaranmasına gətirib çıxarırdı. İlk belə idarələr
– banklar Şimalı İtaliyada, yəni Lombardiyada meydana gəldilər. Buna görə də orta əsrlərdə
“lombardiyalı” sözü “bankir” və “sələmçi” sözlərinin sinonimi oldu, sonarlar isə lombard dükanlarının adı olaraq qaldı.
Orta əsrlərdə ən böyük sələmçi katolik kilsəsi idi. Ən böyük kredit və sələmçilik əməliyyatlarını Roma kuriyası – papalıq həyata keciridi. Buna bütütn Avropa ölkələrindənküllü miqdarda pulvəsaiti axıb gəlirdi.
Dostları ilə paylaş: |